Ana səhifə »  Siyasət »  Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib
A+   Yenilə  A-
Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib. AZƏRTAC müraciəti təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına
Azərbaycan Respublikası Milli Məclisinin
müraciəti
 

-Zati-aliləri möhtərəm cənab Prezident!

Əziz Azərbaycan xalqı!

Son 100 ildən artıq dövrdə Azərbaycan xalqı “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş erməni şovinist dairələrinin etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin fəlakətli nəticələrini mütəmadi yaşamalı olmuşdur. Mərhələ-mərhələ həyata keçirilən bu siyasət ötən əsrin əvvəllərində Cənubi Qafqazda yüz minlərcə azərbaycanlının və digər xalqların nümayəndələrinin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsinə gətirib çıxarmışdır.

Çar Rusiyasının süqutunun ardınca keçmiş İrəvan xanlığının (sonrakı İrəvan quberniyasının) ərazisində erməni dövləti yaradılmışdır. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur, Dərələyəz mahalı, Qazax qəzasının dağlıq hissəsi və digər yerlər Ermənistana verilmiş, nəticədə onun ərazisi 9 min kvadratkilometrdən 29,8 min kvadratkilometrə çatdırılmışdır.

Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərcə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün 1923-cü ildə qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir. Beləliklə, erməni şovinistlərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açılmış, Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyulmuşdur. 1948–1953-cü illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.

1991-ci ildə Sovet İttifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq müharibəsinin gedişində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərcə soydaşımız yaralanmış və əlil olmuşdur. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmışdır.

İşğalçılıq müharibəsi zamanı erməni şovinistləri azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırımı cinayətləri törətmişlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində əsrin ən dəhşətli faciələrindən biri baş vermişdir. Soyqırımı aktı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Ermənistan Respublikasının etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinə qarşı müqavimət cəbhəsi 1993-cü ilin iyun ayında böyük siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təşkil edilmişdir. Ordu quruculuğu və silahlı qüvvələrin möhkəmləndirilməsi sahəsində görülən düşünülmüş tədbirlər Ermənistan hərbi birləşmələrinə ağır zərbələr endirməyə və işğal altında olan bəzi əraziləri, o cümlədən Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini azad etməyə imkan vermişdir. Azərbaycanla silah dili ilə danışmağın daha mümkün olmadığını görən Ermənistan Respublikası 1994-cü ilin mayında atəşkəs imzalamağa məcbur olmuşdur.

Beləliklə, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üçün mötəbər beynəlxalq təşkilatların köməyi ilə aparılan danışıqlara əlverişli şərait yaranmış, həmin təşkilatların qəbul etdikləri sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil etmişdir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların müxtəlif illərdə qəbul etdikləri sənədlərdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb edilmiş, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilmişdir.

Münaqişənin nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, yəni Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Fransanın dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Həmsədrlərin irəli sürdüyü və Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəlmişdir. Ümumiyyətlə, uzun illər boyu aparılan danışıqlarda Azərbaycan tərəfi daim təmkinli davranaraq, sülh prosesinə sadiqlik nümayiş etdirmiş, işğalın aradan qaldırılmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına, didərgin düşmüş soydaşlarımızın doğma yurdlarına qayıtmasına hər hansı şəkildə kömək göstərə biləcək bütün təkliflərə anlayışla yanaşmışdır.

Təəssüf ki, münaqişənin həll edilməsi üçün göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməmişdir. Bu dövlətin rəhbərliyi cəzasız qalmasından, bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrin dəstəyindən istifadə edərək, aparılan danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarının işğalını əbədiləşdirmək üçün müntəzəm cəhdlər göstərmişdir.

2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat sülh prosesinə ciddi zərbə vurmuşdur. Azərbaycanın ön mövqelərinin və cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrinin güclü artilleriya atəşinə tutulması nəticəsində 2 nəfər dinc sakin həlak olmuş, 10 nəfər yaralanmışdır. Azərbaycan Silahlı Qüvvələri əhalinin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olmuşlar. Dörd gün davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmışdır.

Təəssüf ki, 2016-cı ilin Aprel döyüşlərindən dərs almayan Ermənistan rəhbərliyi pozuculuq hərəkətlərindən əl çəkməmişdir. 2018-ci ilin aprelində Ermənistanda baş verən “məxməri” inqilabdan və hakimiyyət dəyişikliyindən sonra Azərbaycana qarşı təxribatlar daha geniş vüsət almışdır.

Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut etmişlər ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür. Dağlıq Qarabağda yaradılmış qondarma rejimin başçısının Şuşada “andiçmə” mərasiminin keçirilməsi, oyuncaq qurumun “parlamentinin” Şuşaya köçürülməsi, işğal olunmuş ərazilərə Ermənistandan yeni yol çəkilməsi, qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, danışıqları davam etdirmək üçün Azərbaycan qarşısında üzdəniraq “7 şərt” qoyulması, Ermənistanın dövlət başçısının irəli sürdüyü “Qarabağ Ermənistandır və nöqtə”, Ermənistan müdafiə nazirinin səsləndirdiyi “yeni ərazilər üçün yeni müharibə” iddiaları işğalçı dövlətin rəhbərliyinin əsl niyyətlərini üzə çıxarmışdır.

Bu məsuliyyətsiz davranış və bəyanatlara beynəlxalq təşkilatlar, eləcə də işğalçını sülhə sövq etməli olan Minsk qrupunun həmsədr ölkələri tərəfindən heç bir münasibət bildirilməməsi Ermənistan Respublikasının daha çox əl-qol açmasına gətirib çıxarmışdır. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəsi kobudcasına pozaraq, cəbhə xəttindən uzaqlarda, dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriya atəşinə tutmağa başlamışlar.

İriçaplı toplardan, raket qurğularından, müxtəlif növ atıcı silahlardan və zirehli texnikadan istifadə edən Ermənistan silahlı qüvvələrinin həmlələri iyulun 16-dək davam etmişdir. Düşmənin silahlı təcavüzünün qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi cəza tədbirləri nəticəsində işğalçıların müxtəlif təyinatlı hərbi texnikası, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliyindəki ehtiyatları və yüzlərcə canlı qüvvəsi məhv edilmişdir. Azərbaycanın yeni ərazilərini işğal etmək üçün düşmənin göstərdiyi bütün cəhdlərin qarşısı qətiyyətlə alınmışdır.

2020-ci il avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alınmış, təxribat qrupunun başçısı yaxalanmışdır.

Son illərdə Azərbaycan Ordusundan aldığı qüvvətli zərbələrdən lazımi nəticələr çıxarmayan Ermənistan rəhbərliyi 2020-ci il sentyabrın 27-də növbəti planlaşdırılmış təxribata əl atmışdır. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutmuşlar. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar olmuşdur. Qeyd edilməlidir ki, Ermənistanın bu xaincəsinə hücumu işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquqa saymazyana münasibətinin növbəti təzahürü, Azərbaycanla aparılan sülh danışıqlarını pozaraq münaqişəni öz xeyrinə birdəfəlik həll etmək niyyətinin yeni ifadəsi olmuşdur.

Düşmənin hücumunun cavabında Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinə uyğun özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən əməliyyat gedişində möhtəşəm qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışdır. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapmışdır.

Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılmış, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılmışdır. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, ümumən 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad edilmişdir.

Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatmışdır. Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu dərk edən düşmən məğlubiyyətini etiraf edərək diz çökmüşdür.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etmişdir. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edilmişdir. Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılacaqdır.

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu 5 il müddətinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır və bu mərkəzdə Rusiya və Türkiyə hərbi qulluqçularının birgə fəaliyyəti nəzərdə tutulur. Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcəkdir.

Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıdacaqlar. Hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcəkdir.

Bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Tarixi əhəmiyyət daşıyan bu bəyanat çoxillik münaqişə və müharibədə Azərbaycan xalqının şanlı qələbəsini təcəssüm etdirir. Tarixi ədalət öz yerini tutur, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunur.

Bu möhtəşəm Qələbəyə görə, möhtərəm cənab Prezident, Sizə sonsuz minnətdarlığımızı bildiririk. Sizin uzaqgörən rəhbərliyiniz ilə Azərbaycan Respublikasının böyük iqtisadi potensialı yaradılmış, müasir hərb nəzəriyyəsinin və praktikasının tələblərinə cavab verən güclü Azərbaycan Silahlı Qüvvələri qurulmuşdur. Sizin dəmir iradəniz, sarsılmaz əzminiz və lider qətiyyətiniz sayəsində həm döyüş meydanında, həm də danışıqlar masasında parlaq nailiyyət qazanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları və prinsipləri əsasında başa çatdırmaqda, tarixi düşmənə qarşı əsrlik mübarizədə məğlubiyyət sindromunu aradan qaldırmaqda öz inamı, hörməti, məhəbbəti və dəstəyi ilə kömək etmiş əziz xalqımız, sizi böyük Qələbə münasibətilə ürəkdən təbrik edirik.

Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikası daha yüksək sürətlə inkişaf edərək, qüdrətli dünya dövlətlərindən birinə çevriləcəkdir. Biz bu yolda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzulayırıq.

Eşq olsun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə!

Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

 
  • Oxunub:  2100  |  
  • Tarix:  14-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA