Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hikmət Babaoğlu: Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir

Hikmət Babaoğlu: Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir

27.01.2021 [09:21]

“Azərbaycan-İran münasibətləri ənənəvi olaraq regionda dostluq və əməkdaşlıq münasibətləri kimi qiymətləndirilib və qarşılıqlı maraqlara söykənən tərəfdaşlığa əsaslanıb. Yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri zamanı Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə səsləndirdiyi təbrik sözləri də bir daha bu dostluq və tərəfdaşlığın təzahürü kimi qiymətləndirilməlidir. İranın xarici işlər naziri Azərbaycanın qələbəsi nəticəsində regionda yaranmış yeni geosiyasi və geoiqtisadi reallığı region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı kimi dəyərləndirdi. Beləliklə də, əslində, səfərinin məqsədlərini dilə gətirmiş oldu. Doğrudan da, Məhəmməd Cavad Zərif yeni reallığı yeni başlanğıc kimi qiymətləndirməkdə haqlı idi. Çünki məhz yeni reallıq regionun iqtisadi-siyasi və mədəni-humanitar potensialının tam gerçəkləşdirilməsi üçün perspektivlər açır”. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bütün bunlar isə ilk növbədə kommunikasiyaların bərpası və yeni nəqliyyat və enerji kommunikasiyalarının yaradılmasından keçir: “Hazırda Azərbaycan bu istiqamətdə olduqca sürətli və strateji həmlələr edir. Qısa müddətdə bunlar öz bəhrəsini verəcək və bu prosesdə regional inteqrasiyadan kənar qalmamaq üçün ölkəmizin həyata keçirdiyi layihə və tərəfdaşlıq platformalarına maraq get-gedə artır. Bu isə o deməkdir ki, yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir. Ona görə də İranın xarici işlər naziri məhz bu məsələdən danışarkən Azərbaycan Prezidentinin bildirdiyi “3+3” formatına istinad edərək digər ölkələrə də səfər edəcəyini, dolayısı ilə yeni formatda fəal iştirakçı olmaq niyyətini ifadə etdi. Ancaq özünəməxsus tərzdə yeni formatı yeni “5+1” platforması kimi təsvir etməklə İranı Azərbaycana daha yaxın gördüyünü diplomatik kombinasiya ilə bildirmiş oldu. Çünki “3+3” tərəfdaşlıq düsturu açılarkən politoloqlar adətən birinci üçlükdə Türkiyə-Azərbaycan-Gürcüstanı, ikinci üçlükdə isə Rusiya-İran-Ermənistanı təsvir edirdilər”.
Hikmət Babaoğlu vurğulayıb ki, görünür, Zərifin çoxkombinasiyalı “5+1” (İran) formatı təsviri də həm İranın birinci üçlükdə müəyyənləşdirilməsinə passiv etirazı, həm də əslində digər 5 ölkə ilə eyni dərəcədə məsafədə olmasına işarəsi idi: “Ancaq nəticə etibarilə söhbət yeni altıtərəfli əməkdaşlıq platformasından getdiyi üçün bu platformanı necə kombinə etməyin o qədər də əhəmiyyəti qalmır. Ona görə də daha praqmatik yanaşdıqda aydın olur ki, İran bu əməkdaşlıqda mühüm ölkələrdən biri ola bilər. Çünki hər şeydən öncə, İran və Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olması buna imkan verir. İkincisi, iki ölkə arasında bu tərəfdaşlığı daha da güclü edə biləcək bir sıra layihələr artıq əvvəlki reallıqlar çərçivəsində indiyədək öz əksini tapmaqla yeni reallıqlar üçün də yaxşı baza rolunu oynaya bilər. Məsələn, elə görüşdə adları çəkilən, Xudafərin və Qız Qalası hidroqovşaqlarının tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən işlər, 2021-ci ilin sonunadək bu yolun Azərbaycandan keçən hissəsinin inşasının başa çatdırılması imkanları kimi məsələlər buna əyani sübutdur”.

Paylaş:
Baxılıb: 400 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30