Ana səhifə »  Siyasət »  Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi tarixdə əbədi qalacaq
A+   Yenilə  A-
Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi tarixdə əbədi qalacaq

Prezident İlham Əliyev: Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır

Azərbaycan artıq tarixə dönən 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi apardı. 44 gün davam edən müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı və bu sənədə əsasən, üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə, üç onillik ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.Vətən müharibəsində qazanılan şanlı qələbənin ölkəmiz və xalqımız üçün əhəmiyyəti çox böyükdür. Prezident İlham Əliyev yanvarın 6-da Onun Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində bildirib ki, bu Qələbə tarixdə əbədi qalacaq. "Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün təmin ediləcəyinə dair vədini Vətən müharibəsində qazanılan şanlı qələbə ilə yerinə yetirdi

Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçidir. O, heç vaxt populist vədlər vermir, həmişə reallıqdan çıxış edir. Ölkəmizin milli maraqlarının təmin olunması, xalqımızın arzu və istəklərinin həyata keçirilməsi Onun çoxşaxəli fəaliyyətinin ana xəttini təşkil edir. Azərbaycan Prezidentinin əvvəlki illərdə ölkənin ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədinin 44 günlük Vətən müharibəsində yerinə yetirilməsi deyilənləri bir daha təsdiqlədi. Prezident İlham Əliyev son 17 ildə qətiyyət göstərərək Ermənistanın işğalçılıq siyasətinin nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini ölkəmizin gündəliyinin mərkəzində saxlamağa nail oldu. Dövlət başçımız bütün beynəlxalq platformalarda, eləcə də respublika daxilində keçirilən tədbirlərdə tarixi faktlara, beynəlxalq hüquqa istinad etməklə əsaslandırırdı ki, Dağlıq Qarabağın Ermənistanla hər hansı bir bağlılığı yoxdur, sənədlər və faktlar bu yerlərin məhz Azərbaycana məxsus olduğunu təsdiqləyir. Prezident İlham Əliyev bu kimi fundamental amillərə istinad edərək deyirdi ki, Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, xalqımız işğal faktı ilə heç vaxt barışmayacaq. Dövlətimizin başçısı bildirirdi ki, biz bu məsələni istənilən yolla həll edəcəyik. Əlbəttə, Prezident İlham Əliyev belə qətiyyətli mövqe sərgiləyərkən Ona güclü təzyiqlər də olurdu. Beynəlxalq aləmdə işğalçı Ermənistana havadarlıq edən qüvvələr inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqlarından başqa həll variantı yoxdur, hərb yolu isə ümumiyyətlə istisna təşkil edir. Dövlətimizin başçısının bəhs olunan müşavirədə xatırlatdığı kimi, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdar idi. Üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda iştirak etməsi respublikamızın sülhə necə böyük önəm verdiyini təsdiqləyir. Sülh danışıqlarında daim konstruktivlik göstərən Azərbaycan işğalçı Ermənistandan ərazilərimizin boşaldılmasına, geri qaytarılmasına dair cədvəl istəyirdi. Əgər Ermənistan vaxtında bunu etsəydi və işğalçılıq siyasətindən əl çəksəydi, müharibəyə ehtiyac qalmayacaqdı. Bu, baş vermədi. Cəzasızlıq mühitindən ruhlanan işğalçı dövlətin yüksək çinli rəsmiləri bildirirdilər ki, bir qarış torpaq da Azərbaycana geri qaytarılmayacaq. Onlar son vaxtlarda daha da qabağa gedərək "yeni ərazilər uğrunda yeni müharibə" iddiaları səsləndirməkdən də çəkinmirdilər. Beləliklə, müharibə qaçılmaz oldu. Müharibənin başlamasının bütün məsuliyyəti işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyini əyani şəkildə təsdiqlədi. Müharibənin elə ilk günlərindən Silahlı Qüvvələrimiz döyüş meydanında təşəbbüsü ələ aldı. Bu da təsadüfi deyildi. Ordumuzu döyüş meydanında yenilməz edən bir sıra amillər sadalaya bilərik. Burada, əlbəttə ki, son 17 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan güclü ordu quruculuğu siyasətinin önəmini xüsusi qeyd edə bilərik. Müharibə şəraitində yaşayan Azərbaycan bəhs olunan dövrdə sülh danışıqlarında iştirak etməklə yanaşı, həm də özünün getdikcə artan iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə Silahlı Qüvvələrimizin texniki təchizatının gücləndirilməsinin, döyüş hazırlığının artırılmasının qayğısına qalırdı. Qürur hissi ilə deyə bilərik ki, bu gün respublikamız dünyanın 50 ən güclü ordusundan birinə malikdir. Belə güclü Orduya İlham Əliyev kimi xalqını, Vətənini sevən milli ruhlu sərkərdənin rəhbərlik etməsi Vətən müharibəsində Silahlı Qüvvələrimizin gücünə güc qatdı. Müharibənin bizim ərazilərimizdə getməsi də əsgər və zabitlərimizin döyüşlərə daha inamla atılmasına güclü impuls verirdi. Müharibə Ermənistan üçün işğalçılıq, Azərbaycan üçün isə xilaskarlıq səciyyəsi daşıyırdı. Silahlı Qüvvələrimiz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Vətən müharibəsində Ordumuzun şanlı qələbəsini yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: "Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu – hərbi yolla. Ondan sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi".

Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, böyük problemlə üzləşəcək

Hazırda qarşıda duran vəzifə Vətən müharibəsində qazanılan şanlı qələbəni siyasi yolla möhkəmləndirmək, regionda erməni faşizminin baş qaldırmasına imkan verməmək, keçmiş münaqişə ilə və indiki reallıqla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında beynəlxalq ictimaiyyətə məlumat çatdırmaqdan ibarətdir. Müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın revanşist cəhdlərinin və təxribat əməllərinin qarşısının alınması da vacib məsələlər sırasında dayanır. Respublikamızın prinsipial mövqeyi noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsaslanır. Bu sənəddə təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz, yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidəki vəziyyəti düzgün dəyərləndirir və humanitar məsələlərin həllinə razılığını veribdir. Lakin bundan sui-istifadə yolverilməzdir. Təəssüf doğuran haldır ki, müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanda müəyyən revanşist cəhdlər müşahidə edilməkdədir. Ermənilər işğalçı dövlətin ərazisindən Azərbaycan tərəfə keçərək diversiya, terror törətməyə cəhd göstəriblər. Artıq sübut olunub ki, Azərbaycanın Xocavənd rayonuna silahlı dəstələr Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəliblər. Suallar yaranır: Bu dəstələr ölkəmizin ərazisinə nə üçün gəliblər? Bu dəstələri kim göndərib? Prezident İlham Əliyevin bildirdiyi kimi, onlar terrorçu və diversantlardır. Çünki müharibə noyabrın 10-da başa çatıb. Lakin Azərbaycan yenə də humanizm göstərərək onları məhv etmədi, əsir götürdü.

Müharibə bitdikdən sonra Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin Dağlıq Qarabağa səfərləri narahatlıq doğurmaya bilməz. Belə təhrikedici hərəkətlər yolverilməzdir. Əgər bu cür təxribatçı addımlar gələcəkdə də davam edəcəksə, Azərbaycan sərt cavab vermək məcburiyyətində qalacaq. Ölkəmizin birmənalı mövqeyini nəzərə çatdıran Prezident İlham Əliyev "Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq Mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar", - deyə vurğulayıb.

Bu məqamda yada salmaq yerinə düşər ki, Ermənistanın işğalın davam etdiyi üç onillik ərzində sərgilədiyi əməllər humanizmdən tamam uzaq olub. Ermənilər xalqımıza qarşı sonsuz qəddarlıqla Xocalı qətliamını törədiblər. Düşmən tərəf Kəlbəcəri və digər rayonlarımızı işğal altına alanda dinc sakinlərə öz ev-eşiklərini tərk etməyə vaxt verməyiblər. Həmin günlərdə mənfur düşməndən canlarını qurtarmaq üçün dağlara, meşələrə üz tutan insanların bir çoxu soyuqdan donub. Üç onillik ərzində düşmən işğal altında saxladığı ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib, bir vaxtlar çiçəklənən şəhərlərimizi, kəndlərimizi dağıdaraq yerlə-yeksan edib. Vətən müharibəsində işğalçı Ermənistanın əl atdığı cinayətləri xatırlayaq. Döyüş meydanında Azərbaycanın Silahlı Qüvvələrinə cavab verə bilməyən düşmənin hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini, Tərtər, Bərdə, Ağcabədi və digər rayonlarımızın yaşayış məntəqələrini beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan ardıcıl atəşə tuturdular. Düşmənin belə müharibə cinayətlərinin nəticəsi olaraq 100 dinc sakin həyatını itirib, 416 mülki şəxs yaralanıb, 4186 yaşayış evi, 135 çoxmənzilli yaşayış binası, 548 mülki obyekt yararsız hala düşüb. Azərbaycan isə müharibə dövründə ədalətli, məsuliyyətli, humanist siyasətinə sadiq qalıb və Ermənistandan fərqli olaraq yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparıb, heç vaxt dinc əhaliyə, yaşayış məntəqələrinə atəş açmayıb. Qeyd edək ki, hazırda düşmənin müharibə günlərində atəşə məruz qoyduğu yaşayış məntəqələrində bərpa işlərinə başlanılıb. Müharibə zamanı zərər çəkmiş ailələrə müvafiq yardımlar göstərilir. Eyni zamanda, ərazilərin minalardan təmizlənməsi istiqamətində intensiv işlər aparılır. Düşmənin müharibə cinayətlərinə yol verərək dağıntılar törətdiyi yaşayış məntəqələrində  xatirə komplekslərinin yaradılması da gündəlikdə duran məsələlər sırasında yer alır.

Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4650  |  
  • Tarix:  09-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

25 Fevral 09:13
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir
25 Fevral 09:07
“CoronaVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır
25 Fevral 09:05
Ermənistanda siyasi qarşıdurma kəskinləşir
25 Fevral 09:04
Savadsızlıq, yoxsa qərəz?
24 Fevral 20:42
Ceyhun Bayramovun Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub
24 Fevral 20:39
Azay Quliyev: 44 günlük müharibədən sonrakı vəziyyət mövcud reallığa uyğun addımların atılmasını daha da vacib edir
24 Fevral 19:46
Xocalı faciəsi qurbanlarının xatirəsi Tbilisidə anılıb
24 Fevral 19:41
Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb
24 Fevral 19:38
Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir təşkil edilib
24 Fevral 19:12
3 dəqiqə ərzində görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?
24 Fevral 19:06
YAP Gədəbəy rayon təşkilatı Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib
24 Fevral 18:54
Hava temperaturunun koronavirus infeksiyasına yoluxmaya təsiri aşkar edilib
24 Fevral 18:49
Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edir
24 Fevral 18:09
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir
24 Fevral 18:08
Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək
24 Fevral 17:41
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilir
24 Fevral 17:25
Mikayıl Cabbarov: Keçən il dövlət satınalmaları 14,8 faiz artıb
24 Fevral 17:23
Hikmət Babaoğlu: Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı regional əməkdaşlıqdan keçir
24 Fevral 17:15
BDU-da Beynəlxalq elmi konfrans: Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri
24 Fevral 17:14
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
24 Fevral 17:10
Karol Büro-Bonnar: Azərbaycanda keçirdiyimiz görüşlər zamanı Fransa ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı faktlar əldə etdik
24 Fevral 17:08
Günay Əfəndiyeva “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminarda iştirak edib
24 Fevral 17:05
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
24 Fevral 17:01
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə sanki məğlubiyyətin acığını çıxmağa çalışır
24 Fevral 16:42
Təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib
24 Fevral 16:40
Avropa İttifaqının dəstəyi, UNFPA və RİİB-in təşkilatçılığı ilə Azərbaycanda ilk “Gender bərabərliyi” hakatonu keçirilib
24 Fevral 16:39
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılar ilə görüş keçirilib
24 Fevral 16:37
Azərbaycan və Pakistan parlamentlərarası dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
24 Fevral 16:34
Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
24 Fevral 16:33
Azərbaycan vətəndaşları Gürcüstana PCR testi ilə səfər edə biləcəklər
24 Fevral 16:30
Türkiyədə “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq
24 Fevral 16:25
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı
24 Fevral 16:24
DİN bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb
24 Fevral 16:21
Fransa Milli Assambleyasının deputatı: Azərbaycan multikultural, bütün mədəniyyətlərə və konfessiyalara açıq ölkədir
24 Fevral 16:19
Rusiyalı jurnalist: Erməni silahlı qüvvələri tərəfindən torpaqların gen-bol minalanması həmin əraziləri öz nəzarətində saxlamağa kömək etmədi
24 Fevral 16:17
Beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması hər zaman diqqət mərkəzində olub
24 Fevral 16:15
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edib
24 Fevral 16:13
Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək
24 Fevral 16:11
Ombudsman Aparatında ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
24 Fevral 16:06
"Siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası ilə bağladım və hesab edirəm ki, doğru addım atmışam"
24 Fevral 15:35
Hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 27 nəfərə çatıb
24 Fevral 15:15
Milli Kitabxanada “Xocalı 29” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
24 Fevral 15:14
Tbilisidə Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib
24 Fevral 15:09
Azərbaycanda koronavirusdan 145 nəfər sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb
24 Fevral 15:01
Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada da anılıb
24 Fevral 14:47
Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir
24 Fevral 14:46
Ukrayna Ali Radasının deputatı: Xocalı hadisələri bütün bəşəriyyət tarixində silinməz ləkədir
24 Fevral 14:43
Vətən müharibəsində düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayılıb - VİDEO
24 Fevral 14:38
Misir KİV-ləri: Xocalı soyqırımının 29-cu ildönümü bu il Azərbaycanda fərqli şəkildə anılır
24 Fevral 14:35
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman Azərbaycanın haqq işinə dəstək verib
24 Fevral 14:29
Abşeron yarımadasında gecə 9 dərəcəyədək şaxta gözlənilir
24 Fevral 14:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində xeyli işlər görüb
24 Fevral 14:06
"Sabahın məktəbi" mövzusunda vebinar keçiriləcək
24 Fevral 13:24
Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini paylaşıb VİDEO
24 Fevral 13:22
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xaçmazda 613 ağac əkilib
24 Fevral 13:20
Yardımlıda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
24 Fevral 13:06
FHN vətəndaşları ehtiyatlı olmağa, təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırır
24 Fevral 12:58
Türkiyənin Azərbaycandan təbii qaz idxalı artıb
24 Fevral 12:57
Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkilib
24 Fevral 12:41
“Jewish Journal” nəşrində ermənipərəst senatorların bəyanatlarına cavab məqaləsi dərc edilib
24 Fevral 12:28
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub
24 Fevral 12:23
Avtomobil yollarındakı vəziyyət açıqlanıb
24 Fevral 12:03
Bakı Nəqliyyat Agentliyi: Bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir
24 Fevral 12:01
Baş nazir Əli Əsədov İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib
24 Fevral 11:59
Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir
24 Fevral 11:51
“Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib
24 Fevral 11:42
Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır
24 Fevral 11:38
Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama yayıb
24 Fevral 09:07
“Peyvənd olunanlar arasında ciddi yan təsirlərə, allergik reaksiyalara rast gəlinməyib”
24 Fevral 09:06
Ermənistanda qarşıdurma pik həddinə çatıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA