Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əsli Kazımova: Azərbaycan üçün 2021-ci il də böyük uğurlarla yadda qalacaq

Əsli Kazımova: Azərbaycan üçün 2021-ci il də böyük uğurlarla yadda qalacaq

04.02.2021 [09:02]

“2020-ci il dünyada qlobal COVID-19 pandemiyası ilə mübarizə ilə yadda qaldısa da, ölkəmiz üçün uğurlu oldu, tariximizə qızıl hərflərlə yazıldı. Ordumuzun gücü, Prezidentimizin qətiyyəti, xalqımızın birliyi, cəmiyyətin həmrəyliyi 2020-ci ili Azərbaycan üçün Qələbə ilinə çevirdi. 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu və bayrama çevirdiyi həmrəyliyimiz 2020-ci ildə uzun illərdir həsrətində olduğumuz torpaqlarımızın azad edilməsində öz əməli təsdiqini tapdı. Bu, birlik, həmrəylik Azərbaycan xalqının ən böyük mənəvi sərvətinə çevrildi”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi bir daha xalqımızın bir yumruq kimi birləşməsinə, torpaqlarımızın işğaldan azad olunması uğrunda birgə mübarizənin təşkilinə təkan verdi.
Əsli Kazımova bildirib ki, bütün dünyada pandemiya səbəbilə geriləmə, tənəzzül, böhran ili kimi dəyərləndirilən 2020-ci il ölkəmizdə həmrəylik və qələbə ili kimi yadda qaldı: “2020-ci il həm də ölkəmizdə siyasi dialoqun genişləndirilməsi, yeni siyasi konfiqurasiyanın qurulması ilə əlamətdar oldu. İl ərzində bir neçə dəfə, aktiv müharibə dövründə isə daha mütəmadi şəkildə ölkəmizdə fəaliyyət göstərən partiyaların birgə müzakirələri təşkil olundu, müvafiq dövlət strukturları ilə görüşlər keçirildi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən siyasi partiyalarla keçirdiyi görüşlər, onların problemlərinin həlli istiqamətində atılan addımlar, bəzi partiyaların qeydiyyata alınması, bəzilərinin isə qərargahla təmin olunması milli həmrəyliyimizin möhkəmləndirilməsində, ölkədə vətəndaş birliyinin daha da gücləndirilməsində mühüm amil kimi çıxış etməkdədir. İnanırıq ki, yerləşdiyi regionun aparıcı iqtisadi-siyasi aktoruna çevrilmiş qalib Azərbaycan üçün 2021-ci il də böyük uğurlarla yadda qalacaq, işğaldan azad edilmiş torpaqlarımız qısa zamanda yenidən cənnətə çevriləcək”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 422 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30