Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan paytaxtında Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq forum keçiriləcək

Azərbaycan paytaxtında Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq forum keçiriləcək

25.06.2010 [10:16]

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə iyunun 29-30-da “Qloballaşma şəraiti mədəniyyətlərinin dialoqu” mövzusunda Bakı Forumu keçiriləcək. Fonddan APA-ya verilən məlumata görə, 2009-cu ilin iyun ayında Moskvada keçirilən elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan beynəlxalq forum görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
Elmi müstəvidə fəlsəfi araşdırmaların yer alacağı forumda AMEA və Rusiya Elmlər Akademiyası Fəlsəfə institutunun tanınmış alimləri “Beynəlxalq elmi əməkdaşlığın və Azərbaycanda ictimai elmlərin inkişaf yollarının bəzi problemləri”, “Qloballaşma, terrorizm və dialoq”, “Mədəniyyət, sivilizasiya, qloballaşma. Heydər Əliyev - İnsan və siyasətçi”, “Müasir cəmiyyətdə demokratik dəyərlərin şəxsi ölçüləri”, “Demokratiya, kütlə cəmiyyəti və bir daha tarixdə şəxsiyyətin rolu haqqında”, “Qloballaşma şəraitində təfəkkür mədəniyyətinin qarşılıqlı əlaqəsi”, “Sivilizasiyaların əvəzlənməsi dövründə yeni nəslin təhsil və estetik tərbiyə problemləri” və “Müasir Azərbaycanda vətəndaş mədəniyyəti və vətəndaş dəyərləri” kimi mövzularda çıxış edəcəklər.
İkigünlük forumun qonaqları Beynəlxalq Muğam Mərkəzində muğam konsertinə baxacaq, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Paylaş:
Baxılıb: 876 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30