Özbəkistanın “shonch.uz” portalında Azərbaycanın Ermənistanın işğalından azad etdiyi Şuşa şəhəri haqqında geniş məqalə yayımlanıb. Məqalədə qeyd edilib ki, Şuşa Azərbaycanın gözəl incisidir. “Dəniz səviyyəsindən 1400 metr hündürlükdə, tarixi abidələrlə zəngin olan Şuşa şəhərində yeni turizm marşrutları açmaq zərurətə çevrilir”, - deyə vurğulanan məqalədə qeyd edilib ki, şəhərin ərazisində 900 tarixi-mədəni abidə mövcuddur. İşğal nəticəsində bu abidələrin hansı vəziyyətdə olması ilə bağlı təhqiqat işləri də aparılmalıdır.
Yazıda tarixi faktlar, Şuşanın təbiəti, turizm imkanları barədə mühüm məqamlar diqqətə çatdırılıb. Qeyd olunub ki, qədim Şuşa zəngin təbiətə, o cümlədən flora və faunaya malikdir.
- Oxunub: 2520 |
- Tarix: 19-11-2020 |
-
Çap et |