Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əsli Kazımova: Bu gün Azərbaycan peyvənd olunmuş əhalinin sayına görə MDB ölkələri arasında liderdir

Əsli Kazımova: Bu gün Azərbaycan peyvənd olunmuş əhalinin sayına görə MDB ölkələri arasında liderdir

07.04.2021 [09:05]

“Bütün dünya qlobal bəlaya çevrilmiş yeni növ koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olub. Azərbaycanda da bu istiqamətdə aparılan tədbirlər təqdirəlayiqdir. Dövlətimiz virusa ilk yoluxma halı qeyd olunan andan COVID-19-a qarşı effektiv və təxirəsalınmaz tədbirlər görməkdədir. Bununla bağlı, xüsusi Tədbirlər Planı həyata keçirilir, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla həll edilir. Bu ilin yanvar ayından pandemiyaya qarşı peyvəndləmə prosesi isə yoluxmaya qarşı mübarizədə mühüm mərhələ sayıla bilər. Belə ki, bu gün artıq Azərbaycan MDB ölkələri arasında peyvənd olunmuş əhalinin sayına görə liderdir”. Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, ölkəmizdə peyvəndləmə prosesi uğurla davam edir və Azərbaycan bu istiqamətdə dünya üzrə ön sıralardadır. Azərbaycanın qabaqcıl Avropa ölkələri ilə eyni vaxtda vaksinasiyaya başladığını önə çəkən Ə.Kazımova hazırda ölkəmizdə peyvənd olunan vətəndaşların sayının yarım milyonu ötdüyünü diqqətə çatdırıb: “Azərbaycanın peyvənd olunmuş əhalinin sayına görə MBD regionunda lider olması bir daha təsdiqləyir ki, əhalinin sağlamlığı və təhlükəsizliyi dövlətimiz üçün hər şeydən öndədir. Azərbaycan dövləti COVID-19-a qarşı effektiv mübarizə sərgiləməklə həm də dünyaya bir model təqdim edib. Eyni zamanda ölkəmiz beynəlxalq müstəvidə də pandemiya ilə mübarizəyə öz töhfələrini verib. Ötən ilin dekabrında Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu məsələyə həsr olunmuş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Ümumilikdə, ölkəmiz qlobal pandemiyaya qarşı mübarizədə mühüm addımları və qlobal təklifləri ilə seçilməyi bacardı. Hesab edirəm ki, davam etdirilən uğurlu fəaliyyət bu xəstəliyin yayılmasının qarşısının alınmasına və kütləvi yoluxma hallarının aradan qaldırılmasına imkan verəcək”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30