Ana səhifə »  Siyasət »  Xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər missiyası
A+   Yenilə  A-
Xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər missiyası

Fakt budur ki, Heydər Əliyev Azərbaycanı öz xilaskarlıq missiyası ilə daxili və xarici düşmənlərdən qorudu, xilas etdi. Onun siyasi varisi İlham Əliyev bu tarixi qələbə, zəfər müjdəsi ilə davam etdirdi
Sovet hakimiyyəti dağıldıqdan sonra müstəqilliyini bərpa edən Azərbaycanın üzləşdiyi çətinliklər, xaos ölkəmizin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Digər tərəfdən, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması riski ilə üz-üzə qoymuşdu. Artıq bu reallıq özünü daha çox göstərməyə başlaması ilə yanaşı, ölkədaxili siyasi hərc-mərcliklərin kəskinləşməsi dövlətçiliyimizin əsaslarını laxlatmağa başlamışdı. Belə ki, gözləri respublikamızda olan xarici dairələr öz maraqlarının təminatı yönündə məkrli planlarını işə salmaqla vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olmaqda idilər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin “Xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər missiyası” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Belə bir vəziyyətdə Qarabağ cəbhəsində baş verən hadisələr də arxa plana keçmiş, hətta ayrı-ayrı silahlı birləşmələr dövlətin təhlükəsizliyini, düşmənin işğalçılıq siyasətinin qarşısını almaları yerinə ya siyasi oyunların girovlarına çevrilir, ya da şəxsi maraqlarını düşünərək maddi gəlirlərini müharibə yolu ilə artırmaqla məşğul idilər.
Xalqa lider, sərkərdə lazım idi və məhz onun xilaskarlıq missiyasını icra etməsi nəticəsində Azərbaycan dövləti düşdüyü ağır hərbi, siyasi böhranlardan qurtula bilərdi. Bu şəxsiyyət isə əlbəttə ki, Heydər Əlirza oğlu Əliyev idi.
Xalq da yaxşı bilir və dərk edirdi ki, polad iradə, sarsılmaz qətiyyət, sonsuz əzm və müdriklik ölkəni dəhşətli nəticələrdən qoruya bilər
O da əbəs deyildi ki, məhz belə bir gərgin və böhranlı vəziyyətdə xalq öz doğru seçimini və qərarını verdi. Daha dəqiq desək, o zamanın zəruri çağırışı sosial sifariş idi və bu sifarişin təməlində dahi Heydər Əliyevin xilaskarlıq missiyası dayanırdı. Çünki xalq da yaxşı bilir və dərk edirdi ki, yalnız polad iradə, sarsılmaz qətiyyət, sonsuz əzm və müdriklik ölkəni dəhşətli nəticələrdən qoruya bilər. Parçalanmış xalqı birləşdirən, dünya azərbaycanlılarını bir araya gətirərək müstəqilliyimizi qoruyan, bunun davamı olaraq isə yalnız inkişaf və tərəqqi yolunu tutan dahi şəxsiyyət Heydər Əliyev artıq o zamandan uzaqgörən siyasətini müəyyənləşdirərək, ölkəmizi daxili və xarici düşmənlərdən xilas etdi.
Nəticədə siyasi-diplomatik, iqtisadi cəbhədə qazanılan hər bir uğurun təməlində gələcək Azərbaycanın qüdrət, inkişaf və zəfər simvolları müəyyənləşdirildi və bu faktor köklü şəkildə ölkəmizi dünya arenasına çıxara bildi. Çünki qarşıda daha böyük, nəhəng qalibiyyətlər və zəfərlərin dayanması heç kimdə şübhə doğurmurdu.
Əgər bu gün biz müstəqil, güclü və qüdrətli, qalib Azərbaycan haqqında bəhs ediriksə, fikirlərimizi bölüşürüksə, bu reallıqların hər birində Heydər Əliyev imzasını görmüş oluruq.
Məhz bu şərəfli missiya keçmişimizi özümüzə qaytardı, bu günümüzün uğur reallığını sübuta yetirdi və sabahımızın növbəti qələbələrinin müjdəsini xalqımıza nəsib etdi
O da əbəs deyil ki, Azərbaycan xalqının Müzəffər Sərkərdəsi, Ali Baş Komandanı, Prezident İlham Əliyev bilavasitə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçı, varisi olaraq hər bir vətənsevər azərbaycanlının qəlbində özünəməxsus yerə sahibdir. Bu, bir faktdır ki, Heydər Əlirza oğlu Əliyev Azərbaycanı öz xilaskarlıq missiyası ilə daxili və xarici düşmənlərdən qorudu, xilas etdi. Onun siyasi varisi İlham Əliyev isə bu tarixi qələbə, zəfər müjdəsi ilə davam etdirdi. Məhz “Qarabağ Azərbaycandır!” tarixi kəlamı ilə!
Otuz il işğalçı Ermənistanın tapdağı altında qalan Qarabağ torpaqlarımız 44 günlük zəfər yürüşü nəticəsində işğaldan azad edildi. Bəli, “Xilaskarlıqdan qalibiyyətə!” Məhz bu şərəfli missiya keçmişimizi özümüzə qaytardı, bizi bir xalq, millət olaraq birləşdirdi, bu günümüzün uğur reallığını sübuta yetirdi və sabahımızın növbəti qələbələrinin müjdəsini xalqımıza nəsib etdi. Artıq onu da əminliklə vurğulaya bilərik ki, gələcək nəsillərimizin daha parlaq və qüdrətli bir dövlətdə yaşayacağına heç kim şübhə etməsin. Çünki bunu Müzəffər Ali Baş Komandanımız Şuşamızın azad olunduğu gün və sonrakı müraciətlərində dəfələrlə, qətiyyətlə vurğuladı.
Ona olan inam və ümid özünü bütün cəhətlərdən doğrultdu - xalq öz Liderinin, Müzəffər Sərkərdəsinin ətrafındadır
Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, onun ruhu qarşısında baş əyməsi və həmin an qəlbində keçirdiyi xoşbəxtlik və qürur hisslərini xalqımızla bölüşməsi, ata vəsiyyətini ləyaqət və şərəflə yerinə yetirməsini söyləməsi əsl xilaskar və qalib sərkərdəyə layiq anlar idi. Biz bu tarixin və qürurlu anların canlı şahidləri olaraq özümüzü ən xoşbəxt və ən qürurlu nəsil hesab edə bilərik.
Hələ 17 il əvvəl - xilaskarlıq missiyasından qələbə salnaməsinə keçilən dövrün yeni tarixi yazılmışdı. 2003-cü ildən böyük ümid və inamla xalqımızın arzusu və seçimi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin siması və siyasətində davam etdi. Olduqca məsuliyyətli və strateji hədəflərlə, məqsədyönlü konsepsiya və dövlətçilik quruluşu ilə başlanan uğurlu siyasət, Heydər Əliyev siyasi kursuna sadiqliklə bütün daxili və xarici siyasətin tam mərkəzində Azərbaycanın əbədi və əzəli torpaqlarının düşmən tapdağından azad olunması idi. “Xilaskarlıq salnaməmizin” müəllifləri Heydər Əliyev və İlham Əliyev - gələcək irsimiz və nəsillərimizə danışacağımız ən dəyərli uğur hekayəmizdir.
Dünyanın bir sıra aparıcı dövlətləri Azərbaycanın Qarabağda apardığı hərbi strategiyanı, müharibə metodlarını öyrənir, qazanılan qələbənin mühüm meyarlarını hərbi ədəbiyyatlarına daxil edirlər
Nəhayət 2020-ci il noyabrın 8-də “Qarabağ Azərbaycandır!” nidası qoyulmuş oldu. Riyakar və daim cinayətkar siyasəti ilə dünyada işğalçı imici formalaşdıran Ermənistan əbədi və əzəli torpaqlarımızı işğal edərək beynəlxalq hüququn prinsiplərini pozması ilə kifayətlənməyərək daha da azğınlaşması, qeyri-qanuni məskunlaşma, yeni ərazi iddiaları irəli sürərək mülki əhalimizə qarşı terror cinayətlər törətdilər. İllərlə yaratdıqları “güclü erməni ordusu” mifinə nəinki dünyanı, hətta özlərini belə inandırmağı bacarmışdılar. 1990-cı illərdə SSRİ ordusundan qalan silah-sursat, ermənipərəst qüvvələrin dəstəyi ilə öz işğalçı siyasətini həyata keçirərək ağır cinayət və soyqırımı aktları törətdilər. Münaqişənin təmas xəttindən uzaq məsafələrə doğru genişlənməsi Ermənistanın yeni ərazi iddialarının və işğal altında saxladıqları torpaqlarda əbədi məskunlaşmaq niyyətinin bariz nümunəsi idi. Ermənilərin ötən ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməsi, mülki əhaliyə qarşı cinayətkar təxribatların törədilməsi riyakar niyyət və məqsədi bütün dünyaya nümayiş etdirdi. Buna baxmayaraq, Azərbaycan dövləti səbir və dözüm nümayiş etdirdi və beynəlxalq hüquq və prinsiplərlə, danışıqlarda haqlı mübarizəmizi apardı, ancaq güclü nizami ordumuzun qurulması ilə ən müasir silah və döyüş texnikaları ilə təmin olunmuş Silahlı Qüvvələrimiz bütün riyakarlıq və cinayətlərin cavabını verərək qələbə qazandı. Əbəs deyil ki, artıq dünyanın bir sıra aparıcı dövlətləri Azərbaycanın Qarabağda apardığı hərbi strategiyanı, müharibə metodlarını öyrənir, qazanılan qələbənin mühüm meyarlarını hərbi ədəbiyyatlarına daxil edirlər.
Digər tərəfdən, Prezident İlham Əliyev “Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayıb və olmayacaq” deyərək, bütün beynəlxalq təzyiqlərin qarşısında məğrur, qətiyyət və dözümlə dayanaraq səbir və iradə nümayiş etdirərək, xalqının ona olan inam və dəstəyinə arxalanaraq tarixi adını, Qalib Sərkərdə adını xalqımızın qəlbinə və tarixinə əbədi həkk etdirdi.
2021-ci ilin növbəti uğurlu və strateji nailiyyətlərlə yadda qalan illərdən olacağına hər birimiz əminik
Artıq 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi daxil oldu. Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli siyasəti, məğrur və iradəli Azərbaycan Ordusunun əzmi, qanını, canını qurban verərək əbədiyyətə qovuşan şəhidlərimizin ruhu və qazilərimizin sağlamlığı bahasına tariximizə bəxş edilən şanlı Qələbə bütün dünya azərbaycanlılarını dəmir yumruq ətrafında sıx birləşdirdi və həmrəyliyimiz daha da gücləndi. “Qarabağ Azərbaycandır!” vurğulayan Prezident İlham Əliyev onu xəyallarımızdan tariximizin gerçəkliyinə çevirdi.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı erməni vəhşilik və vandalizmini şəxsən özünün təqdimatı ilə dünyaya çatdırması, qələbənin haqlı mübarizəmizin nəticəsində əldə olunduğunu bir daha sübut etdi. Tarixi, əbədi və əzəli torpaqlarımızda ermənilərin illərlə etdiyi vəhşiliklər, tarixi və mədəni abidələrimizin dağıdılması hər birimizi çox narahat edir, ancaq “Böyük Qayıdış” planı bütün yaralarımızı sağaldacağına inanırıq və əminik. Bərpa işlərinin başlanması bir daha sübut edir ki, Qarabağ öz tarixi gözəlliyinə qovuşacaq və bütün dünya uğurlu layihələrin icrasına şahidlik edəcək.
2021-ci ilin növbəti uğurlu və strateji nailiyyətlərlə yadda qalan illərdən olacağına hər birimiz əminik. Yeni infrastruktur və yol layihələrinin icrası, nəzərdə tutulan uğurlu işlərin tez bir zamanda həyata keçiriləcəyinə zəmin yaradır. İşğaldan azad olunmuş ərazilərimizdə keçiriləcək çox mühüm və tarixi abidələrimizin yenidən bərpası, irsimizin, mədəniyyətimizin ən gözəl dövrə qədəm qoyması müjdəsini verir. Şəhərlərimizin tarixi adlarına qovuşması, tarixi, mədəni, dini irsimizin öz tarixi və haqlı sahibinə qovuşması bizi çox sevindirir. Qanı və canı ilə tariximizə şanlı qələbəni nəsib edən şəhidlərimiz və qazilərimizin ailələri daim diqqət və qayğı ilə təmin olunacaq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə sağlamlıq diləyirik. Torpaqlarımızın işğaldan azad olunması, tarixi qələbəmizin xəyallardan gerçəyə çevrilməsində onların misilsiz xidmətləri heç zaman unudulmayacaq.
Müzəffər Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı əsgərlərimizin coşqusu, Prezidentin dünya ictimaiyyətinə tarixi və strateji mesajları 44 günlük mübarizədə nümayiş etdirdiyi əzm, iradə və qətiyyətin davamı idi. Dünya ictimaiyyəti Azərbaycan Ordusu və xalqının coşqusunda sonsuz məhəbbətin, hədsiz inam və həyəcanının şahidi oldular. Səmimi foto və dialoqlarla yadda qalan səfər təəssüratlarını xalqımız heç zaman unutmayacaq.
Azərbaycanımızın məğrur, vətənpərvər, cəsur oğullarını nəsillərimiz tanıdı
Qırx dörd günlük haqq savaşı adlarını tariximizə əbədi həkk etdirən qəhrəman şəhid və qaziləri tanıtdı. Azərbaycanımızın məğrur, vətənpərvər, cəsur oğullarını nəsillərimiz tanıdı və daim gələcək irsimizə tanıdacaq. Vətən uğrunda qanını, canını fəda edən şəhidlərimizin, sağlamlığını qurban verən qazilərimizin vətən borcu ödəndi. Hər qarış torpaqlarımızın azad olunmasına görə onlara borcluyuq və heç zaman unutmamalıyıq.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və dayaq məqsədli yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşma xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır. Bizlər isə inanırıq və əminik ki, Xilaskarlıq Missiyası xalqımızın həmrəylik və milli birlik ruhunda hər zaman uğurla davam edəcək və ölkəmiz daim qüdrətlənəcək, çünki bu missiyanın təməl prinsipi Qələbə və Zəfər gerçəkliyidir. Yaşasın Azərbaycan! Yaşasın bizə bu qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!

 
  • Oxunub:  2400  |  
  • Tarix:  13-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub

27 Yanvar 20:24
“Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib
27 Yanvar 19:25
Rafael Hüseynov: Ermənistan gələcəyini düşünürsə, qarşıdurma cəhdlərindən əl çəkməlidir
27 Yanvar 19:18
Mikayıl Cabbarov: SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq
27 Yanvar 18:31
Azərbaycanın Ankaradakı səfirliyində Türkiyənin bələdiyyə nümayəndələri ilə görüş keçirilib
27 Yanvar 18:26
Rusiya Prezidenti Qarabağa dair üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edib
27 Yanvar 18:21
Yaponiyanın səfiri “ASAN xidmət”də
27 Yanvar 18:12
Müdafiə Nazirliyi Füzuli rayonunun Xələfşə kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 18:10
Vüqar Rəhimzadə: Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq
27 Yanvar 18:09
Polis əməkdaşları ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarəti gücləndiriblər
27 Yanvar 17:58
Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
27 Yanvar 17:54
Malik Həsənov: Azərbaycan gələcək illərdə İKT sahəsində liderlik mövqeyini daha da möhkəmləndirəcək
27 Yanvar 17:52
Əliabbas Salahzadə: Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi dayanıqlı inkişafın təminatında əsas amillərdəndir
27 Yanvar 17:50
Pərvin Kərimzadə: “Böyük Qayıdış” işğaldan azad olmuş torpaqları dircəldəcək
27 Yanvar 17:44
Nigar Arpadarai: Azərbaycan ərazilərində saxlananlar “müharibə əsirləri” deyil, diversant və terrorçu qruplardır
27 Yanvar 17:34
Qənirə Paşayeva: Azərbaycan Dillər Universiteti təhsilimiz və mənəviyyatımız üçün vacib layihələr həyata keçirir
27 Yanvar 17:31
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
27 Yanvar 17:30
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
27 Yanvar 17:19
Azərbaycanın xarici işlər naziri ilə ATƏT-in Minsk qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
27 Yanvar 17:16
Hikmət Hacıyev: Prezident İlham Əliyevin təşəbbüskarı olduğu 3+3 formatı dövlətlər arasındakı sıx əlaqələri, inteqrasiyanı nəzərdə tutan ideyadır
27 Yanvar 17:14
Yeni kitab: “Münxendən başlayan zəfər”
27 Yanvar 16:43
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir
27 Yanvar 16:33
Azərbaycanda koronavirusdan 601 nəfər sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb
27 Yanvar 16:20
Naxçıvan nümayəndəliyinin rəhbəri Əfqanıstan səfiri ilə görüşüb
27 Yanvar 16:12
Prezidentin köməkçisi: Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi
27 Yanvar 16:11
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazırdır
27 Yanvar 16:03
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
27 Yanvar 16:01
ÜST: Koronavirusa qarşı peyvəndin çatdırılmasında problemlər mövcuddur
27 Yanvar 16:00
ÜST: Hazırda 52 ölkədə vaksinasiya aparılır
27 Yanvar 15:53
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
27 Yanvar 15:43
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır
27 Yanvar 15:43
Hikmət Hacıyev: Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən siyasət qardaş ölkələrimiz arasındakı münasibətləri nümunəvi səviyyəyə çatdırıb
27 Yanvar 15:41
Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
27 Yanvar 15:35
Prezident İlham Əliyev Şuşanın bərpası və gələcək həyatı ilə bağlı tapşırıqlar verib
27 Yanvar 15:30
UEFA Avropa çempionatının təşkilatçılarının sayını azaltmaq niyyətində deyil
27 Yanvar 15:25
Elektron Hökumətin İnkişafı Mərkəzi ilin yekunlarına dair hesabat təqdim edib
27 Yanvar 14:58
Prezident: Şuşanın bərpası, dirçəlməsi işləri planlı şəkildə aparılmalıdır
27 Yanvar 14:42
Prezident İlham Əliyev: Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir
27 Yanvar 14:40
YAP Şəmkir rayon təşkilatı Vətən müharibəsi zamanı şəhid olmuş hərbiçilərin ailələri və qazilərlə görüşlərini davam etdirir
27 Yanvar 14:37
Prezident İlham Əliyev: Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən almışıq
27 Yanvar 14:34
Fuad Nağıyev: Rayonlararası hərəkətin bərpa olunması regionlarda yerləşən hotellərdə canlanma yaradıb
27 Yanvar 14:28
Prezident: Ermənilər nə qədər çalışsalar da, Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməyiblər
27 Yanvar 14:20
Prezident İlham Əliyev: Biz Şuşanı qoruyacağıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq
27 Yanvar 14:19
Məşhur fotoqraf Reza Deqati Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib
27 Yanvar 14:14
Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
27 Yanvar 14:01
Nazir: Ötən il qeyri-neft-qaz sektoru üzrə vergidaxilolmaları 5,6 milyard manat olub
27 Yanvar 13:24
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu ərazilərdə fəaliyyəti yüksək qiymətləndirilib
27 Yanvar 13:21
Kamilə Əliyeva: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istər siyasi, istərsə də iqtisadi cəhətdən dünyada güclü bir dövlətə çevrilib
27 Yanvar 13:19
İstanbulda təbii fəlakətlərə qarşı təhlükəli bölgələrdə yenidənqurma işlərinə başlanılıb
27 Yanvar 13:12
Süni intellekt sahəsində dünya lideri kimdir?
27 Yanvar 13:05
Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək
27 Yanvar 13:03
Yoluxmanın nəticələrinə əsasən V-IX siniflərdə dərslərin açılması ilə bağlı qərar veriləcək
27 Yanvar 12:59
Azərbaycanla Britaniyanın energetika sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
27 Yanvar 12:48
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb
27 Yanvar 12:47
Əsas kapitala yönəldilmiş vəsaitin 1 milyon manatı poçt və kuryer fəaliyyətinə sərf olunub
27 Yanvar 12:47
Mehriban Vəliyeva: Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində monitorinqlər aparılacaq
27 Yanvar 12:33
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib
27 Yanvar 12:32
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçib
27 Yanvar 12:12
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
27 Yanvar 12:06
“MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndisin nəşi Bakıya gətirilib
27 Yanvar 11:52
Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir
27 Yanvar 11:41
UNESCO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub
27 Yanvar 11:30
Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub
27 Yanvar 11:12
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır
27 Yanvar 11:08
Banklar Assosiasiyası Ədliyyə Nazirliyi ilə icra prosesində yaranan məsələlərin həlli yollarını müzakirə edib
27 Yanvar 11:05
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
27 Yanvar 11:01
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 09:41
Meksika qəzeti: “Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməlidir”
27 Yanvar 09:23
Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub
27 Yanvar 09:19
Küləklə sovrulanlar...
27 Yanvar 09:16
“Biz qalib gəldik”

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+2 +5