“Ermənilərin Kəlbəcər rayonunda törətdikləri vəhşiliklər, evləri meşələri yandırmaları bir daha sübut etdi ki, nə Ermənistan bir dövlət kimi, nə də ermənilər bir xalq kimi tam formalaşa bilməyiblər. Qəbilə, tayfa psixologiyası əsasında hərəkət edən ermənilər işğal etdikləri ərazilərə hər zaman dağıdıcı münasibət ortaya qoyublar. Onlar qarşılarına çıxan hər şeyi məhv edir, heyvanları öldürürlər. Sanki bunlar təhsil, məktəb, mədəniyyət görməyiblər və imzalanan bəyanatın şərtlərinə əsasən, işğal etdikləri Azərbaycan ərazilərini tərk edən zaman belə vəhşiliklərə əl atırlar”.
Bu fikirləri Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti humanizm nümayiş etdirir və işğal olunduqdan sonra Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan ermənilərin oranı tərk etməsinə şərait yaradır. Bunun qarşılığında onların növbəti dəfə vəhşiliyə əl atması bir daha erməni xislətinin bariz sübutuna çevrilir: “Vaxtilə soydaşlarımız Kəlbəcərdən ayaqyalın, başıaçıq qovulmuşdular. 1993-cü ildə insanlarımız soyuq havada evindən bir paltarı ilə çıxmaq məcburiyyətində qalmışdılar. Hazırda isə Azərbaycan dövləti işğaldan azad edilən torpaqlarımızda qeyri-qanuni məskunlaşan ermənilərə bu torpaqları tərk etmələri üçün rahat şərait yaradır, onların köçmələrinə imkan verir. Düzdür ermənilər humanizm anlayan deyillər, bununla belə Azərbaycan bu fərqi nümayiş etdirir, bütün dünyaya tolerant bir dövlət olduğunu bir daha sübut edir. Qeyd edim ki, artıq bütün dünya mətbuatı ermənilərin Qarabağda, Kəlbəcərdə törətdiyi vəhşiliklərlə bağlı məqalələr dərc edir. Bütün dünya artıq işğalçıların əsl iç üzünü görür və göstərir. Bu, həm də ölkəmizin hüquqi müstəvidə ermənilərə qarşı açacağı məhkəmə proseslərində bizim üçün hüquqi əsaslar yaradır”.
PƏRVİZ
- Oxunub: 2100 |
- Tarix: 18-11-2020 |
-
Çap et |