/ / Azərbaycan Vətən müharibəsində haqq-ədaləti və ərazi bütövlüyünü tam təmin etməklə şərəfli tarix yazdı
Azərbaycan Vətən müharibəsində haqq-ədaləti və ərazi bütövlüyünü tam təmin etməklə şərəfli tarix yazdı
03.12.2020 [10:22]
Prezident İlham Əliyev: Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır
Dekabr ayının 1-də Ermənistanın hərbi birləşmələrinin Laçın rayonundan çıxması ilə Azərbaycanın üç onillik ərzində düşmənin nəzarətində olan ərazilərinin işğaldan tam azad olunması prosesinin son fazası da yekunlaşdı. Məlum olduğu kimi, respublikamız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən noyabrın 10-dək ötən əsrin doxsanıncı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini zəbt edən və həmin ərazilərdə etnik təmizləmə həyata keçirərək bir milyondan çox azərbaycanlını doğma ev-eşiyindən didərgin salan Ermənistana qarşı Vətən müharibəsi aparıb. Azərbaycan 30 ilə yaxın bir müddətdə işğal altında qalan ərazilərinin bir hissəsini, o cümlədən 300-dək kəndi, çoxlu sayda strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini şanlı Ordusunun gücü ilə döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurmaqla geri qaytarmağa nail oldu. Bundan sonra düşmən müharibənin davam etdirilməsinin onun üçün daha ağır nəticələrə gətirib çıxardacağını dərk edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı Bəyanata əsasən işğalçı ölkə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etmək öhdəliyi götürdü.
Mürəkkəb relyefə malik olan və güclü istehkamlar yaradılan rayonların heç bir itki verilmədən işğaldan azad edilməsi böyük əhəmiyyət daşıyır
Üçtərəfli Bəyanata uyğun olaraq işğalçı Ermənistan əvvəlcə Ağdam, sonra Kəlbəcər və nəhayət, Laçın rayonunu tərk edib. Beləliklə, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü tam təmin etməyə nail olub. Mürəkkəb relyefə malik olan və güclü istehkamlar yaradılan rayonların heç bir itki verilmədən işğaldan azad edilməsi böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edərək Öz təbriklərini çatdırıb. Dövlət başçımız Laçın rayonunun işğaldan azad edilməsini tarixi hadisə kimi dəyərləndirərək vurğulayıb: “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Ümumiyyətlə, hazırda noyabrın 10-da imzalanmış Bəyanat uğurla icra edilir. Sənəd imzalandıqdan sonra atəşkəs təmin edilib, rayonlar Azərbaycana qaytarılıb, Rusiya sülhməramlıları bölgədə yerləşdirilib, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz (Türkiyə-Rusiya mərkəzi) yaradılıb. Növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olunacaq. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də Azərbaycana qaytarılacaq. BMT-nin nəzarəti altında məcburi köçkünlər, o cümlədən də azərbaycanlılar Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edir. Sənədə əsasən, Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Prezident İlham Əliyev bəhs olunan dəhlizin önəminə diqqət çəkərək “Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər”, - deyə vurğulayıb.
Bəhs olunan müraciətində Prezident İlham Əliyev vacib bir məqama xüsusi diqqət çəkib. Vətən müharibəsində parlaq qələbəmizi dəyərləndirən dövlət başçımız bildirib ki, biz isə artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik. “Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Həqiqətən də, Ermənistanın qonşu dövlətin ərazisini zor gücünə öz nəzarəti altına keçirməsi, üç onillik ərzində işğalçılıq siyasətini davam etdirməsi və dünyanın, beynəlxalq təşkilatların buna adekvat münasibət sərgiləməməsi, təcavüzkarı öz adı ilə çağırmaması ölkəmizə qarşı böyük ədalətsizlik idi. Bir dövlət kimi Azərbaycanın tarixi torpaqlarında bərqərar olan Ermənistanın respublikamızın yeni ərazilərinə - Dağlıq Qarabağa iddia etməsinin heç bir tarixi əsası yoxdur.
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin üç onillik ərzində həllini tapmaması ona dəlalət edir ki, tarixi faktlara, haqq-ədalətə, beynəlxalq hüquq normalarına arxa çevirən yalnız Ermənistan olmayıb. Açıq demək lazımdır ki, beynəlxalq miqyasdakı bir sıra dairələr, özlərini demokratiya beşiyi sayan ayrı-ayrı dövlətlər çirkin əməllərini davam etdirməkdə işğalçı dövlətə havadarlıq ediblər. Məlum olduğu kimi, BMT TŞ ötən əsrin doxsanıncı illərinin əvvəllərində özündə erməni hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən qeyd-şərtsiz çıxarılmasını ehtiva edən dörd qətnamə qəbul etmişdi. Lakin bu qətnamələr 27 il ərzində işğalçı Ermənistan və onun havadarları üçün kağız parçası olaraq qalıb və yerinə yetirilməyib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlar heç bir səmərə verməyib. Həmsədrlər iddia edirdilər ki, münaqişənin danışıqlar prosesindən başqa həll variantı yoxdur. Tarixi ədalətin, beynəlxalq hüququn pozulmasına bur cür loyallıq, münaqişənin həllinə göstərilən ikili yanaşma, necə deyərlər, işğalçı dövlətə qol-qanad verir, onu yeni ilhaq siyasətinə ruhlandırırdı. İşğal altındakı ərazilərdə qurulan istehkamlar açıq şəkildə təsdiqləyir ki, havadarlarının dəstəyinə arxalanan Ermənistan zəbt etdiyi əraziləri heç vaxt geri qaytarmaq niyyətində olmayıb. Hətta Vətən müharibəsinin getdiyi günlərdə də işğalçı dövlət öz arxasında havadarlarının dəstəyini hiss edirdi. Təzada baxın: Müharibə dövründə açıq döyüşlərdə məğlub olan Ermənistanın silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərini, dinc sakinləri, mülki obyektləri ağır artilleriya atəşinə tuturdular. Ancaq buna görə Fransa kimi dövlətlər Ermənistana gözün üstə qaşın var demirdi, əvəzində Azərbaycandan müharibəni dayandırmaq istənilirdi. Müharibə bitəndən sonra Fransa Senatının özünü ortaya ataraq qondarma “DQR”in tanınmasına çağırış etməsi də heç bir hüquq və haqq-ədalət normasına sığmır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsində zəfəri hər kəs üçün dərs olmalıdır.
İşğal altında saxlanılan ərazilərdə törədilən dağıntılara, Azərbaycan xalqının milli sərvətlərinin talanmasına görə günahkarlar cavab verəcəklər
Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan tarix yazdı. Bu qələbə ilə respublikamız beynəlxalq hüquq müstəvisində yeni reallıqlar yaratdı. Bundan sonra ölkəmizin həyatında yeni dövr başlayır. “Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”, - deyə Prezident İlham Əliyev bildirib.
İşğalçı dövlət üçün isə 44 günlük müharibənin nəticələri olduqca acınacaqlıdır. Ermənistanın üç onillik ərzində yaratdığı “məğlubedilməz ordu” mifi tar-mar olub. Prezident İlham Əliyev xalqa müraciətində düşmən dövlətin ordusunun məhv edilən və yaxud qənimət kimi götürülən texnikasının böyük bir siyahısını açıqlayıb. Həmin siyahının bir hissəsini təqdim edirik: Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” - 28-i məhv edilib, 5-i qənimət kimi götürülüb. Müxtəlifçaplı toplar - 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar - 63-ü məhv edilib, 62-si qənimət kimi götürülüb. Xüsusi avtomobillər - 10-u məhv edilib, 93-ü qənimət kimi götürülüb. Qumbaraatan - 178-i qənimət kimi götürülüb. Traktor - 10, “Şilka” zenit qurğusu - 5 ədəd qənimət kimi götürülüb. Atıcı silahlar - 1380 atıcı silah qənimət kimi götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank - 287-si məhv edilib, 79-u qənimət kimi götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını - 69-u məhv edilib, 47-si qənimət kimi götürülüb. “Su-25” təyyarəsi - 5-i məhv edilib. Yük avtomobilləri - 252-si məhv edilib, 270-i qənimət kimi götürülüb.
Bütün bunlar onu deməyə əsas verir ki, artıq Ermənistan ordusu yoxdur. Mütəxəssislərin də bildirdikləri kimi, bu kasıb ölkə müharibədə məruz qaldığı itkilərin əvəzini uzun illər ərzində doldura bilməyəcək. Ümumiyyətlə, işğalçılıq siyasəti indiyədək Ermənistana heç bir fayda gətirməyib, əksinə bu forpost qonşu dövlətə qarşı əsassız surətdə sərgilədiyi torpaq iddialarının girovuna çevrilib. Bəhs olunan müraciətdə də xatırladıldığı kimi, Azərbaycan məqsədyönlü şəkildə Ermənistanı bütün regional layihələrdən kənarda saxlamağı bacarıb. Bu gün Ermənistan dalan ölkə hesab edilir və investisiya cəlbediciliyini tamam itirib.
İşğalçı dövlət, həmçinin törətdiyi müharibə cinayətlərinə görə Azərbaycana təzminat ödəməlidir. İşğaldan azad edilmiş torpaqlarda hər şey dağıdılıb, Azərbaycan xalqının milli sərvətləri talan edilib. Bütün bunlara görə günahkarlar cavab verməlidirlər. Bu barədə fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Hərbi cinayət törədirdilər və cavab verəcəklər bütün cinayətlərə görə. Artıq işlər praktiki fazaya keçibdir. Qiymətləndirmə prosesi tezliklə başlanacaq, vurulmuş ziyan hesablanacaq. Artıq hüquqi müstəvidə addımlar atılır”.
Əvvəllər işğalçı dövlət zəbt olunmuş Azərbaycan ərazilərində törətdiyi dağıntıları və qanunsuz fəaliyyətləri beynəlxalq ictimaiyyətdən gizlədirdi. Ərazilərimiz işğaldan təmizləndikdən sonra artıq erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq imkanı yaranıb. Qeyd etmək yerinə düşər ki, bu günlərdə ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin, xarici jurnalistlərin işğaldan təmizlənən ərazilərimizə səfərləri təşkil olunub. Eyni zamanda, transmilli KİV-lərdə Ermənistanın işğala məruz qalan ərazilərimizdə törətdikləri vandalizm əməllərini əks etdirən süjetlər yayımlanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39