Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP nümayəndə heyəti Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşüb

YAP nümayəndə heyəti Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşüb

13.08.2010 [09:28]

Əli Əhmədov: Bizim hər bir əsgərimizdə Mübarizin qəhrəmanlıq ruhu var. Bu cür qəhrəmanlıqlar xalqın yaddaşında əbədi yaşayacaqdır
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun rəhbərliyi ilə partiyanın nümayəndə heyəti Biləsuvar rayonuna səfər edərək Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşüb. Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, Milli Məclisin komitə sədri Hadı Rəcəbli, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov iştirak ediblər.
Mübariz İbrahimovun atası Ağakərim İbrahimovla görüşən Əli Əhmədov qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən Mübariz İbrahimovun Milli Qəhrəman adına layiq görülməsi onun şərəfli döyüş yoluna verilən ən böyük qiymətdir.
“Bu gün Azərbaycanda hamı Mübarizi tanıyır, bütün gənclərimiz ondan danışır. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, Azərbaycan öz torpaqlarını geri qaytarmayıb, bizim Mübariz kimi belə qəhrəmanlara ehtiyacımız var. O, öz qəhrəmanlığı ilə bütün dünyaya sübut edib ki, Azərbaycan öz torpaqlarını geri qaytaracaq və bunun üçün də Azərbaycanın qəhrəman övladları, canını bu torpaqların yolunda hər an qurban verməyə hazır olan igidlərimiz var. Mübariz Azərbaycana gərəkli olan çox gözəl bir nümunə göstərdi. öz həyatını qurban vermək bahasına olsa belə, o, sübut etdi ki,`biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Onun bu qəhrəmanlığı bizim hər birimiz üçün nümunədir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Xalqımızın öz qəhrəman oğulları ilə fəxr etdiyini deyən YAP Sədrinin müavini əlavə edib ki, bu gün Mübarizin doğulub boya-başa çatdığı ev bir ziyarətgaha çevrilib: “Bu gün istər paytaxtda, istərsə də rayonlarımızda hamı Mübarizin qəhrəmanlığından danışır, hər bir gənc özünü ona oxşatmağa çalışır”.
YAP Sədrinin müavini daha sonra qeyd edib ki, Mübariz İbrahimovun qəhrəmanlığı hər bir Azərbaycan gənci üçün bir nümunə olmalıdır: “Hər bir gənc Mübarizin əməllərini, qəhrəmanlığını təkrar eləməyə hazır olmalıdır. Nə qədər ki, bizim torpaqlarımız işğaldan azad olmayıb, nə qədər ki, bizim torpaqlardan o mənfur düşmən vurulub çıxarılmayıb, hər bir gəncin qəlbində bir Mübariz qəhrəmanlığı yaşamalıdır”.
Əli Əhmədovun sözlərinə görə, Mübariz elə bir şücaət göstərib ki, bütün dostları, tanışları, yaxınları, bütün el-oba onunla fəxr edəcək: “Bu elə bir qəhrəmanlıqdır ki, heç zaman heç kimin yaddaşından, qəlbindən silinməyəcək. Xalqı yaşadan onun qəhrəmanlarıdır. Xalqın qəhrəmanları olmasa, onun həyatının da bir mənası olmaz. Odur ki, xalqımız da Mübarizin qəhrəmanlığını unutmayacaq”.
Əli Əhmədovun sözlərinə görə, bu gün Mübariz İbrahimov kimi on minlərlə gəncimiz var ki, torpaqlarımızı işğaldan azad etməyə hazırdır: “Azərbaycan dövləti hələ ki, danışıqlar yoluna üstünlük verir. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz dinc yolla, qan tökülmədən torpaqlarımızı işğaldan azad etmək istəyirik. Əgər bu danışıqlar nəticə verməsə Ali Baş Komandanın əmri ilə xalqımız işğalçıları torpaqlarımızdan təmizləyəcəklər”.
Əli Əhmədov bildirib ki, “bu gün Azərbaycan sosial - iqtisadi göstəriciləri baxımından düşmən Ermənistandan qat-qat güclüdür. Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir. Xalqımız düşmən üzərində qələbə əldə edəcəyimizə tam əmindir. Bizim hər bir əsgərimizdə Mübarizin qəhrəmanlıq ruhu vardır. Bu cür qəhrəmanlıqlar xalqın yaddaşında əbədi yaşayacaqdır.”
Əli Əhmədov, həmçinin, deyib ki, Mübarizin göstərdiyi qəhrəmanlıq ədəbiyyatımızda da lazımi şəkildə öz əksini tapacaq: “Bundan sonra şair və yazıçılarımız şeirlər yazacaq, əsərlər yaradacaqlar, bəstəkarlarımız ona ən gözəl musiqilər bəstələyəcəklər. Bir xalqın qəhrəmanı olmaq asan deyil. Bu adı almaq, onu daşımaq asan iş deyil. Mübarizin göstərdiyi bu şücaət daima millətin qəlbində, onun yaddaşında yaşayacaq. O, böyüyən gənclərimiz üçün bir vətənpərvərlik, vətən torpağını canından artıq sevmək, vətən uğrunda qanını fəda eləmək nümunəsi olacaq”.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, oğlunun göstərdiyi qəhrəmanlıqdan qürur duyduğunu, dövlət başçısı, Yeni Azərbaycan Partiyası və ümumilikdə ictimaiyyət tərəfindən ailələrinə göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildirib. Şəhid atası vurğulayıb ki, övladını itirsə də, o, Azərbaycan xalqının timsalında 9 milyonluq ailə qazanıb və lazım gələrsə, Ali Baş Komandanın əmri ilə əlində silah Vətən torpaqlarını işğaldan azad etməyə hazırdır.
Görüşdə iştirak edən YAP İcra katibinin müavini Mübariz Qurbanlı, millət vəkilləri - Hadı Rəcəbli, Eldar İbrahimov və başqaları Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında əbədi həkk olunacağını, gənclərimiz üçün bir örnək olacağını vurğulayıblar.
Səlim LOÄžMANOÄžLU
BİLƏSUVAR
Paylaş:
Baxılıb: 883 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31