Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Musa Ağayev: Böyük Qayıdışın təmin edilməsi üçün dövlətimiz mühüm addımlar atacaq

Musa Ağayev: Böyük Qayıdışın təmin edilməsi üçün dövlətimiz mühüm addımlar atacaq

05.02.2021 [09:18]

“2021-ci ildə dövlətimizin və xalqımızın qarşısında dayanan əsas hədəf işğaldan azad olunmuş torpaqlarda yenidənqurma və bərpa işlərinin həyata keçirilməsidir. Bu işlərin ardıcıl aparılacağı və yaxın illərdə məcburi köçkünlərimizin hamısının doğma yurdlarına qayıdacağı şübhəsizdir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev söyləyib.
Partiya sədri deyib ki, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi son müsahibədə vurğuladığı kimi, azad edilmiş torpaqların bərpası ilə bağlı önəmli qərarlar qəbul olunub: “İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Minatəmizləmə Agentliyini yenidən formalaşdırılması üçün mühüm addımlar atılıb. Dəyən ziyanın qiymətləndirilməsinin, dağıdılmış bütün evlərin pasportlaşdırılmasının aparılması üçün göstəriş verilib. Dövlət başçısının qeyd etdiyi kimi, bu işlər görüləndən sonra infrastruktur layihələri icra ediləcək”.
M.Ağayev deyib ki, müvəqqəti idarəetmə strukturlarının yaradılması Qarabağda görüləcək quruculuq işlərinin səmərəliliyini artıracaq: “Artıq Prezidentin Şuşa şəhərində xüsusi nümayəndəsi təyin olunub. Belə ki, dövlət başçısına birbaşa tabe olan strukturların rəhbərliyi ilə bütün ərazilər planlı şəkildə bərpa ediləcək. Təbii ki, bu zaman heç bir qanunsuz fəaliyyətə imkan vermək olmaz. Bu baxımdan Prezidentin bəzi yüksəkvəzifəli məmurların Şuşa ilə bağlı təşəbbüslərini tənqid etməsi mühüm önəm kəsb edir”.
“Prezidentin bu günlərdə imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də işğaldan azad edilmiş ərazilərdə vətəndaşlarımızın dayanıqlı məskunlaşmasının təmin edilməsi və regionun ölkənin ən abad guşələrindən birinə çevrilməsi nəzərdə tutulur. Bu onu göstərir ki, Böyük Qayıdışın təmin edilməsi üçün dövlətimiz mühüm addımlar atacaq”, - deyə M.Ağayev bildirib.
Qaşqay

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30