Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Musa Ağayev: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərinin nəticəsi olaraq Laçın da işğaldan azad edildi

Musa Ağayev: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərinin nəticəsi olaraq Laçın da işğaldan azad edildi

03.12.2020 [10:05]

“Bu gün hər bir Azərbaycan vətəndaşı sevinir. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərinin nəticəsi olaraq Laçın da işğaldan azad edildi. Vətəni canından əziz tutan qəhrəman övladlarımızın azad etdiyi digər rayonlarımızla yanaşı, artıq Ağdam, Kəlbəcər və Laçında da Azərbaycan bayrağı dalğalanır. İşğal faktına son qoyulması Vətənimizin həm bu günü, həm də gələcəyi üçün böyük önəm kəsb edir”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev səsləndirib.
Partiya sədrinin sözlərinə görə, Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində xalqımız gələcək nəsillərin qınağından xilas olub: “Ona görə ki, əgər bu gün torpaqlarımız işğaldan azad olunmasaydı, gələcək nəsillər bizi bağışlamazdı. Məlum olduğu kimi, bu illər ərzində sülh danışıqları davam etsə də, dövlət başçısı Azərbaycanın hansı yolla olursa olsun öz ərazi bütövlüyünü bərpa edəcəyini dəfələrlə bəyan edib. Sülh danışıqları nəticə vermədiyi üçün və işğalçı Ermənistanın təxribatına cavab olaraq Azərbaycan başlatdığı əks-hücum əməliyyatları ilə Vətən müharibəsi mərhələsinə qədəm qoydu və cəmi 44 günə Azərbaycan Ordusu öz qüdrətini düşmənə sübut etdi. Hesab edirəm ki, bu zəfərin nəticəsi olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olundu. Sevindirici haldır ki, bundan sonra Azərbaycan dövləti münaqişənin həlli ilə yox, öz gələcək inkişafı ilə məşğul olacaq. Sözsüz ki, dinc quruculuq dövrünə qədəm qoyduqdan sonra Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutacaq. Yeni Zaman Partiyası olaraq biz Azərbaycan xalqının bu məqsədə çatması üçün dövlətimizə daim dəstək verməyə hazırıq”.
Q.ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 326 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30