Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əlisahib Hüseynov: Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini hər bir azərbaycanlı təqdir edir

Əlisahib Hüseynov: Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini hər bir azərbaycanlı təqdir edir

08.01.2021 [09:00]

“Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi həm mədəniyyət tariximiz, həm də bu günümüz üçün fövqəladə əhəmiyyət kəsb edən bir hadisədir”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, son 28 il ərzində bütün vasitələrlə “erməniləşdirilməyə” çalışılan Şuşa şəhərinin restavrasiyasına başlanılacaq, hər bir azərbaycanlı üçün rəmzləşən, müqəddəsləşən qədim tarixi siması bərpa ediləcək: “Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini hər bir azərbaycanlı təqdir edir”.
Partiya sədrinin sözlərinə görə, Şuşa öz mədəni-psixoloji aurası, enerjisi ilə Azərbaycanımızın baş tacına çevrilib: “Zatən bu şəhərin coğrafi mövqeyi, relyefi, dağlar-qayalar üzərində yerləşməsi də onu taca bənzədir. Cənab Prezident isə təbii-tarixi prosesi siyasi qərara çevirdi. Prezident İlham Əliyev Şuşanı rəsmi qaydada mədəniyyət paytaxtımız elan etməklə tarixə düşən ilk dövlət başçımız oldu. Daha doğrusu, İlham Əliyev Öz adını Şuşanın tarixinə iki dəfə yazdırıb: birinci dəfə Ali Baş Komandanlıq etdiyi Azərbaycan Ordusunun döyüş gücü ilə Şuşanı işğaldan azad etməklə, ikinci dəfə isə bu şəhəri mədəniyyət paytaxtımız elan etməklə. Yəqin ki, gələcək salnaməçilərimiz, tarixçilərimiz öz kitablarında, tədqiqatlarında bunu da xüsusi qeyd edəcəklər. Şuşanın Prezidentimiz tərəfindən rəsmən mədəniyyət paytaxtı elan edilməsi xalqımızı da məmnun edən addımlardan biri oldu. Xalqımız bu qərarı dəstəkləyir. Cənab Prezidentin bu qərarı mədəniyyətimizin gələcəyi ilə və xüsusi olaraq Şuşanın gələcəyi ilə bağlı böyük ümidlər yaratdı. Əgər belə demək mümkünsə, Şuşa yenidən doğulacaq, ikinci baharını yaşamağa başlayacaq”.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 498 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30