Ana səhifə »  Siyasət »  Vətəndaş məktubları: Cənab Prezident, Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq
A+   Yenilə  A-
Vətəndaş məktubları: Cənab Prezident, Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbə Azərbaycan vətəndaşlarına, xaricdə yaşayan soydaşlarımıza böyük sevinc və qürur hissi yaşadır. Onlar dövlətimizin başçısına ünvanladıqları məktublarda bu hisslərə görə minnətdarlıqlarını bildirirlər.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Rusiyanın Novosibirsk şəhərindən Mayis Məmmədov yazır: “Cənab Prezident, Novosibirsk vilayəti ərazisində yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizə Azərbaycan dövlətinin lideri olaraq həyata keçirdiyiniz quruculuq fəaliyyətinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq qazandığınız zəfərlərə görə səmimi minnətdarlığımı bildirirəm. Sizin müasirlərinizin bəxti onda gətirib ki, biz Sizin rəhbərliyiniz altında həyata keçirilən, Azərbaycanın inkişafına, Azərbaycan xalqının mədəni və tarixi nailiyyətlərinin qorunmasına yönəlmiş yaradıcı fəaliyyətin şahidləriyik. Cənab Prezident, bütün Azərbaycan xalqı üçün əlamətdar hadisə - Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin azad olunması ilə bağlı səmimi təbriklərimi qəbul edin. 2020-ci il 8 noyabr Azərbaycan tarixinə əbədilik yazıldı. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da müqavilə imzalanması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu müqavilə regionda davamlı sülhə, əmin-amanlığa gətirib çıxaracaq və qan tökülməsinə son qoyacaqdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda ən uzunmüddətli münaqişələrdən biridir və bu gün onun sona çatması, ilk növbədə, döyüş meydanında qələbə qazanan, çoxillik işğaldan azad olunmuş torpaqlarını geri qaytaran Azərbaycan xalqı üçün tarixi hadisədir. Azərbaycan Respublikasının bütün vətəndaşları dini-etnik mənsubiyyətindən asılı olmayaraq, doğma torpaqlarda ədalətin zəfər çalması və haqqın bərpası üçün birləşdilər. Hörmətli cənab Prezident, Azərbaycan xalqının bu tarixi Qələbəsi, ilk növbədə, Sizin sayənizdə mümkün oldu. Siz dünya miqyaslı siyasətçi olaraq, öz xalqınızı hər zaman düzgün yola istiqamətləndirirsiniz. Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Biz - Sizin həmvətənləriniz, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, Sizi dəstəkləyir və Sizinlə fəxr edirik, Azərbaycanın rifahı naminə bundan sonra da əlimizdən gələn hər şeyi edəcəyik. Tarixi ədalətin bərpası, işğal edilmiş ərazilərin qaytarılması, bütün dünyada Azərbaycanın tarixi və mədəniyyəti haqqında obyektiv fikir formalaşması ilə bağlı Sizin qarşıya qoyduğunuz və uğurla gerçəkləşdirdiyiniz məqsədlər Vətənimizin ən yeni tarixinin formalaşmasına mühüm töhfədir. Möhtərəm cənab Prezident, Sizi ürəkdən təbrik edir, Sizə cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.
Goranboy rayonundan Zümrüd Quluyevanın məktubunda deyilir: “Əziz Prezidentim, mən 9-cu sinifdə oxuyuram. Siz həsrətlə gözlədiyimiz ən şad xəbəri - Qarabağın azad olunması xəbərini bizə çatdırdınız. Bu sevinc hisslərini xalqımıza yaşatdığınız üçün Sizə sonsuz minnətdarıq. Sizi min yaşayın. Mən Sizinlə fəxr edirəm və qürur duyuram. Allah Sizi və Azərbaycan Ordusunu qorusun! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Ordumuza!”.
Oğuz rayonunun sakini Şahin İsayev: “Dəyanətli, məğrur Prezidentim, Müzəffər Ali Baş Komandan, Siz qətiyyətlə haqq-ədaləti bərpa edərək, xalqımızın inamını yenidən özünə qaytardınız. Sizi və müzəffər Azərbaycan Ordusunu Qarabağın tam azad olunması münasibətilə təbrik edirik. Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun! Qarabağ bizimdir!”.
Ağdam sakini Təbriz Aslanov: “Hörmətli cənab Prezident, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağ və ətraf rayonların azad edilməsi üçün yürütdüyünüz siyasəti dəstəkləyirik. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımız yağı düşməndən təmizləndi. Sizə və şanlı Ordumuza təşəkkür edir və Allahdan qüvvət arzulayırıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Masallıdan Səfalı Paşayev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və onun vəsiyyətinə əməl edərək işğal altındakı torpaqlarımızı, xüsusilə də Şuşa şəhərini işğaldan azad etdiniz. Bu möhtəşəm hadisə ilə bağlı Siz başda olmaqla bütün xalqımızı təbrik edir və 9 Noyabr - Dövlət Bayrağı günü ərəfəsində xalqımıza bu sevinci yaşadıb şanlı bayrağımızı Şuşada ucaltmaqla tarix yazdığınızı fəxarətlə vurğulayırıq. Əziz Prezidentimiz, Siz Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdırmaqla mənəvi dəyərlərimizə sadiq, qeyrətli Azərbaycan oğlu olduğunuzu bir daha təsdiq etdiniz. Allah Sizi qorusun!”.
İsmayıllıdan Fazil Həsənov: “Hörmətli Prezident, müzəffər Ali Baş Komandan, Sizi və şanlı Ordumuzu möhtəşəm Qələbə münasibətilə İsmayıllı Suvarma Sistemləri İdarəsinin kollektivi adından ürəkdən təbrik edirik. Sizə, Ordumuzun əsgər və zabitlərinə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayırıq. Şəhidlərimizin ruhu şad olsun! Yaşasın Ali Baş Komandan! Yaşasın Ordumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Zaqataladan Fikrət Şərifov: “Möhtərəm cənab Prezident, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ard-arda rayonlarımızın düşmən tapdağından azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin müdrik rəhbərliyinizin nəticəsidir. Noyabrın 8-də Sizin Şuşa şəhərinin işğaldan azad edilməsi barədə televiziya vasitəsilə bizlərə çatdırdığınız xəbər Zaqatala Suvarma Sistemləri İdarəsinin kollektivini ürəkdən sevindirir, doğma Vətənimizə daha böyük inamla xidmət etməyə ruhlandırır. Bütün Azərbaycan xalqı kimi idarəmizin mühəndis texniki işçiləri də tarixi torpağımızın erməni işğalından tezliklə azad olunacağına inanırlar. Xarici ölkələrdən olan jurnalistlərin suallarına cəsarətli və faktlara söykənmiş cavablarınızı idarənin bütün əməkdaşları qürur hissi ilə qarşılayır. Möhtərəm cənab Prezident, bizə böyük sevinc hissi yaşatdığınız üçün Sizə və rəşadətli Ordumuza ürəkdən təşəkkür edirik. Qarabağ Azərbaycandır!”.
Naxçıvandan Kamil Xudaverdiyev: “Hörmətli Prezidentim, mənfur erməni işğalçıları üzərində müzəffər Ordumuzun qazandığı Qələbə münasibətilə Sizi təbrik edir, əllərinizdən öpürəm. Çünki bu müzəffər Ordunun Ali Baş Komandanı Sizsiniz, hərbi və siyasi zəfərlər Sizin sayənizdə əldə edildi. Son 273 ildə Azərbaycan tarixində heç bir hökmdar, heç bir dövlət başçısı itirilmiş Azərbaycan torpaqlarını geri qaytarmağa nail olmamışdı. Bu missiyanı Ulu Öndərimiz Heydər Əliyevin oğlu, onun layiqli varisi İlham Əliyev şərəflə yerinə yetirdi. Siz millətin xilaskarı kimi zirvəyə ucaldınız. Eşq olsun Azərbaycanın yeni tarixini yazan polad iradəli, cəsur sərkərdə, məharətli diplomat, müdrik siyasətçi, xalqımızı yumruq kimi birləşdirən əbədi Prezidentimiz İlham Əliyevə! Allah Sizi qorusun!”.
Abşeron rayonundan Emin Carçıyev: “Müzəffər Ali Baş Komandan, Sizi Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə öz adımdan, ailəmin hər üzvü adından, Abşeron gəncləri adından təbrik edirəm. Bizə bəxş etdiyiniz bu Qələbəyə görə Sizə minnətdarıq, Sizə borcluyuq. Siz hər zaman bizim inanc yerimiz, güvənc yerimiz oldunuz. Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun! Var olun, Müzəffər Ali Baş Komandanım!”.
İmişlidən Rüstəm Qüdrətov: “Müzəffər Ali Baş Komandan, Qarabağımızın 30 illik işğalına son qoyuldu. Sizə edilən çoxlu təzyiqlərə baxmayaraq, torpaqlarımızı işğaldan azad etdiniz. Uzun müddət apardığınız siyasi-diplomatik səyləriniz hərbi güclə tamamlanaraq öz bəhrəsini verdi. İmişli rayon kommunistləri olaraq Sizin və qəhrəman Ordumuzun əsgərləri qarşısında baş əyirik. Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq”.
Tərtər rayonunun sakini Fərid Əsgərov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, bu günlər xalqımız tarixi bir dönəm yaşayır. Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz Qarabağ torpaqlarını erməni işğalından azad etdi. Hər gün döyüş bölgələrindən şad xəbərlər gəlir. Hər bir azərbaycanlı kimi mən də buna sevinirəm, qəlbim riqqətə gəlir. Cənab Prezident, Siz xalqın sevimlisinə çevrilmisiniz. Biz Sizin hər bir çıxışınızı səbirsizliklə gözləyir və dərin vətənpərvərlik hissi ilə dediyiniz sözlərdən mütəəssir oluruq. Bəzən gözlərim yaşla dolur, ürəyim Sizə minnətdarlıq hissi ilə döyünür. Əvvəllər mətbuat sahəsində işlədiyimə görə mən özüm də bu tarixi günlərdə xalqımızın qələbə ruhunu yüksəltmək üçün müxtəlif mətbuat orqanlarında yazılarla çıxış edirəm. Hazırda işlədiyim Ağdam rayonu Qasımbəyli qəsəbəsində yerləşən idarəmiz, o cümlədən yaşadığım Tərtər rayonu Köçərli kəndi tez-tez erməni faşistlərinin atəşlərinə məruz qalırdı. Bu cür təhlükəli şəraitdə mən öz işimi vicdanla yerinə yetirirəm. Qorxmadan, çəkinmədən doğma Qarabağda yaşamaqdan və işləməkdən zövq alıram. Daim ürəyimiz dədə-baba yurdlarımıza qayıtmaq hissi ilə döyünür. Hörmətli Prezident, mən özümü Sizin əsgəriniz hesab edirəm. Bütün sahələrdə Sizə sədaqətlə xidmət etmək əhval-ruhiyyəsi ilə yaşayıram. Hələ 2015-ci ildə hərbi xidmət keçdiyim zaman Siz bizim hərbi hissənin açılış mərasiminə gəlmiş, məzmunlu çıxış etmişdiniz. Həmin görüş və çıxışınız hafizəmdə və qəlbimdə daim yaşayır, məni dövlətim üçün daha faydalı işlər görməyə sövq edir. Sizin ölkəmizin tərəqqisi naminə apardığınız daxili və xarici siyasəti daim dəstəkləmişəm, bunu özümə mənəvi borc və vətəndaşlıq vəzifəsi hesab edirəm. Cənab Prezident, indiki Vətən müharibəsi göstərdi ki, Siz dinc şəraitdə də, müharibə şəraitində də ölkəni məharətlə idarə edirsiniz. Bu müharibə, həm də Sizin sərkərdəlik istedadınızı üzə çıxardı. Hərbi əməliyyatlara, müzəffər Ordumuza uğurla komandanlıq etdiniz. Bizim işimiz haqq işidir, Allahın mərhəməti üstümüzdədir. “Qisas qiyamətə qalmaz” demişlər, elə də oldu. Allah Sizi qorusun, müzəffər Ordumuza yardımçı olsun! Qarabağ Azərbaycandır!”.
Ağdam sakini Elbrus Abdullayev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Şuşa şəhərinin işğaldan azad olunması, cəbhədə qazandığımız qələbələr münasibətilə Sizi və xalqımızı təbrik edir, qarşınızda baş əyirəm. Sizin xalça üzərində toxunmuş şəkliniz evimizdən asılıb. Hər dəfə şəklinizi görəndə Uca Tanrıdan Sizə cansağlığı, uzun ömür arzulayıram. Dualarımız Sizinlədir. Var olun, cənab Prezident!”.
Daşkəsən sakini Sərvinaz Qurbanova: “Hörmətli cənab Prezident, mən bir zəhmətkeş Azərbaycan qadını kimi, Sizinlə fəxr edirəm. Eşq olsun Sizə, əziz Prezidentim! Hər zaman var olasınız! Siz bizim dayağımızsınız. Biz xalq olaraq hər zaman Sizin arxanızdayıq. Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Azərbaycan xalqı!”.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  13-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

16 Yanvar 18:23
Pərvin Kərimzadə: Ölkə Prezidentinin Şuşa səfəri tarixi ədalətin bərpası, qalibiyyətin təntənəsidir
16 Yanvar 18:18
Qalib Liderin Qələbə yolu -Şuşa ucalığı
16 Yanvar 18:15
Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…
16 Yanvar 17:56
Əli Əhmədov: Dünya birliyi Cənubi Qafqazda yeni reallıqların yarandığını qəbul edir
16 Yanvar 17:53
Müdafiə Nazirliyi Ağdam rayonunun Şelli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 17:49
Rəcəb Tayyib Ərdoğan: Ötən 18 il Türkiyə tarixinin ən uğurlu dövrüdür
16 Yanvar 17:28
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib
16 Yanvar 17:20
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
16 Yanvar 16:26
Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
16 Yanvar 16:25
Ali Məhkəmə koronavirusla əlaqədar məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb
16 Yanvar 16:21
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
16 Yanvar 16:11
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
16 Yanvar 15:21
Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir
16 Yanvar 15:13
Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
16 Yanvar 15:11
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 14:58
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” mövzusunda tədbir keçirilib
16 Yanvar 14:56
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
16 Yanvar 14:20
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
16 Yanvar 14:18
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq
16 Yanvar 14:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 14:12
Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar
16 Yanvar 14:10
Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir
16 Yanvar 14:05
AzTV-də 20 Yanvar hadisələrindən bəhs edən yeni sənədli filmin çəkilişlərinə başlanılıb
16 Yanvar 14:03
Yaqut Qarayeva: Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik
16 Yanvar 14:00
Onlar bizə əmanət ! - VİDEO
16 Yanvar 13:52
Ulu öndər Heydər Əliyev: Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir
16 Yanvar 12:28
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
16 Yanvar 12:25
Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq
16 Yanvar 12:24
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 12:15
Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır
16 Yanvar 11:39
Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib
16 Yanvar 11:33
Xüsusi karantin rejiminin sonunadək şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
16 Yanvar 11:27
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək
16 Yanvar 11:22
Fevralın 1-dən ictimai iaşə obyektləri müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərə biləcək
16 Yanvar 11:18
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək
16 Yanvar 11:06
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
16 Yanvar 11:03
Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır
16 Yanvar 11:01
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub, göstərilən xidmətlər nəzərdən keçirilib
16 Yanvar 10:37
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA