Azərbaycanın Vətən müharibəsində qazandığı inamlı qələbə ilə əlaqədar dünyanın nüfuzlu nəşrlərində, informasiya portallarında məqalələr dərc edilir. Bir çox yazılarda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tarixi faktlar və xronoloji ardıcıllıq öz əksini tapır, regionda yeni geostrateji vəziyyətin yarandığı vurğulanır. Eyni zamanda, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, ermənilərin Kəlbəcər rayonundan çıxması zamanı evləri yandırması ilə bağlı məqamlar materiallarda əksini tapır.
Yeri gəlmişkən, Almaniyanın “Ostexperte.de” internet portalında yayımlanan məqalədə də 44 günlük müharibənin nəticələrindən söz açılıb. Yazıda noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları tərəfindən imzalanmış bəyanatdan bəhs olunub.
- Oxunub: 1680 |
- Tarix: 19-11-2020 |
-
Çap et |