Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hikmət Babaoğlu: Sarkisyan müsahibəsində Ermənistanın siyasi rəhbərlərinin terrorçu düşüncə sahibi olduqlarını bütün dünyaya nümayiş etdirdi

Hikmət Babaoğlu: Sarkisyan müsahibəsində Ermənistanın siyasi rəhbərlərinin terrorçu düşüncə sahibi olduqlarını bütün dünyaya nümayiş etdirdi

19.02.2021 [09:33]

Ermənistanın keçmiş prezidenti son açıqlamasında həm özünün, həm də vaxtilə rəhbərlik etdiyi dövlətin terrorçu olduğunu etiraf edib. Hələ indiyədək heç bir siyasətçi öz xələfini qonşu ölkəyə qarşı münasibətdə cəsarətli terrorçu ola bilməməkdə qınamayıb və bunu Serj Sarkisyan etdi. O, faktiki olaraq Paşinyanı yaxşı terrorçu olmamaqda qınayır. Qınayır ki, niyə Ermənistanın baş naziri əsgərlərin kütləvi toplandığı əraziləri hədəfə almaq üçün “İsgəndər” raketindən istifadə etməyib. Bu azmış kimi, Sarkisyan Azərbaycanın reallaşdırdığı beynəlxalq enerji layihələrinin, qaz və neft boru kəmərlərinin həmin raketlə vurulmamasını qəbahət hesab edir. Eyni zamanda, o, Gəncədə aeroportun vurulması əvəzinə mülki obyektə zərbə endirilməsini qeyri-dəqiqlik hesab edir. Beləliklə, S.Sarkisyan müsahibəsində Ermənistanın siyasi rəhbərlərinin terrorçu düşüncə sahibi olduqlarını bütün dünyaya nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Bu gün Ermənistanda revanş hissləri ilə yaşayanların Sarkisyan-Köçəryan-Paşinyan terrorçuluğunun davamçıları olduqlarını qeyd edən H.Babaoğlu deyib: “Ona görə də qoy bütün dünya bir daha görsün ki, Azərbaycan uzun illərdir, sadəcə, işğalçı ölkə ilə deyil, həm də dövlət adı altında beynəlxalq terror təşkilatına qarşı mübarizə aparıb. Əslində isə Azərbaycan işğalçılarla bərabər, həm də beynəlxalq terrorizmin mərkəzlərindən birini məhv edib. Həmin mərkəz ki, beynəlxalq enerji layihələrini də terror hədəfi kimi görüb”.
Deputatın sözlərinə görə, Sarkisyan öz açıqlamasında, sadəcə, fiziki terroru deyil, həm də siyasi terroru yaxşı bacardıqlarını göstərir. Onun bu terroru isə daha çox öz xalqına yönəlmiş siyasi terrordur. “2016-cı il Aprel döyüşlərindən danışan Sarkisyan iddia edir ki, guya Azərbaycan məğlub ediləcəyini anlayaraq atəşkəsə razı olub. Amma elə növbəti cümləsində öz sözlərini təkzib edərək, atəşkəs üçün Rusiyaya müraciət etdiyini deyib. Sarkisyanın sonuncu müsahibəsində səsləndirdiyi fikirlər onun terrorçu kimi mühakimə edilməsi üçün əsas verir. Qoy, dünyada antiterror koalisiyasından danışanlar, ilk növbədə, Ermənistanın da adını terror təşkilatı kimi siyahıya daxil etsinlər”, - deyə deputat vurğulayıb.

Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30