Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Seçkiləri Müşahidə Akademiyasının missiyası: Parlament seçkilərində səslərin hesablanması şəffaf həyata keçirilib

Avropa Seçkiləri Müşahidə Akademiyasının missiyası: Parlament seçkilərində səslərin hesablanması şəffaf həyata keçirilib

09.11.2010 [09:26]

Detxe Alain: Seçki məntəqələrinə giriş azad olub, seçici fəallığı müşahidə edilib, hətta, bəzi məntəqələrdə seçicilərin növbəsi yaranıb
Azərbaycanda keçirilmiş parlament seçkilərində səsvermə prosesi mütəşəkkil, beynəlxalq standartlara uyğun təşkil olunub. AzərTAc xəbər verir ki, bu sözləri dünən Avropa Seçkiləri Müşahidə Akademiyasının (ASMA) Azərbaycanda parlament seçkilərini müşahidə etmiş missiyasının üzvləri keçirdikləri mətbuat konfransında deyiblər.
Belçika parlamentinin üzvü Detxe Alain müşahidə missiyasının yekun mövqeyini açıqlayaraq bildirib ki, qrup 27 Avropa ölkəsini, ABŞ və Kanadanı təmsil edən 163 deputat və seçki ekspertlərindən ibarətdir. ASMA-nın nümayəndələri səsvermə günü 77 dairə üzrə məntəqələrdə müşahidə aparıblar. Seçki məntəqələrinə giriş azad olub, seçici fəallığı müşahidə edilib, hətta, bəzi məntəqələrdə seçicilərin növbəsi yaranıb.
Məntəqələrdə səslərin hesablanmasının şəffaf həyata keçirildiyini qeyd edən D.Alain deyib ki, missiyanın müşahidəçiləri bu proseslə bağlı heç bir problemlə qarşılaşmayıblar.

Paylaş:
Baxılıb: 743 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31