Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AzərTAc-ın əməkdaşlarına mükafatlar təqdim edilib

AzərTAc-ın əməkdaşlarına mükafatlar təqdim edilib

16.04.2010 [09:39]

Əli Həsənov: Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev AzərTAc-ın fəaliyyətini yüksək dəyərləndirir və dəstəkləyir
Dünən Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin 2010-cu il 26 fevral tarixli Sərəncamları ilə agentliyin fəxri adlara layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif olunmuş əməkdaşlarına mükafatların, həmçinin qurumun internet saytının yeni variantının təqdim edilməsi mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüb, xatirəsini yad edib, Ulu öndərə həsr olunmuş fotoguşəyə baxıblar.
AzərTAc-ın baş direktoru Aslan Aslanov tədbiri açaraq agentliyin kollektivinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Baş direktor deyib ki, dünyanın ən sürətlə inkişaf edən ölkələrindən olan Azərbaycan regionun güclü dövləti olmaqla yanaşı, beynəlxalq aləmdə söz və nüfuz sahibidir. ölkəmizin əldə etdiyi nailiyyətlər AzərTAc-ın da beynəlxalq əlaqələrinin genişlənməsinə müsbət təsirini göstərib. AzərTAc hazırda ölkəmizi nüfuzlu beynəlxalq informasiya alyanslarında layiqincə təmsil edir, Azərbaycan həqiqətlərini geniş coğrafiyada fəal təbliği işinə töhfələr verir. AzərTAc-ın Azərbaycan mətbuatının önündə gedən informasiya qurumu olduğunu qeyd edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev AzərTAc-ın fəaliyyətini yüksək dəyərləndirir və dəstəkləyir. Dövlətimizin başçısı son illərdə AzərTAc-ın fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması, əməkdaşların müxtəlif dövlət mükafatları ilə təltif olunması, onların əməyinin qiymətləndirilməsi, maaşlarının artırılması ilə bağlı tapşırıqlar vermiş və sərəncamlar imzalayıb.
Şöbə müdiri deyib ki, hazırda AzərTAc-ın fəaliyyətinin təkmilləşdirilməsinin növbəti mərhələsi üzərində işləyirik və Prezident İlham Əliyevin tapşırığı ilə xüsusi sərəncam hazırlanır. AzərTAc artıq o səviyyəyə çatıb ki, onun xəbərləri Azərbaycan, rus və ingilis dili ilə yanaşı, dünyanın əksər transmilli dillərində yayılmalıdır. Bunun üçün yeni müvafiq redaksiyalar yaradılmalı, Azərbaycanın milli maraqları təmsil olunan və dünyanın informasiya qaynaqlarının yerləşdiyi ölkələrdə müxbir məntəqələrinin sayı artırılmalıdır. Əli Həsənov bildirib ki, müstəqil dövlətimizin salnaməsini yaradan, bütün sutka ərzində fasiləsiz rejimdə fəaliyyət göstərən AzərTAc-ın əməkdaşlarının bir qrupuna Prezident sərəncamları ilə layiq görüldükləri mükafatları təqdim etməkdən şərəf duyuram. Sonra Prezident Administrasiyasının şöbə müdiri mükafatları əməkdaşlara təqdim edib.
Mükafat alanlar diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətarlıq edərək bildiriblər ki, bu, təkcə onların deyil, bütün kollektivin əməyinə verilmiş qiymətdir.
Sonra AzərTAc-ın yeni internet saytı təqdim edilib. Bildirilib ki, yeni sayt dinamikliyinə, informativliyinə, funksionallığına görə və vizual baxımdan əvvəlkindən çox üstündür. Yeni bölmələrin əlavə olunduğu saytın üstün cəhətlərindən biri də ondan ibarətdir ki, burada minimum sahədə daha çox xəbərin yerləşdirilməsi mümkündür. Saytın proqram təminatı da yenilənib.
Tədbirdə AzərTAc-ın son illər qazandığı uğurlar və beynəlxalq əlaqələrindən də danışılıb. Bildirilib ki, memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilməsi nəticəsində ölkəmizin regionda lider dövlətə çevrilməsi, dünyada mövqeyinin möhkəmlənməsi AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsinə, onun qlobal informasiya məkanına inteqrasiyasına müsbət təsir göstərən amillərdən biridir. Hazırda hər gün AzərTAc-ın internet saytına dünya üzrə orta hesabla 10-12 min giriş olur. AzərTAc-ın saytına ən çox müraciət edən ölkələr sırasında ABŞ, Rusiya, Türkiyə, Almaniya, Fransa, Ukrayna, Avstriya, İndoneziya, İordaniya, İsveçrə, Böyük Britaniya, Yaponiya, çin, Rumıniya, Pakistan, Mərakeş, Avstraliya, İslandiya, Meksika, Finlandiya və s. ölkələr var.
AzərTAc təsisçisi və üzvü olduğu regional və beynəlxalq informasiya agentlikləri alyansında da Azərbaycanın təbliği istiqamətində fəal iş aparır. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA), Asiya və Sakit Okean ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Asiya Xəbər Agentlikləri Konsorsiumunun (“AsiaPulse”) saytlarında hər gün AzərTAc-ın onlarla xəbəri yerləşdirilir. Bu, AzərTAc-a Azərbaycanla bağlı informasiyaları daha geniş coğrafi məkanda, daha operativ yaymağa imkan verir. Bu resurslarda yerləşdirilən informasiyaların sayına görə AzərTAc son illərdə üzv agentliklər arasında müntəzəm surətdə 1-ci, 2-ci və 3-cü yerlərdə olub.
Aparıcı dövlətlərin milli informasiya agentlikləri son illər AzərTAc-la əməkdaşlığa böyük maraq göstərirlər. Hazırda AzərTAc 23 ölkənin milli informasiya agentliyi ilə imzalanmış müqavilə əsasında xəbər mübadiləsi aparır. Həmin müqavilələrin əksəriyyəti qarşı tərəfin istəyi ilə imzalanıb. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycan haqqında informasiyalara artan maraqdan irəli gəlir.

Paylaş:
Baxılıb: 941 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30