“CGTN” (Çin Qlobal Televiziya Şəbəkəsi) kanalının internet səhifəsində ermənilərin vandalizm aktlarından bəhs edən məqalə yerləşdirilib. Yazıda erməni barbarizmi ilə bağlı bir sıra faktlar, xüsusilə ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri vəhşiliklər əks olunub.
Bildirilir ki, Kəlbəcər rayonunda sonradan məskunlaşmış ermənilər yaşadıqları evləri yandırıb, dam örtüyü də daxil olmaqla digər tikinti materiallarını söküb aparıblar. Vurğulanır ki, Kəlbəcər Azərbaycanın hüquqi ərazisidir və 1994-cü ildə başa çatan müharibə nəticəsində ermənilərin nəzarətinə keçib. Azərbaycanın uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərini azad etdiyi söylənilir. Diqqətə çatdırılır ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri atəşkəs barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, Ermənistanın işğalı altında olan ərazilər Azərbaycana qaytarılacaq.
- Oxunub: 1980 |
- Tarix: 17-11-2020 |
-
Çap et |