Ana səhifə »  Siyasət »  Prezidentə yazırlar: Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan kimi xalqımızın birliyini daha da möhkəmləndirdiniz
A+   Yenilə  A-
Prezidentə yazırlar: Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan kimi xalqımızın birliyini daha da möhkəmləndirdiniz

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbə Azərbaycan vətəndaşlarına, xaricdə yaşayan soydaşlarımıza, eləcə də qardaş Türkiyənin vətəndaşlarına böyük sevinc hissi yaşadır. Onlar dövlətimizin başçısına ünvanladıqları məktublarda bu hisslərə görə minnətdarlıqlarını bildirirlər.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.
Türkiyənin Aydın şəhərindən Mövlud Çelik yazır: “Hörmətli cənab Prezident, mən Türkiyədə yaşayıram. Hər bir ölkə, hətta dünyanın bütün dövlətləri bilir ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Türkiyə hər zaman Azərbaycanın yanındadır və olacaqdır. Hazırda təqaüddəyəm, bəzən hisslərimi şeirlə ifadə edirəm. 1974-cü ildə Türkiyə Kipri müdafiə edəndə “Kıbrıs” adlı bir şeir yazdım və onu o vaxtkı Prezident Rauf Denktaşa, Baş nazir Derviş Eroğluna təqdim etdim. Hər bir insanda, xüsusən Azərbaycan və Türkiyə vətəndaşlarının ürəyində dərin yara açan Xocalı qırğınının ağrı və acısı sağalmamış 2020-ci il sentyabrın 27-də Ermənistan yenidən Azərbaycan torpaqlarına hücum etdi. Xalqlarımız yenidən üzüldü, lakin Azərbaycan öz haqqını döyüşlə, zəfərlə qazandı. Şəhidlərinizə görə Sizə və Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm. Azərbaycan Ordusunun daim müzəffər olması üçün dua edirəm”.
Ağcabədi rayonundan Mehdi Əhmədov: “Möhtərəm cənab Prezident, Sizi qazandığımız böyük Qələbə münasibətilə təbrik edirəm, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Sizin necə bir sərkərdə, necə bir siyasətçi olduğunuza bütün dünya şahid oldu. Düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydunuz. Vətən uğrunda canından keçən şəhidlərimizin qanını yerdə qoymadınız. Allah Sizdən və qəhrəman əsgərlərimizdən razı olsun!
Allah Sizi və Azərbaycan xalqını qorusun!”.
Füzuli sakini İsa Hacıyev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Vətən müharibəsini Qələbə ilə başa vurduğumuz üçün Sizi, xalqımızı və rəşadətli Ordumuzu ailəmiz adından və öz adımdan ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Sizinlə fəxr edirik. Ulu Tanrı Sizi qorusun!”.
İsmayıllı sakini Hüseynağa Kamilzadə: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizə Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərə görə özümün, ailə üzvlərimin adından və İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ağsaqqalları adından böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk. Noyabrın 8-də Şuşanın alınmasına, 10-da isə qəbul olunmuş bəyanata görə çox sağ olun. Siz uzun illərdən qalmış problemləri həll etməyi bacardınız və Qarabağı Azərbaycana qaytardınız. Allah Sizə yar olsun!”.
Zaqatala sakini Tamara Nurəliyeva: “Hörmətli cənab Prezident, Sizin yaratdığınız peşəkar Milli Ordumuz 28 il işğal altında qalan Qarabağı rəhbərliyinizlə azad etdi. Tam Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm, cənab Prezident. Allah Sizi qorusun! Biz Sizinlə fəxr edirik, cənab Prezident. Sizin qətiyyətiniz sayəsində düşmənə qalib gəldik. Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqına Qələbə sevinci yaşatdınız. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Sabirabad rayonundan Telman Əzimov yazır: “Hər bir azərbaycanlının əzizi, qarantı olan hörmətli cənab Prezident. Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qoruyaraq dünya dövlətləri arasında öz dəst-xətti olan bir dövlətə çevirməklə müasir Azərbaycan Respublikasının qurucusu və Ümummilli Lider adını qazandı. Ulu Öndərin siyasətini layiqincə davam etdirərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, sabitliyin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı, müasir dünyaya inteqrasiyanın təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrə yardımların verilməsi, yeni-yeni iş yerlərinin yaradılması ilə işsizliyin azaldılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi, eləcə də fəaliyyətiniz müddətində Azərbaycan Respublikasının islami dəyərləri özündə qoruyub saxlamaqla dünyəvi dövlətə çevrilməsi, Şərq və Qərb mədəniyyətlərinin birgə fəaliyyətinin təşkili, multikultural fəaliyyətin təmin edilməsi, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz, bir sıra beynəlxalq təşkilatlara sədrlik etməyimiz, dünya dövlətləri ilə qarşılıqlı anlaşma və dostluq münasibətlərinin yaradılması, saymaqla bitib tükənməyən irimiqyaslı layihələrin həyata keçirilməsi ötən dövr ərzində ordu quruculuğuna yönəldilən diqqət nəticəsində müasir silahlarla təchiz olunmuş və müasir tələblərə cavab verən nizami ordunun qurulması ilə uzun illərdən bəri xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı xaincəsinə işğal etmiş erməni faşistlərindən qısa müddət - 44 gün ərzində işğaldan azad edən rəşadətli ordumuzun müzəffər Ali Baş Komandanı kimi Siz öz adınızı nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflə yazdıra bildiniz. Siz tarixi dövlətçilik ənənələri olan Azərbaycana son yüzilliklərdə əldə olunmayan bir qələbəni yaşatdınız. İşğal altında olan torpaqlarımızı əsl sahibinə - Azərbaycan xalqına qaytara bildiniz. Bu, təkcə işğal olunmuş torpaqların geri qaytarılması kimi deyil, həm də Azərbaycanın, Azərbaycan Ordusunun tarixi Qələbəsidir. Siz haqqın necə güclü olduğunu və özünüzün necə bir sərkərdə olduğunuzu bir daha təsdiq etdiniz. Azərbaycan Ordusunun döyüşlərdə silahla döyüşərək düşmən üzərində qələbə qazanmağın səbəbkarı məhz siyasi arenada yorulmaq bilmədən hər kəsin öz dilində döyüşərək onlara öz yerlərini göstərməyə nail olmaqla xalqın qəlbində özünüzə layiqli yerinizi tapmaqla sözü ilə əməli bir olan, hər bir azərbaycanlının Prezidenti olan, özünü xalqın xidmətçisi elan edən, hər zaman xalqın yanında olan mərd-mübariz Azərbaycan oğlu olmağınızdır. Siz bizə ən xoş günləri, ən xoş arzumuzu Cəbrayılın, Zəngilanın, Qubadlının, Füzulinin, Ağdamın, Kəlbəcərin, Laçının Azərbaycanın döyünən qəlbi olan Şuşanın işğaldan azad olunması və qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla bizim məğlubedilməz xalq olduğumuzu bir daha təsdiq etdiniz, Xocalıda, Xocavənddə, Ağdərədə, Xankəndidə və adları hər birimiz üçün əziz olan digər yaşayış məntəqələrimizdə dünyanın ən gözəl bayrağı olan Azərbaycan bayrağının ucaldılması sevincini bizlərə yaşatdınız. Bu Qələbənin qazanılmasında canlarını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Siz Azərbaycan xalqına, dünya azərbaycanlılarına, ürəyi Azərbaycanla döyünən hər kəsə, azərbaycansevərlərə əvəzsiz bir sevinc qələbə, haqq-ədalət sevinci yaşatdınız. Bizə bu haqq işimizdə mənəvi dəstək olan dövlətlərə, xüsusilə də qardaş Türkiyə Respublikasına, bütün dünya türklərinə bir daha minnətdarlıq edirik. Müzəffər Ali Baş Komandan, qəlbimizdə Sizin haqqınızda bitib tükənməyən xoş arzular o qədərdir ki, hamısını qeyd etmək olmur. Sadəcə olaraq, dünyada nə qədər ən gözəl, ən xoş arzular varsa, hamısını Sizə və əzizlərinizə arzu edirəm. Siz millətin xilaskarı kimi zirvəyə ucaldınız. Azərbaycanın yeni tarixini yazan cəsur sərkərdə, məharətli diplomat və siyasətçi olmaqla xalqımızı yumruq kimi birləşdirməyi bacardınız. Siz Azərbaycan xalqının qəhrəmanısınız. Siz Azərbaycanın ömürlük Prezidenti olmağa layiqsiniz. Bir daha Allahdan Sizə uzun, sağlam, sülh və əmin-amanlıqla keçən bir ömür arzu edirəm. Allah Sizi və əzizlərinizi qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Füzuli sakini Ülviyyə Quliyeva: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mən bir Milli Qəhrəman bacısı, Füzuli sakini olaraq Sizə minnətdaram. Çünki 27 il həsrətində olduğumuz o müqəddəs torpaqlarımıza yenidən qayıdacağıq. Mən müəlliməm, çalışıram ki, Füzuli rayonu 22 nömrəli tam orta məktəbdə dərs dediyim şagirdlərə də bu Qələbənin necə böyük tarixi əhəmiyyət kəsb etdiyini, Azərbaycan xalqı üçün nə ifadə etdiyini çatdırım. Öz adımdan və bütün füzulililər adından Sizə və şanlı Ordumuza təşəkkür edirəm. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.
Xocavənd sakini Gözəl Xəlilova: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, son günlərdə Sizin komandanlığınızla Qarabağ torpaqlarının rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunması və Qələbə qazanmağımız münasibətilə Sizi təbrik edirəm. Uca Yaradan bizi dünyada qalib xalq kimi tanıdan Ali Baş Komandanı və igid Ordumuzu qorusun!”.
Naftalan şəhərindən Kamran Muradovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Şuşanın azad olunması xəbərini eşitdikdə hər birimiz sevinc içində küçələrə axışdıq. Bu, bayram sevinci idi. 9 noyabr tarixində Bayraq Gününü qeyd edərkən Sizdən o qədər gözəl xəbərlər gəldi ki, ürəyimiz ikiqat sevinclə doldu. 10 noyabrın ilk saatlarından Sizin xalqa müraciətiniz isə bizə ən böyük hədiyyəni bəxş etdi. Mən Sizə heyranam, əziz Prezidentim. Ordumuzun qəhrəmanlığı, sadəcə, Azərbaycan tarixinə deyil, dünya tarixinə qəhrəmanlıq, ədalət və mərhəmət nümunəsi kimi düşəcək. Mən onu bilirəm ki, mənfur düşmən artıq heç zaman torpaqlarımıza əl uzada bilməyəcək. Allah Şəhidlərimizə rəhmət eləsin. Artıq onların ruhu şaddır. Təşəkkürlər, Müzəffər Ali Baş Komandan, təşəkkürlər, rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.
Mingəçevir şəhərindən Ceyhunə Şəfiyeva: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizin ərazi bütövlüyümüzün bərpası uğrunda apardığınız mübarizəni rəhbəri olduğum məktəbin pedaqoji kollektivi dəstəkləyir və alqışlayır. Qələbə sevincini bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Eşq olsun Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!”.
Bakı şəhər sakini Məmməd Səfa: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizi düşmən üzərində möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə Azərbaycanımızın çiçəklənməsi yolunda uğurlar arzulayıram. Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan olaraq bu gün xalqımızın birliyini daha da möhkəmləndirdiniz. Bu müqəddəs yolda canlarını fəda edən igid oğullarımıza Allahdan rəhmət diləyir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var. Yaşasın Azərbaycan xalqı, müzəffər Ordumuz və Ali Baş Komandanımız!”.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  17-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq

22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb
22 Yanvar 13:49
Keçən il əsas kapitala yönəldilmiş vəsaitin 195,2 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib
22 Yanvar 13:47
Sentyabrın 15-dən bu günədək 14 mindən çox şagird COVID-19-a yoluxub
22 Yanvar 13:38
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib
22 Yanvar 13:35
Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
22 Yanvar 13:07
“Bu sənəd energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir”
22 Yanvar 13:02
Teledərslər tədris ilinin sonunadək davam edəcək
22 Yanvar 13:00
Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək
22 Yanvar 12:52
Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq
22 Yanvar 12:45
Təhsil naziri: Dərslər həftədə 3 dəfə olacaq
22 Yanvar 12:39
İbtidai siniflər növbəli şəkildə dərsə başlayır
22 Yanvar 12:36
“Dostluq” yatağı üzrə memorandumun imzalanması tarixi hadisədir
22 Yanvar 12:18
Miqrasiya Könüllüləri qanvermə aksiyasında iştirak ediblər
22 Yanvar 12:16
Naqif Həmzəyev: Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir
22 Yanvar 12:11
Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi əyani formada təşkil olunacaq
22 Yanvar 11:54
Nazir: Ötən il “ƏDVGeriAl” çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb
22 Yanvar 11:38
Şuşada yeni yarımstansiya tikilir
22 Yanvar 11:35
Balakəndə iki gündə 174 tibb işçisi peyvənd olunub
22 Yanvar 11:33
Azərbaycan əhalisinin sayı 10 milyon 123 min 400 nəfərə çatıb
22 Yanvar 11:31
Dövlət Xidməti: Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir
22 Yanvar 10:50
Fevralda müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə başlanılacaq
22 Yanvar 10:48
DİN: Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi geri qaytarılıb
22 Yanvar 10:28
Yevlaxda əhalinin COVID-19-a qarşı peyvənd olunmasına başlanılıb
22 Yanvar 10:22
Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsini öyrənir
22 Yanvar 09:37
“Döyüş günləri mənim həyatımın ən mühüm hissəsinə çevrildi desəm, yanılmaram”
22 Yanvar 09:33
Əli Kərimlinin antimilli şurası
22 Yanvar 09:31
“Microsoft” şirkəti Azərbaycanın “Virtual məktəb” təcrübəsini yüksək dəyərləndirib
22 Yanvar 09:30
Anar Məmmədov: Kommunikasiyaların bərpası region dövlətlərinin maraqlarına cavab verir
22 Yanvar 09:29
YAP Ağdaş rayon təşkilatı şəhidlərin, itkin düşən hərbçilərin ailələri ilə və qazilərlə görüşləri davam etdirir
22 Yanvar 09:27
YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib
22 Yanvar 09:25
Fəzail Ağamalı: Kommunikasiyaların bərpası Azərbaycanın milli maraqlarına uyğundur
22 Yanvar 09:23
Fazil Mustafa: 10 noyabr Bəyanatının ruhuna zidd hər hansı bir davranış Ermənistan üçün fəlakətlə nəticələnə bilər
22 Yanvar 09:21
Əsli Kazımova: Moskva səfəri Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsidir
22 Yanvar 09:20
Qulamhüseyn Əlibəyli: Dövlət başçısının Şuşaya səfəri cəmiyyətdə böyük inam və qürur hissi ilə qarşılanıb

22 Yanvar 09:19
“Beşinci kolon” erməni lobbisinin ruporu rolunda...

22 Yanvar 09:17
Ermənistanda siyasi böhran dərinləşir
22 Yanvar 09:11
Koronavirusa yoluxanlar sonrakı mərhələlərdə vaksinasiyaya cəlb olunacaqlar
22 Yanvar 09:08
Gənclərin azərbaycançılıq ideologiyası əsasında və vətənpərvərlik ruhunda yetişdirilməsində milli filmlərin də böyük rolu var
21 Yanvar 23:24
Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib
21 Yanvar 23:15
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanın Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
21 Yanvar 20:16
Bakı Şəhər Prokurorluğunda ötən il görülmüş işlərin vəziyyətinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
21 Yanvar 20:02
Bu dəfə Azərbaycan xalqı 20 Yanvar hadisələrinin ildönümünü tamam başqa əhval-ruhiyyədə qeyd etdi
21 Yanvar 19:59
Siyasi ekspert: Ermənilərin ən böyük problemi öz uydurduqları yalanlara özlərinin inanmalarıdır
21 Yanvar 18:46
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb
21 Yanvar 18:26
Azərbaycan ilə İordaniya arasında ailə, qadın və uşaq məsələləri sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb
21 Yanvar 18:24
Şəmkirdə COVID-19 pandemiyasına qarşı vaksinasiyaya start verilib
21 Yanvar 18:01
Prezident İlham Əliyev: Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar
21 Yanvar 18:00
Hikmət Babaoğlu: Anlaşma Memorandumu regionda yeni tərəfdaşlığın inkişaf perspektivləri baxımından əhəmiyyətlidir
21 Yanvar 17:45
Prezident İlham Əliyev: Xəzəryanı ölkələrin əməkdaşlığı çox dinamik, qarşılıqlı anlaşma ruhunda inkişaf edir
21 Yanvar 17:43
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan və Azərbaycan Xəzərin sülh, mehriban qonşuluq zonasına çevrilməsinə böyük töhfə verirlər
21 Yanvar 17:42
Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
21 Yanvar 17:39
Ukrayna telekanalında 20 Yanvar faciəsi ilə bağlı süjet yayımlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə0 -2