Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hər bir ölkədə demokratiyanın inkişafında siyasi partiyalar mühüm rol oynayırlar

Hər bir ölkədə demokratiyanın inkişafında siyasi partiyalar mühüm rol oynayırlar

15.04.2010 [09:32]

AŞPA-nın sədri Mövlud çavuşoğlu Azərbaycana səfəri çərçivəsində dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb. YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov qonağı belə yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Ə.Əhmədov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiyaya xüsusi önəm verir və bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Sonra çıxış edən siyasi partiya nümayəndələri Azərbaycan ilə AŞPA arasında əlaqələrin inkişafından danışıb, Avropa dəyərlərinin mənimsənilməsi, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması sahəsində daha böyük nailiyyətlərin əldə olunması üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. Siyasi partiya liderləri Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurasının töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər. M.çavuşoğlu deyib ki, Avropa Şurası üzv ölkələrlə əlaqələrin inkişafına, eləcə də bu ölkələrdə demokratikləşmə proseslərinin sürətlənməsinə böyük önəm verir. Bu cür səfərlərin və görüşlərin məqsədi ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələlərini müzakirə etməkdir. M.çavuşoğlu AŞPA-ya sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət yetiriləcəyini qeyd edib.

Paylaş:
Baxılıb: 860 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30