Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanlı deputatın məruzəsi AŞPA daimi komitəsinin iclasında qəbul edilib

Azərbaycanlı deputatın məruzəsi AŞPA daimi komitəsinin iclasında qəbul edilib

27.11.2015 [17:06]

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü və qadınlara qarşı zorakılıqla mübarizə üzrə Avropa Şurasının baş məruzəçisi Sahibə Qafarova noyabrın 27-də bu təşkilatın daimi komitəsinin Sofiyada keçirilən iclasında məruzə ilə çıxış edib.
Sahibə Qafarova “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün ən yaxşı təcrübələrin yayılması” adlı məruzəsində Avropa Şurasının qadınlara qarşı zorakılığın və ailədaxili şiddətin önlənməsi və ona qarşı mübarizə üzrə Konvensiyasının (İstanbul Konvensiyası)
qüvvəyə minməsindən sonra bu sahədə ciddi uğurlar əldə olunmasına baxmayaraq mövcud statistik məlumatların hələ də narahatlıq doğurduğunu diqqətə çatdırıb. O bildirib ki, bu gün Avropada hər 3 qadından birinin zorakılığa məruz qalması faktı qarşıda hələ ciddi çağırışlar olduğunu göstərir.
Qeyd edilib ki, qadınlara qarşı zorakılığın önlənməsində parlamentarilərin rolu böyük əhəmiyyət daşıyır və bu sahədə əsas məsələ milli qanunvericiliyin İstanbul Konvensiyasına uyğunluğunu, eləcə də onun doğru formada icra edilməsini təmin etməkdir.
Diqqətə çatdırılıb ki, Avropa Şurası müqaviləsində parlamentarilərin və Parlament Assambleyasının bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı rolu dəqiq qeyd edilib.
Milli Məclisin deputatı Sahilə Qafarovanın məruzəsi AŞPA-nın daimi komitəsində qəbul olunub.

Paylaş:
Baxılıb: 375 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30