“İşğal altında olan topraqlarımızın azad olunması Azərbaycan xalqının, Azərbaycan Ordusunun tarixi uğurudur. Qeyd etmək istəyirəm ki, bu qələbənin əldə olunmasında hər kəs əlindən gələni etdi. Azərbaycan xalqı böyük fədakarlıq etdi, milli birlik nümayiş olundu, ordumuzun hər bir əsgəri və zabiti cəbhədə Vətən uğrunda canından keçməyə hazır olduğunu ortaya qoydu. Bu zəfər həm də siyasi arenamızın, mediamızın birliyinin, həmrəyliyinin qələbəsidir. Əminəm ki, bundan sonra biz daha sürətli və məqsədyönlü şəkildə inkişafımızı davam etdirəcəyik”.
Bunu qəzetimizə açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı, siyasi partiyalar hazırkı vəziyyətdə həmrəyliyini davam etdirməli və bu həmrəyliyi daha da möhkəmləndirməlidirlər. T.Abbaslı vurğulayıb ki, Azərbaycan Ordusu bundan sonra da hər an öz döyüş tapşırığını yerinə yetirməyə hazırdır. “Ölkəmizə qarşı ermənilərin hər hansı hiyləsi və ya yalanı aşkarlanarsa, fikrimcə, Azərbaycan Ordusu öz işini görəcək. Bu baxımdan, narahat olmaq lazım deyil və biz birliyimizi qorumalıyıq. Bu qələbəmiz həm də iqtisadi üstünlüklərimizi artırır”, - deyə T.Abbaslı vurğulayıb ki, Dağlıq Qarabağ məsələsinin həlli bölgədə yeni düzənin qurulmasının ilk təməl daşı idi.
PƏRVİZ
- Oxunub: 1740 |
- Tarix: 19-11-2020 |
-
Çap et |