Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əhməd Oruc: Milli Prioritetlər ölkəmizin gələcək inkişafı üçün milli hədəflərimizi müəyyənləşdirir

Əhməd Oruc: Milli Prioritetlər ölkəmizin gələcək inkişafı üçün milli hədəflərimizi müəyyənləşdirir

26.02.2021 [08:53]

“Vətən müharibəsində əldə olunmuş qələbə regionda yeni siyasi reallıqlar yaratmaqla yanaşı, ölkəmizin gələcək inkişafı üçün də yeni zəmin yaradıb. Eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin gələcək inkişafı üçün milli hədəflərimizi müəyyənləşdirir. Olduqca təqdirəlayiq haldır ki, Milli Prioritetlər sırasında ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş regionlarımızın bərpası, yeni infrastrukturun qurulması, illərdir doğma yurd-yuvalarından ayrı düşmüş vətəndaşlarımızın öz elinə-obasına qayıtması və orada dayanıqlı məskunlaşmanın təminidir”. Bu fikirləri açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Artıq işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinə start verildiyini bildirən Ə.Oruc Füzuli rayonunda yeni aeroportun, Laçın rayonunda isə yeni su elektrik stansiyalarının qurulmasını müsbət dəyərləndirib. Onun sözlərinə görə, həmin regionlarda vacib infrastrukturların qurulması digər hədəflərin həyata keçirilməsinə əsaslı təsir göstərir. “Milli Prioritetlərdə də göstərilir ki, əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir”, - deyən Ə.Oruc onu da əlavə edib ki, işğaldan azad edilmiş bölgələrimizdə həyatın canlanması ölkə iqtisadiyyatına da müsbət təsirini göstərəcək. Belə ki, kənd təsərrüfatının, eləcə də ayrı-ayrı sənaye sahələrinin inkişafında mühüm irəliləyişlər olacaq. Partiya sədri vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımızın əksər hissəsi kənd təsərrüfatının inkişafı üçün münbit xarakter daşıyır və sovet dövründə ölkə iqtisadiyyatında əsaslı rol oynayıb. Həmin torpaqlardan istifadə ölkəmizin gələcək inkişafı üçün olduqca müsbət dividendlər vəd edir.
PƏRVİZ

Paylaş:
Baxılıb: 398 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30