Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Seçki Məcəlləsinə müvafiq olaraq, sərbəst toplaşmaq üçün lazımi şərait yaradılacaq

Seçki Məcəlləsinə müvafiq olaraq, sərbəst toplaşmaq üçün lazımi şərait yaradılacaq

16.04.2010 [09:36]

“Seçkilərin bütün mərhələlərində bütün namizədlərə, partiyalara, təşkilatlara Seçki Məcəlləsinə müvafiq olaraq sərbəst toplaşmaq üçün lazımi şərait yaradılacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyanın (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud çavuşoğlunun aksiya keçirmək üçün ayrılan yerlərin sayının artırılması barədə fikirlərinə münasibət bildirən Ə. Həsənov bunları deyib: “Bu məsələyə baxılmır. Seçki kampaniyası dövründə belə yerlər ayrılacaq və əvvəlcədən KİV-də bu barədə məlumat veriləcək”.
“Seçki Məcəlləsinə dəyişikliklər ediləcəkmi” sualına cavabında PA şöbə müdiri bildirib ki, Azərbaycan Seçki Məcəlləsi Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların tövsiyələri və iştirakı ilə hazırlanaraq qəbul olunub: “Onlar indiyə qədər də bəyan ediblər ki, bu Seçki Məcəlləsi ilə demokratik seçkilər keçirmək mümkündür. Seçki Məcəlləsi Avropa standartlarına cavab verir. Biz də bu gün onu dəyişmək zərurətini görmürük. Əgər belə təkliflər varsa, müzakirə oluna bilər. Amma bütövlükdə Seçki Məcəlləsinin dəyişdirilməsi günün mövzusu deyil”.
“Seçki komissiyalarının formalaşdırılmasında dəyişikliklər ola bilərmi” sualına isə Ə. Həsənovun cavabı belə olub: “Seçki Komissiyaları, seçki institutları ilə bağlı gələcəkdə hansısa addım atılacaqsa, bu, komissiyaların peşəkarlaşması məqsədi daşıyacaq”.

Paylaş:
Baxılıb: 868 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30