Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Azərbaycan müstəqil dövlətdir, nəyi necə etdiyini də özü müəyyən edir"

"Azərbaycan müstəqil dövlətdir, nəyi necə etdiyini də özü müəyyən edir"

17.04.2010 [15:11]

“Seçki komissiyalarında boş qalan yerlərlə bağlı məsələ parlamentdən asılı olan məsələdir. çünki komissiyaların formalaşdırılması meyarı parlamentdə olan partiyaların təmsilçilik normasına uyğun həyata keçirilir. Parlamentdə təmsil olunan əksər partiyalar seçki komissiyalarına nümayəndələrini göndərib. Yeganə olaraq Müsavat Partiyası nümayəndə göndərməyib, ona aid olan yerlər boşdur”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında seçki komissiyalarında boş qalan yerlərlə bağlı suala cavabında bildirib. Şöbə müdiri deyib ki, bu məsələni necə həll etmək parlamentin səlahiyyətindədir: “Parlamentin səlahiyyətindədir ki, seçki komissiyalarında boş olan yerlərə digər namizədlərin təyin olunması məsələsinə baxsın, yaxud baxmasın”.
Beynəlxalq təşkilatların seçki komissiyalarının formalaşması barədə tövsiyələrinə münasibət bildirən Ə.Həsənov bunları deyib: “O tövsiyələr ki, həqiqi mənada Azərbaycanda seçki praktikasının yaxşılaşdırılmasına, həm qanunverici, həm digər hakimiyyət qollarının formalaşmasına yardım edir, eləcə də Azərbaycanın imicinə müsbət təsir göstərir, biz məmnuniyyətlə, onları qəbul edirik. O təkliflər ki, seçkilərin taleyini ayrı-ayrı insanların, təşkilatların iradəsindən asılı vəziyyətə salır və bəzən seçkilərin pozulmasına şərait yaradır, təbii ki, biz bu təklifləri qəbul edə bilmərik. Seçkilərin keçirilməsi dövlətin üzərindədir. Sabah seçki pozulanda heç bir Avropa təşkilatı bunun məsuliyyətini öz üzərinə götürməyəcək. Bunun məsuliyyəti Azərbaycan dövlətinin və seçki institutlarının üzərində qalacaq. Biz müstəqil dövlətik, nəyi necə etdiyimizi də özümüz müəyyən edirik. Eyni zamanda, transmilli dünyanın bir hissəsi kimi dünya təşkilatlarının rəylərinə də diqqətlə yanaşırıq”.

Paylaş:
Baxılıb: 864 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31