Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beşinci çağırış Milli Məclisin növbəti iclası keçirilib [YENİLƏNİB]

Beşinci çağırış Milli Məclisin növbəti iclası keçirilib [YENİLƏNİB]

01.12.2015 [16:13]

Dekabrın 1-də beşinci çağırış Milli Məclisin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının sədri, üzvləri və MSK Aparatının işçiləri də iştirak ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uzaqgörən dövlət siyasətinin yeni möhtəşəm uğuru reallığa çevrilib. Demokratik şəraitdə keçirilən azad, ədalətli, şəffaf seçkilər nəticəsində ölkəmizin beşinci çağırış Milli Məclisi formalaşıb.
Oqtay Əsədov bütün beynəlxalq müşahidəçilərin seçki barədə müsbət rəy bildirdiklərini söyləyib. Qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının daimi komitəsinin bu yaxınlarda Sofiyadakı toplantısında Azərbaycanda keçirilmiş parlament seçkiləri azad, müstəqil olaraq qiymətləndirilib.
Sədr parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə görə deputatlar adından MSK rəhbərliyinə və üzvlərinə minnətdarlığını bildirib.
Milli Məclisin sədri deputat vəsiqələrinin ilk dəfə olaraq 2005-ci ildə parlamentdə deputatlara təqdim olunduğunu xatırladıb və bu ənənənin davam etdirildiyini bildirib.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cari il noyabrın 1-də keçirilən parlament seçkilərində qələbə qazanan deputatları təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, MSK fəaliyyətini ancaq Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının bəndlərinə uyğun qurub. Komissiya Azərbaycandakı seçkilərin müasir standartlara, tələblərə cavab verəcək səviyyədə keçməsi üçün gələcəkdə də əlindən gələni edəcək.
Məzahir Pənahov bildirib ki, Azərbaycanda seçkilərin şəffaf olması ilə bağlı heç kim, hətta bizə qərəzli olan tərəflər belə hansısa iradlar tuta bilmədilər. Bunun əsas səbəbi odur ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri bir qayda olaraq seçkiləri müşahidə edirdilər. Bu il keçirilən seçkilərdə onların sayı yüzlərlə idi. Yerli müşahidəçilərin sayı isə 70 minə yaxın olub. M.Pənahov ölkəmizdə keçirilən seçkilərdə müşahidəçilər üçün daim əlverişli şərait yaradıldığını vurğulayıb.
MSK sədri bildirib ki, Azərbaycanda 2000-ci ilin ortalarından dövlətimizin başçısının birbaşa göstərişi ilə seçki məntəqələrinin əvvəl 10 faizində, indi isə 20 faizində veb-kameralar quraşdırılıb. Ölkə coğrafiyasını əhatə edən veb-kameralar dünyanın müxtəlif hissələrindən insanlara Azərbaycana gəlmədən seçkiləri izləmək imkanı yaradır.
Sonra Məzahir Pənahov Milli Məclisin sədri Oqtay Əsədova, sədrin birinci müavini Ziyafət Əsgərova, müavinlər Bahar Muradovaya, Valeh Ələsgərova və seçki dairələrinin ardıcıllığı ilə deputatlara deputat vəsiqələrini təqdim edib.
Daha sonra gündəlikdəki məsələlərə baxılıb.
İclasda Milli Məclisin intizam komissiyası təşkil olunub, hesablayıcı komissiyanın tərkibində dəyişiklik edilib, Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi müəyyən olunub. Həmçinin parlamentin komitələrinin sədr müavinləri və üzvləri seçilib.

Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31