Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fəzail Ağamalı: Qlobal xarakterli layihələrin reallaşdırılması Azərbaycana beynəlxalq miqyasda siyasi dividendlər qazandırır

Fəzail Ağamalı: Qlobal xarakterli layihələrin reallaşdırılması Azərbaycana beynəlxalq miqyasda siyasi dividendlər qazandırır

19.02.2021 [09:21]

“Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Ölkəmiz özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılmasına güclü siyasi iradə göstərir. Bu, həm təchizatçı ölkə kimi Azərbaycanın, həm də istehlakçı dövlətlərin maraqlarına uyğundur. Deyilənlər baxımından Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır”. Bu fikirləri açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı bildirib ki, Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Layihə müzakirə edilən zaman həm maliyyələşdirmə, həm də boru kəmərinin keçəcəyi coğrafi ərazilərlə bağlı fərqli yanaşmalar var idi. Bütün bunlara rəğmən Azərbaycanın dəstəyi ilə region və qitə üçün əhəmiyyətli hesab olunacaq layihə reallaşdı. Cənub Qaz Dəhlizi Azərbaycanın təbii qazının Türkiyə və Avropaya çatdırılmasını təmin edir. Hər il keçirilən Məşvərət Şurasının iclası illik fəaliyyətlərin müzakirə edilməsi, sistemləşdirilməsi baxımından vacib hesab olunur. Cənub Qaz Dəhlizi Türkiyə bazarına illik əlavə olaraq 6 milyard kubmetrdən çox qazın nəql edilməsini nəzərdə tutur.
Partiya sədrinin sözlərinə görə, TAP kəməri vasitəsilə Avropaya ilk mərhələdə 10 milyard, ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql ediləcək: “Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Ötən il dekabrın sonunda Azərbaycan qazı Avropaya daxil oldu. Cənub Qaz Dəhlizi Avropanın xüsusi töhfə verəcək layihələrindən hesab olunur. Eyni zamanda, Mərkəzi Şərqi Avropadan Bolqarıstan daxili şəbəkə vasitəsilə Cənub Qaz Dəhlizindən qaz almaq niyyətindədir. Bu isə o deməkdir ki, Cənub Qaz Dəhlizi ilə ötürülən qazın Avropaya çatdırılma miqyasının genişlənməsi istisna edilmir. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək. Bütövlükdə isə qlobal xarakterli layihələrin reallaşdırılması Azərbaycana beynəlxalq miqyasda siyasi dividendlər qazandırır”.
NARDAR

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30