Ana səhifə »  Siyasət »  Azərbaycanın Vətən müharibəsində möhtəşəm tarixi qələbəsi xalqımızın sonsuz qürur mənbəyidir
A+   Yenilə  A-
Azərbaycanın Vətən müharibəsində möhtəşəm tarixi qələbəsi xalqımızın sonsuz qürur mənbəyidir

Prezident İlham Əliyev: Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz
Son 17 ilin təcrübəsinə istinadən deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyev çətin və xoş günlərdə həmişə xalqla bir yerdə olub, insanların sevincini və kədərini bölüşüb. Dövlətimizin başçısı taleyüklü məqamlar yaşadığımız bu günlərdə də öz ənənəsinə sadiq qalıb. Xəbər verildiyi kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Azərbaycan xalqı son üç onillik ərzində Ermənistanın təcavüzünə məruz qalan torpaqlarımızın işğaldan azad edilməsi arzusu ilə yaşayıb. Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində düşmən üzərində qazanılan parlaq qələbə ilə ölkəmizin ərazi bütövlüyü təmin edilib və xalqımızın torpaq həsrətinə son qoyulub. Prezident İlham Əliyev xanımı ilə birlikdə işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına getməklə bir milyon qaçqın və məcburi köçkün soydaşımızın doğma yurd yerlərinə qayıtmaq arzusunu ilk olaraq Özü yerinə yetirib. Dövlətimizin başçısı işğaldan azad edilən rayonlarda və şəhərlərdə olarkən bir sıra ciddi mesajlarını diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, ikinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. “Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü, onu kapitulyasiya aktına imza atmağa məcbur etdi
Müstəqil Azərbaycan 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya nümayiş etdirdi. Həmçinin beynəlxalq birlik xalqımızın yenilməz iradəsinin, torpaq sevgisinin şahidi oldu. Sirr deyil ki, son otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm də bu forpost dövlətin xaricdəki havadarları, eləcə də ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı. İddia olunurdu ki, guya Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Bundan başqa, Ermənistan güc tətbiq etməklə işğal altına aldığı ərazilərimizdə siçan yuvalarını xatırladan istehkamlar qurmuşdu. Düşmən tərəf bununla işğal faktını sonsuzadək uzatmaq məqsədi güdürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əks-hücum əməliyyatlarını böyük uğurla yerinə yetirən Silahlı Qüvvələrimiz Ermənistanın və onun havadarlarının “yenilməz ordu”, “keçilməz istehkam”lar uydurmalarını dağıtdı. Azərbaycan Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü, onu kapitulyasiya aktına imza atmağa məcbur etdi və göstərdi ki, kim döyüşkən xalqdır. Onu da xatırladaq ki, ermənilər ötən əsrin doxsanıncı illərinin əvvəllərində birinci Qarabağ savaşını heç də açıq döyüşlərdə qazanmamışdılar. Həmin dövrdə respublikamızda AXC-Müsavat cütlüyü qeyri-legitim yolla hakimiyyəti zəbt etmişdi. AXC-Müsavat iqtidarı diletantlığı və korporativ maraqları ucbatından tezliklə ölkəni hərc-mərclik girdabına yuvarladı. Xisləti bəlli olan məkrli düşmən respublikamızdakı belə vəziyyətdən sui-istifadə etməklə Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal altına aldı.
O dövrdə vəziyyəti dəyərləndirən müdrik Azərbaycan xalqı cəmi bir ildən sonra AXC-Müsavat iqtidarını siyasi səhnədən süpürüb atdı. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi hakimiyyətinə qayıtdıqdan sonra ölkəmiz qısa müddətdə sabitliyə qovuşdu, inkişaf meyilləri başladı. O cümlədən respublikamızda ayrı-ayrı siyasi qüvvələrin təsiri altında olan silahlı dəstələr buraxıldı və vahid komandanlığa tabe olan ordu quruculuğuna başlanıldı.
Son 17 ildə ölkəmiz Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində ordu quruculuğu sahəsində böyük uğurlara imza atıb. Respublikamızın müharibə şəraitində yaşadığı nəzərə alınaraq büdcədən Ordunun möhkəmləndirilməsinə böyük həcmlərdə vəsaitlər ayrılıb. Belə bir faktı vurğulamaq yerinə düşər ki, bəhs olunan dövrdə respublikamızda hər il Silahlı Qüvvələr üçün ayrılan vəsait işğalçı Ermənistanın ümumi büdcəsindən çox olub. Xarakterik haldır ki, müasir dövlət kimi inkişaf edən Azərbaycan ordu quruculuğunda da yeni çağırışları və trendləri əsas götürməklə Silahlı Qüvvələrimizin arsenalına əsasən, innovativ texnologiyalar əsasında hazırlanan silah-sursat cəlb edib. Həmçinin müasir silahları idarə etməyi bacaran kadrların yetişdirilməsi diqqət mərkəzində saxlanılıb.
Öz Ordusunun gücünə arxalanan Azərbaycan son 30 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak etməklə bərabər, həm də bildirirdi ki, sülh prosesi substantiv nəticələr verməyəcəyi təqdirdə işğalçı ilə hərb dili ilə danışmaq zərurəti yaranacaq. Prezident İlham Əliyev bu məqama xüsusi diqqət çəkib. Dövlət başçımız Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantını heç vaxt istisna etmədiyini, bunu hər zaman açıq şəkildə dilə gətirdiyini xatırladıb.
Ötən dövrdə qonşu dövlətin ərazisini güc tətbiq etməklə işğala məruz qoyan Ermənistanın cəzalandırılmaması onu yeni torpaqlar uğrunda yeni müharibəyə ruhlandırdı. Bunu Vətən müharibəsi başlamazdan əvvəl işğalçı dövlətin yüksəksəviyyəli rəsmiləri açıq şəkildə dilə gətirirdilər. Nəhayət, Ermənistan hərbi birləşmələrinin sentyabrın 27-də cəbhə xəttində növbəti təxribata əl atması Azərbaycanı cavab tədbirləri görməyə və genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamağa vadar etdi.
44 gün davam edən əks-hücum əməliyyatlarında Silahlı Qüvvələrimiz döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirərək 30 il işğal altında qalan bir sıra əraziləri, o cümlədən 300 kəndi, 5 şəhəri, 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri geri qaytardı. Noyabrın 8-də Şuşanın, bunun ardınca noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin və bir neçə yeni strateji yüksəkliyin geri qaytarılmasından sonra düşmən dərk etdi ki, daha müqavimət göstərməyin heç bir faydası yoxdur. Beləliklə, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri ölkəmizin tam qələbəsini, işğalçı dövlətin kapitulyasiyasını rəsmiləşdirən bəyanat imzaladılar.
Vətən müharibəsində qazanılan böyük qələbə Azərbaycanın çoxəsrlik tarixində parlaq bir səhifədir. Bu müharibədə qazanılan qələbə bizim daim qürur mənbəyimiz olacaq. Vətən müharibəsində şanlı qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
İşğaldan azad edilən bütün ərazilərimiz bərpa olunacaq
Füzuli və Cəbrayıl rayonlarından, eləcə də işğaldan təmizlənən digər yaşayış məntəqələrindən təqdim olunan foto və videomateriallar düşmənin vəhşiliyini açıq-aydın nümayiş etdirir. Düşmən tərəf işğal altına aldığı Azərbaycan ərazilərində heç bir sərhəd tanımayan vandalizm əməllərinə əl atıb. Ermənilər öz xislətlərinə uyğun olaraq zəbt olunan ərazilərdə azərbaycanlı izini itirməyə çalışıblar. Belə ki, onlar tarixi abidələrimizin üzərinə qondarma xaç və digər simvollar yapışdırmaqla bədnam “özününküləşdirmə ssenariləri”ni həyata keçiriblər, bu mümkün olmadıqda isə hər şeyi dağıdıblar. Düşmən ötən otuz ildə şəhər və kəndlərimizin sərvətlərini talayaraq Ermənistana daşıyıb, öz arxalarınca bir tikilini belə salamat saxlamayıb. Sanki bu yerlərdən vəhşi bir qəbilə gəlib keçib. Təsəvvür etmək çətindir ki, işğaldan təmizlənən Füzuli şəhərində üçrəngli bayrağımızı asmaq üçün bir tikili tapmaq mümkün olmayıb və əsgərlərimiz Ali Baş Komandanın göstərişi ilə şanlı bayrağımızı dirək üzərində qaldırıblar. Halbuki işğaldan əvvəl Füzuli abad bir şəhər idi, burada minlərlə insan yaşayırdı, müasir infrastruktur, məktəblər, səhiyyə müəssisələri fəaliyyət göstərirdi. Prezident İlham Əliyev mənfur düşmənin törətdiyi vəhşiliklərin nəticələrinin aradan qaldırılacağını, şəhər və kəndlərimizin bütünlüklə bərpa olunacağını bildirib. Bu xüsusda fikirlərini nəzərə çatdıran dövlətimizin başçısı “Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası - bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, - deyə vurğulayıb.
Yuxarıda bəhs olunan üçtərəfli bəyanata əsasən, Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını dekabrın 1-dək Azərbaycana təhvil verəcək. Əslində, bəyanatda göstərilən cədvələ əsasən düşmən noyabrın 15-də Kəlbəcər rayonundan bütünlüklə çıxmalı idi. Bu müddət qarşı tərəfin xahişi ilə noyabrın 25-dək uzadılıb. Lakin söhbət düşmənin imzaladığı kapitulyasiya aktına uyğun olaraq rayonlarımızdan çıxma vaxtının bir neçə gün uzadılmasından getmir. Məsələ burasındadır ki, düşmən tərəf Azərbaycanın növbəti dəfə humanizm göstərməsinin qarşılığında yenə də öz vəhşiliyindən qalmır. Transmilli KİV-lərdə yayılan kadrlardan da göründüyü kimi, Kəlbəcərdən, Ağdamdan, Laçından köç edən ermənilər evlərin dam örtüklərini, qapı-pəncərələrini, hətta unitazları belə söküb aparmağı özlərinə rəva görürlər. Hələ bu da hamısı deyil. Şəhər və kəndlərimizi tərk edən ermənilər əvvəllər yaşadıqları evləri yandırır, meşələrə od vurur, meyvələrə zəhərli maddələr sürtürlər. Tarixdə müharibələrin nəticələrinə uyğun olaraq insanların əvvəllər yaşadıqları əraziləri tərk etmələri faktları çox olub. Bununla belə, insanlar heç vaxt öz arxalarınca dağıntılar, yanğınlar qoyub getməyiblər. Belə görünür ki, erməni xisləti heç vaxt dəyişməyəcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2880  |  
  • Tarix:  20-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub

28 Yanvar 16:11
Azərbaycanlı deputat AŞPA-da sosial medianın təhdidlərindən danışıb
28 Yanvar 16:07
“YAŞAT” Fondu ilə media rəhbərləri arasında görüş keçirilib
28 Yanvar 16:04
Şuşada qeydiyyatdan keçmiş 210 abidə var
28 Yanvar 15:16
Şuşa təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət paytaxtına çevriləcək
28 Yanvar 15:09
“TRT Haber” telekanalı Azərbaycanla bağlı xüsusi reportaj yayıb
28 Yanvar 14:41
Karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır
28 Yanvar 14:22
Azərbaycan Texniki Universiteti ilə “Caspian Cable” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
28 Yanvar 14:18
İşğaldan azad edilmiş ərazilərdə investisiya qoyuluşu ilə bağlı 80 müraciət daxil olub
28 Yanvar 14:13
Türkiyəli psixoterapevtlər vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlayıblar
28 Yanvar 13:32
Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
28 Yanvar 13:22
Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib
28 Yanvar 13:16
Şahmat tacı uğrunda dünya çempionatı 2021-ci ilin noyabrında keçiriləcək
28 Yanvar 13:12
Şəhid mədəniyyət işçilərinin ailə üzvləri və döyüşlərdə yaralanan mədəniyyət işçiləri ilə görüş keçirilib
28 Yanvar 13:11
Yusif Abdullayev: Pakistan və Yaponiyada Azərbaycan ticarət evlərinin açılması ilə bağlı müraciətlər var
28 Yanvar 12:52
Sevinc Hüseynova: Ölkəmizdə şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı yüksək səviyyədədir
28 Yanvar 12:52
Azərbaycan-Vatikanın əlaqələri ilə bağlı müzakirələr aparılıb
28 Yanvar 12:43
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə sənəd qəbulu başa çatıb
28 Yanvar 12:28
Qızılağac Milli Parkının mühafizə yegerlərinə və müfəttişinə qarşı zor tətbiq edilməsi ilə bağlı cinayət işi başlanıb
28 Yanvar 12:21
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
28 Yanvar 12:10
UEFA Avropa çempionatının 12 şəhərdə keçirilməsi ilə bağlı öhdəliyini təsdiqləyib
28 Yanvar 12:08
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti TÜRKSOY-un “Abay 175 il” medalı ilə təltif edilib
28 Yanvar 12:06
Əziz Şuşa, adınla böyü
28 Yanvar 12:04
Vaşinqtonda Azərbaycandan Avropaya kommersiya qaz nəqlinin başlanmasına həsr edilmiş müzakirələr aparılıb
28 Yanvar 12:00
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası İspaniyada mükafata layiq görülüb
28 Yanvar 11:43
Ölkəmizdə Şərqi Qafqaz turunun sayı artıb
28 Yanvar 11:37
İnformasiya və rabitə müəssisələri ötən ay 239,8 milyon manatlıq xidmət göstərib
28 Yanvar 11:35
Keçən ay nəqliyyat vasitələri ilə 17,6 milyon ton yük daşınıb
28 Yanvar 11:28
Son bir ildə 955 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib
28 Yanvar 11:14
Şuşa nəinki Azərbaycanın, Qafqazın mədəniyyət paytaxtı kimi mühüm mərkəzə çevriləcək
28 Yanvar 10:54
ÜST-nin Çinə göndərdiyi missiya karantin dövrünü başa vuraraq araşdırmalara başlayır
28 Yanvar 10:43
Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa ediləcək?
28 Yanvar 10:42
Vətən müharibəsində evi tam dağıdılmış və qəzalı vəziyyətə düşmüş vətəndaşlara yardımların verilməsi yekunlaşır
28 Yanvar 10:41
NK: Fevralın 1-dən restoranlar şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək
28 Yanvar 10:39
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Alıbəyli kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
28 Yanvar 08:58
Ermənistanın təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına başlanılıb
28 Yanvar 08:54
Məğlub Ermənistanda yeni siyasi kataklizmlər...
28 Yanvar 08:52
Vaksinasiyadan öncə və sonra: necə qidalanmalı, nəyə diqqət etməli?

28 Yanvar 08:50
Radikal müxalifətin növbəti manipulyasiya cəhdi...

27 Yanvar 22:40
ATƏT PA-nın “Fəaliyyətə Çağırış” İşçi Qrupunun “Ortaq məqsədin təsdiqlənməsi” mövzusunda ilk iclası keçirilib
27 Yanvar 21:27
Azay Quliyev ATƏT PA-da Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışıb
27 Yanvar 21:01
Səməd Seyidov AŞPA prezidenti Hendrik Daems ilə görüşüb
27 Yanvar 20:24
“Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib
27 Yanvar 19:25
Rafael Hüseynov: Ermənistan gələcəyini düşünürsə, qarşıdurma cəhdlərindən əl çəkməlidir
27 Yanvar 19:18
Mikayıl Cabbarov: SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq
27 Yanvar 18:31
Azərbaycanın Ankaradakı səfirliyində Türkiyənin bələdiyyə nümayəndələri ilə görüş keçirilib
27 Yanvar 18:26
Rusiya Prezidenti Qarabağa dair üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edib
27 Yanvar 18:21
Yaponiyanın səfiri “ASAN xidmət”də
27 Yanvar 18:12
Müdafiə Nazirliyi Füzuli rayonunun Xələfşə kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 18:10
Vüqar Rəhimzadə: Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq
27 Yanvar 18:09
Polis əməkdaşları ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarəti gücləndiriblər
27 Yanvar 17:58
Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
27 Yanvar 17:54
Malik Həsənov: Azərbaycan gələcək illərdə İKT sahəsində liderlik mövqeyini daha da möhkəmləndirəcək
27 Yanvar 17:52
Əliabbas Salahzadə: Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi dayanıqlı inkişafın təminatında əsas amillərdəndir
27 Yanvar 17:50
Pərvin Kərimzadə: “Böyük Qayıdış” işğaldan azad olmuş torpaqları dircəldəcək
27 Yanvar 17:44
Nigar Arpadarai: Azərbaycan ərazilərində saxlananlar “müharibə əsirləri” deyil, diversant və terrorçu qruplardır
27 Yanvar 17:34
Qənirə Paşayeva: Azərbaycan Dillər Universiteti təhsilimiz və mənəviyyatımız üçün vacib layihələr həyata keçirir
27 Yanvar 17:31
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
27 Yanvar 17:30
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
27 Yanvar 17:19
Azərbaycanın xarici işlər naziri ilə ATƏT-in Minsk qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
27 Yanvar 17:16
Hikmət Hacıyev: Prezident İlham Əliyevin təşəbbüskarı olduğu 3+3 formatı dövlətlər arasındakı sıx əlaqələri, inteqrasiyanı nəzərdə tutan ideyadır
27 Yanvar 17:14
Yeni kitab: “Münxendən başlayan zəfər”
27 Yanvar 16:43
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir
27 Yanvar 16:33
Azərbaycanda koronavirusdan 601 nəfər sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb
27 Yanvar 16:20
Naxçıvan nümayəndəliyinin rəhbəri Əfqanıstan səfiri ilə görüşüb
27 Yanvar 16:12
Prezidentin köməkçisi: Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi
27 Yanvar 16:11
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazırdır
27 Yanvar 16:03
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
27 Yanvar 16:01
ÜST: Koronavirusa qarşı peyvəndin çatdırılmasında problemlər mövcuddur
27 Yanvar 16:00
ÜST: Hazırda 52 ölkədə vaksinasiya aparılır
27 Yanvar 15:53
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6