Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyasi mədəniyyət, siyasi ləyaqət anlayışları və Azərbaycan müxalifəti

Siyasi mədəniyyət, siyasi ləyaqət anlayışları və Azərbaycan müxalifəti

11.08.2010 [10:50]

Sirr deyil ki, Azərbaycan öz müstəqil siyasətini milli maraqlar üzərində qurub. İstər daxili, istərsə də xarici siyasət müstəvisində milli mənafe, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi məsələsi ən ümdə məqsədlərdən sayılır. Yeri gəlmişkən, müstəqil siyasət yürütməsi ölkəmizin iqtisadi potensialının da inkişafına öz töhfəsini verib. Azərbaycan hakimiyyəti həm ölkədaxili, həm də xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərarlar qəbul etməklə, yalnız ölkə vətəndaşlarının və dövlətinin güclənməsini ön planda tutaraq inkişafı kompleks səviyyəyə çatdırır. Təbii ki, bu cür inkişaf tendensiyası digər sahələrdə də mütərəqqi nəticələrin əldə olunmasına yol açır.
Siyasi münasibətlər sistemində yeniliklərin meydana gəlməsi
Əksər ekspertlərin də vurğuladıqları kimi, ölkəmizdə atılan bütün bu addımlar siyasi mədəniyyət, siyasi etika və ümumən siyasi münasibətlər müstəvisinə transfer olunur. Bu gün Azərbaycanda yüz minlərlə yeni iş yerlərinin açılması, həyatımızda müasir standartların tətbiqi, Qərbə inteqrasiya, ən əsası isə hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər qeyd olunan siyasi münasibətlər kontekstində yeniliklərin meydana gəlməsini zəruri edir. Artıq ölkəmiz keçid dövrünü arxada qoyub. Bu gün Azərbaycanın regionda ən öndə addımlayan dövləti, təhlükəsizliyinin təminatına qarant olan hakimiyyəti və bu hakimiyyəti dəstəkləyən xalqı var. Təbii ki, bu parametrlər ölkədə yeni siyasi münasibətlər sisteminin formalaşmasını və siyasi palitrada yeni balansın formalaşmasını tələb edir.
Hər kəsə bəllidir ki, 1991-ci ildə Sovet İttifaqının dağılmasının ardından müttəfiq respublikalarda xalq hərəkatı yaranmağa başladı. Azərbaycanda Sovet rejiminin dağılmasından sonra yaranan boşluqdan yararlanan və həmin dövrdə üzə çıxan təsadüfi şəxslər xalqın bu etiraz dalğasından istifadə etməklə layiq olmadıqları postları zəbt etdilər. Həmin dövrdə onlar dərk edirdilər ki, xalqın rejimə münasibətindən yararlanmaq üçün yalnız küçə savaşı, meydan qışqırığı faktorlarından istifadə etmək lazımdır. Amma, bu cür situasiyanı fürsət bilib dövlətin əhəmiyyətli postlarını mənimsəmək yalnız müvəqqəti xarakter daşıyır. Cəmisi bir il çəkən hakimiyyətdən müxalifət cəbhəsinə transfer olunan bu qüvvələrin beynində 1991-ci ildəki siyasi mübarizə metodu həkk olunub və maraqlıdır ki, illərdir üz-üzə qaldıqları fiaskolar da onların yeniləşməsinə yol aça bilmir.
Təbii ki, bunu kompleks şəkildə bütün müxalifət qüvvələrinə şamil etmək bir qədər ədalətsizlik olardı. Ən azından, bu gün Azərbaycanda sivil qaydalarla mübarizə aparan, məğlubiyyəti həzm edən, müasir dövrün və ən əsası siyasi inkişafın tələblərini özündə əks etdirən siyasi qüvvələr yetişir. Maraqlıdır ki, müxalifətin siyasi etikadan xəbəri olmayan, siyasi mədəniyyət prinsiplərini özündən tam kənarlaşdıran kəsimi hələ də anlamırlar ki, onlar artıq tarixin çevrilmiş səhifələridirlər. Bu gün nəzarətlərində olan bəzi qəzetlərdə özlərinə adekvat olan fikirlərə yer verməklə, öz siyasi tərbiyələrindən qaynaqlanan sözləri işlətməklə xalqın, dolayısı ilə seçicinin nifrətini qazanan belələri necə siyasi uğur əldə etmək haqqında düşünə bilər?
Siyasi ləyaqət və ya siyasətçinin ləyaqəti...
Siyasi mədəniyyətin formalaşması üçün siyasətçidə siyasi ləyaqətin olması ən başlıca tələbdir. Siyasi ləyaqət anlayışının isə müxalifətdə daimi yer alan bəzi siyasətçilər və siyasət yazarları ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Təbii ki, siyasi mədəniyyət məfhumu adətən ölkələrdə iqtidar-müxalifət münasibətlərinin formalaşmasında sivil davranış qaydalarını özündə əks etdirir. Hər bir ölkədə istər iqtidar, istərsə də müxalifət düşərgələrində təmsil olunanlar bir-birilərinə qarşı münasibətdə həmin kriteriyanı qorumağı əsas sayırlar. Bu isə qeyd etdiyimiz siyasi ləyaqətdən irəli gəlir. Azərbaycan müxalifətinin yuxarıda bəhs etdiyimiz kəsimində isə belə məfhumlar hələ formalaşmayıb. Söhbət nəinki belələrinin iqtidara münasibətindən, hətta onların bir-birilərinə qarşı münasibətindən gedir. çünki, bir-birilərini “əqidədaş” sayan belələri çox asan şəkildə öz “dostlarının” şərəf və ləyaqətinə, mənliyinə və siyasi davranışlarına dil, əl uzada bilir.
Yuxarıda qeyd etdiyimiz kimi, sevindirici haldır ki, bu gün Azərbaycanın inkişafını, dövlət müstəqilliyini, milli təhlükəsizliyini hər şeydən üstün tutan, bu meyarları ucuz siyasi ambisiyalara satmayan yeni qüvvələr meydana gəlir. Geridə qalan, daşıdıqları vəzifələr kimi zəkalarını ötən əsrin 90-cı illərinin əvvəlində “donduran” (həmin illər hakimiyyətə gəlmək məsuliyyətinin nə olduğunu anlamayanlar tutduqları vəzifələrin hansı anlam daşıdığının da fərqində deyildilər və bir-birinin ardınca “mən vəzifəmi dondurdum” şəklində gülünc bəyanatlar verməklə məşğul idilər. Görünür onlar həmin vaxt vəzifələri ilə yanaşı, zəkalarını da dondurublar), dünyanın inkişafı ilə ayaqlaşmağı bacarmayan, özlərinin ucuz və əsassız iddialarının əsirinə çevrilən müxalifətin isə hakimiyyət uğrunda apardığı mübarizə də səmimiyyətə əsaslanmır.
Bu gün faktdır ki, radikal müxalifətin bir sıra rəhbərləri xaricdə yerləşən maraqlı qüvvələrin əlində siyasi vasitəyə çevriliblər. Əslində, bunu onların özləri də etiraf edirlər. Daha doğrusu, bir halda ki, müxalifətin rəhbərlərinin dilindən bu faktlar səslənir, deməli onlar özləri-özlərini açıq şəkildə ifşa edirlər. Yəni, onların “siyasi mübarizə”lərinin arxasında qorxulu tendensiyalar gizlənir. ölkəmizdə keçirilən seçkilərdə bu qüvvələrin tutduqları mövqe, davranışları da bunu deməyə əsas verir. Təbii ki, qeyd etdiyimiz siyasi ləyaqət anlayışı burada açıq formada önə çıxır. O baxımdan ki, ölkəsini, dövlətini, millətini hansısa xarici maraqlı qüvvələrə, onların mənafeyinə satanlar necə siyasi ləyaqətdən və ya siyasi mədəniyyətdən danışa bilərlər? ölkəsində baş verən siyasi hadisələrə, həmçinin, seçkilərə münasibətdə yalnız xaricdən verilən göstərişlər əsasında yanaşan Azərbaycan müxalifətinin sözügedən qismi xalqın gözündə bir tük qədər qiymətlərinin olmadıqlarını dəqiq bilirlər. çünki ölkəmizdə keçirilən hər bir seçkinin ardından aldığı səslərə nəzər salan müxalifət dərk edir ki, xalq onlardan birdəfəlik imtina edib. Bu qısqanclıq, paxıllıq hissi isə onların sağa-sola böhtan yağdırmasına, rahat şəkildə təhqirlərə əl atmasına yol açır. çünki onlar üçün dəyər adlı hər hansı bir sistem qalmayıb... Amma bu siyasi etiketlərdən kənar qüvvələrin nə deməsindən, hansı böhtanı, şəri, yalanı ixrac etmək istəməsindən asılı olmayaraq, bu gün Azərbaycan dövləti iqtisadi-siyasi, sosial cəhətdən günü-gündən möhkəmlənir, inkişaf edir. Artıq bir neçə ildir ki, dünyanı ağuşuna alan iqtisadi böhrandan ən minimal itkilərlə çıxması ölkəmizdə yürüdülən siyasətin doğruluğunu bir daha təsdiqlədi. Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizdə həyata keçirilən islahatlar, eyni zamanda, söz və mətbuat azadlığının təmin olunmasına da öz töhfəsini verib.
Azərbaycanda mətbuata dövlət qayğısının təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub
ümumiyyətlə, söz və mətbuat azadlığı demokratik dövlət quruculuğunun başlıca prinsiplərindən biri olduğu kimi, bu meyar bəzən ölkələrdəki azadlığın göstəricisi kimi də dəyərləndirilir. Məhz bu səbəbdəndir ki, ölkələrdə demokratiyanın səviyyəsi, hökumət - cəmiyyət əlaqələri kimi məsələlərə yanaşmanın səviyyəsi mətbuatın azadlığı ilə dəyərləndirilir. Dövlət və mətbuat münasibətləri qarşılıqlı şəkildə tənzimlənir. Bunun üçün ilk olaraq qanuni bazanın olması vacibdirsə, eyni zamanda, sosial, ictimai tərəflərin də varlığı əsas şərtlərdəndir. Bu gün Azərbaycan dövləti mətbuatın inkişafı, söz azadlığının təmini üçün kifayət qədər iş görüb. Müstəqil, azad və peşəkar mətbuatın inkişafı, söz, məlumat və fikir azadlığının təmin edilməsi daxili siyasətin başlıca istiqamətlərindən biridir. Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərində bütün sahələrdə olduğu kimi, mətbuatın da sürətlə uçuruma doğru yuvarlanması prosesi başlanmışdı. Ən yüksək postlarda təmsil olunan dövlət məmurlarının mətbuata, jurnalistlərə münasibəti bütövlükdə AXC-Müsavat hakimiyyətinin bu sahəyə münasibətini özündə ehtiva edirdi. Jurnalistlərin kütləvi şəkildə təqib edilməsi, jurnalistlərin döyülməsi, hər bir ölkə vətəndaşı kimi jurnalistlərin də təhlükəsizliyinə təmin etməli olan icra strukturunun rəhbəri-daxili işlər naziri tərəfindən hətta canlı efirdə jurnalistə əl qaldırılması, jurnalistlərin maşının yük yerində daşınması, yazdıqları məqalələrin dərc edildiyi qəzetlərin müəllifə yedizdirilməsi və s. kimi qeyri-insani rəftar dolayısı ilə həmin hakimiyyətin azad sözə, mətbuata münasibətinin nümayişi sayılırdı. Bundan başqa, 1992-ci il aprel ayının 12-də verilən Fərman əsasında hərbi senzuranın tətbiqi adı altında senzura funksiyasını həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirrini mühafizə edən Baş İdarənin mətbuat üzərində nəzarətinin daha da gücləndirilməsi ölkədə vətəndaş cəmiyyətinin inkişafının qarşısını almağa yönəldilmiş addım idi. 1993-cü il aprelin 15-dən isə hərbi vəziyyətlə bağlı senzuranın tətbiq edilməsi jurnalistlərin sərbəst informasiya fəaliyyətini bir qədər də məhdudlaşdırdı və idarənin fəaliyyətini daha da sərtləşdirdi. Bu, ölkədə söz azadlığı prinsipini birmənalı şəkildə boğmaq demək idi. Bu gün özünü “demokrat” qismində təqdim edənlər həmin zamanlarda hakimiyyət olimpində olmalarından istifadə edərək ən sərt qeyri-demokratik qərarları verir, mətbuatın inkişafına maneələr yaradırdılar. 1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə azad sözə münasibətdə də birmənalı dəyişikliklər baş verdi.
www.yap.org.az

Paylaş:
Baxılıb: 855 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30