Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rufiz Qonaqov: Əldə olunan razılaşma sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll edilə bilər

Rufiz Qonaqov: Əldə olunan razılaşma sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll edilə bilər

27.01.2021 [08:59]

“Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması tarixi hadisədir. Bu Memorandum bir daha Azərbaycanın bütövlükdə regional və qlobal əməkdaşlığa verdiyi dəyər, qonşu ölkələrlə münasibətlərin yüksəldilməsi istiqmətində apardığı siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu gün Şərqlə Qərbin arasında ən mühüm tranzit-logistik mərkəzlərdən biri kimi şöhrət tapmış Azərbaycanın həyata keçirdiyi siyasi kurs iqtisadi inkişafı, əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı inteqrasiyanı hədəfləyir”. Bu fikirləri qəzetimizə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın imzalandığına diqqət çəkən R.Qonaqov bildirib ki, “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı Anlaşma Memorandumu olduqca böyük əhəmiyyətə malikdir: “Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bu sənəd iki ölkə arasında energetika, nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələsini başladır. Azərbaycanla Türkmənistan arasında imzalanan Memorandum həm də Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Əldə olunan razılaşma sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll edilə bilər”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30