Ana səhifə »  Siyasət »  Məhərrəm Əliyev: İşğalçı Ermənistan rəhbərliyinin təslimçiliyə imza atması faktı artıq özü-özlüyündə bütün gerçəkləri ortaya qoyur
A+   Yenilə  A-
Məhərrəm Əliyev: İşğalçı Ermənistan rəhbərliyinin təslimçiliyə imza atması faktı artıq özü-özlüyündə bütün gerçəkləri ortaya qoyur

SİA Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin müsahibəsini təqdim edir:
- Məhərrəm müəllim, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin imzaladıqları atəşkəslə bağlı razılaşma bəyannaməsindən sonra bəzi sosial şəbəkə istifadəçiləri qeyri-ciddi və əsassız fikirləri ilə ictimai rəydə çaşqınlıq yaradırlar. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?
- Mən ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla bütün Azərbaycan xalqını qazanılan böyük qələbəmiz münasibəti ilə təbrik edirəm. Bu zəfərin əldə edilməsində fədakarlıq göstərən bütün əsgər və zabitlərimizə fəaliyyətlərində uğurlar arzulayır, yaralanmış hərbçilərimizə şəfa, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların hər biri Azərbaycanımızın fəxridir, biz onların və valideynlərinin qarşısında baş əyirik. Şəhidlərimizin xatirəsi daim, tarixlər boyu hər bir azərbaycanlının qəlbində əziz olaraq tutulacaq.
Artıq kimsəyə sirr deyil ki, Azərbaycan Ordusu Qarabağın işğaldan azad edilməsi uğrunda şücaətlər göstərdi və düşmənə sarsıdıcı zərbələr endirməklə onu sülhə, işğal edilmiş ərazilərin qaytarılması üzrə razılaşma bəyannaməsini imzalamağa məcbur etdi. İşğalçı Ermənistan rəhbərliyinin təslimçiliyə imza atması faktı artıq özü-özülüyündə bütün gerçəkləri ortaya qoyur və bu kontekstdən çıxış edərək, xüsusilə qeyd etmək istərdim ki, sentyabrın 27-dən başlayaraq 44 gün davam edən müharibə dövründə bir çox ölkələrdən əks-hücum əməliyyatlarının dayandırılması üçün cənab Prezident İlham Əliyevə telefon zəngləri etdilər, münaqişənin danışıqlar yolu ilə siyasi müstəviyə keçməsini xahiş etdilər. Əlbəttə, Azərbaycan tərəfi bütün hallarda sülhün tərəfdarı olduğunu hər dəfə bəyan edib və son 27-28 ildə ATƏT-in Minsk qrupu çərçivəsində dəfələrlə danışıqlar masasına oturub, müəyyən şərtlərini irəli sürüb, hətta şərti razılaşmalar ətrafında da müzakirələr aparıb. Lakin Ermənistan tərəfi istər əvvəlki hakimiyyətləri dövründə, istərsə də hazırkı hakimiyyəti vasitəsilə sülhə tərəfdar olmadıqlarını fəaliyyətləri ilə göstərdilər.
İyul ayından başlayaraq, dövlət sərhədlərimizdə silahlı təxribatların törədilməsi, üstəlik dinc əhalimizin atəşə məruz qoyulması, eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha irəliyə gedərək, əlavə ərazilərimizi də zəbt edəcəkləri kimi bəyanatlar səsləndirmələri artıq onların məqsədlərini açıq-aşkar məlum edirdi. Bu məqsəd özünü sentyabrın 27-də Qarabağ cəbhəsində sübuta yetirdi. Nəticədə düşmənin işğalçılıq addımlarının cavabı çox sərt şəkildə verildi və demək olar ki, hər gün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz işğaldan azad olundu. İşğalçılar böyük itkilər verərək sadəcə silah-sursatlarını, hərbi texnikalarını atıb-qaçmağa çalışırdı ki, bu da Ermənistan ictimaiyyətində ciddi təlaşlar doğururdu. Erməni xalqı artıq anlayırdı ki, onların övladları boş yerə başqasına mənsub olan torpaqlarda döyüşür. Bu vəziyyət istər-istəməz düşmən ölkənin hərbi-siyasi dairələrinin vəziyyətlərini daha da ağırlaşdırırdı. O cümlədən şanlı Silahlı Qüvvələrimizin qeyrət qalamız hesab edilən və milli-mədəniyət ocağımız kimi dəyərləndirilən Şuşa şəhərini düşmən işğalından azad etməsindən sonra onların hakimiyyətləri Qarabağ cəbhəsində daha ağır xaos yaşayacaqlarının fərqinə varmağa başladılar. Halbuki, cənab Ali Baş Komandan İlham Əliyev dəfələrlə istər xarici mətbuat vasitələrinə verdiyi müsahibələrində, istərsə də xalqa müraciətlərində düşmən tərəfə öz mesajlarını çatdırırdı. İşğal etdikləri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etmək tələbini irəli sürən dövlət başçımız müharibənin yalnız bu üsulla dayandırılması mümkünlüyünü vurğulayırdı. Nəticədə məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi sülhə məcbur edildi.
Qeyd edim ki, məhz Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı rabitəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi və göründüyü kimi, artıq rəsmi bəyannamə sənədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanıb, qüvvəyə minib.
Söz yox ki, atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərən tərəflərdən biri də Rusiya rəhbərliyi idi və qəbul olunmuş sənədə, əsasən düşmən işğal olunmuş əraziləri bəlli olan, ictimiyyətə də elan edilən qrafik əsasında tərk etməlidir. Çünki o da bəlli idi ki, artıq Rusiya münaqişədə neytral tərəf tutdu. Onu da unutmamalıyıq ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub saxlayır. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.
Beləliklə, bütün bu kimi məsələlər, etibarlılıq prisnispləri də nəzərə alınmaqla Rusiyaya məxsus sülhməramlı qüvvələr təmas xəttində fəaliyyət göstərəcəklər, o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir. Yəni 5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır.
Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ona görə də, bəzi sosial şəbəkə istifadəçilərinin əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir hərbi-siyasi bilgilərə sahib olmadan, müxətlif yanlış məlumatları ictimailəşdirmələrini doğru hesab etmirəm. Fikrimcə bu kimi addımlar həmin “internet qəhrəmanlarının” Azərbaycan Ordusuna, Şəhidlərinə və bütünlükdə Azərbaycanımıza qarşı hörmətsizliyidir.
- Cənab general-polkovnik, bir daha Türkiyə amilinə qayıtmaq istərdim. Qardaş ölkənin formalaşdırılan Monitorinq Mərkəzindəki iştirakı hansı nəticələri verəcək?
- Əlbəttə, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir və biz bunu əvvəllər də, münaqişənin ən qızğın vaxtında da gördük, bu gün də şahidi olmaqdayıq. Ümumiyyətlə, ölkələrimiz arasındakı hərbi-strateji əməkdaşlıq və o cümlədən illərdən bəri formalaşan təməlli prinsiplər qardaş ölkənin bizə olan dəstəyini davamlı edir. Yaxın bir neçə gün ərzində Türkiyənin Milli Müdafiə Nazirliyinin və Baş Qərargahının rəhbərləri Ali Baş Komandan cənab İlham Əliyevlə görüşlər keçirdilər. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə cənab Prezident İlham Əliyevlə əlaqə saxladı, prosesləri yaxından izləyərək daim qardaş dövlətin yanında olduğunu vurğuladı. Həmçinin bu günlərdə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulisi Akar Azərbaycanda səfərdə oldu və Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində əldə edilən qərarlar, qarşıda dayanan planlar dəqiqliklə müzakirə edildi. Bütün bunlar onu göstərir ki, Türkiyə dövləti bu gün də bizim yanımızdadır və qrafikə uyğun şəkildə işğaldan azad ediləcək digər ərazilərimizə nəzarət funksiyasını Rusiya ilə birlikdə həyata keçirəcəkdir.
- Məhərrəm müəllim, Azərbaycanın qələbə nəticəsində əldə etdiyi daha hansı uğurlar barədə danışa bilərdiniz?
- Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra əldə etdiyimiz daha bir zəfər faktoruna toxunmaq istərdim. Bilirsiniz ki, Naxçıvan uzun illərdir blokada şəraitində qalmışdı və bu, həmin bölgənin iqtisadi, ticari və s. maraqlarının qarşısını alırdı. Buna baxmayaraq, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olaraq inkişaf edirdi, mübarizə aparırdı və naxçıvanlıların mübarizliyi, qətiyyəti sayəsində ölkəmizin ən gözəl diyarlarından birinə çevrilib.
Lakin təsəvvür etsək ki, Naxçıvan blokada şəraitində olmasaydı daha hansı uğurlara imza atardı, bax bu məsələdə deyərdim ki, əldə olunmuş sülh razılaşması qələbəmizin danılmaz qalibiyyət prinsiplərindən biridir. Çünki sənədə əsasən, artıq Azərbaycandan Naxçıvana Ermənistan ərazisi daxil olmaqla nəqliyyat dəhlizi açılır. Bu dəhlizin açılması muxtar respublikanı belə desək, “materik” Azərbaycanla birləşdirir. Məhz bu uğur yaxın gələcəkdə bütöv bir strateji əhəmiyyəti əhatə edəcək ki, bundan da əlbəttə ki, Azərbaycan xalqı yararlanacaq. Bir sözlə, qeyd etmək istərdim ki, sülh, yaxud atəşkəs sazişi bütün tərəflərdən ölkəmizin, xalqımızın səmərəsinə hesablanmış müddəalardan ibarətdir. Düşünürəm ki, qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək.
- Son olaraq sonrakı proseslərdə vətənpərvərlik ruhunun təbliğini necə görürsünüz?
- Zəfər salnaməsi, işğaldan azad olunmuş ərazilərdə müzəffər Ordumuzun qəhrəmanlıq izləri gələcək nəsillərimiz üçün and yeri olacaq. Həmçinin həmin əraziləri ziyarət edərkən Silahlı Qüvvələrimizin şücaətini sübut edən reallıqlar, elementlər orada qalacaq və bu gün qələbəmizin canlı şahidləri olan uşaq və yeniyetmələr, eləcə də bütün yaş dövrlərini əhatə edən insanlarımız döyüşlərin baş verdiyi əraziləri öz gözləri ilə görüb, oraları açıq muzey kimi seyr edəcəklər. Bax, budur gələcəyə vətənpərvərlik ideyalarını aşılamaq siyasəti.
Bütün bunlar isə qazanılan zəfərimizin başlıca məqsədləridir və Azərbaycan xalqı, Azərbaycan əsgəri və zabiti Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu şanlı qələbəni qazandı. Sözümü isə cənab Prezidentimizin təqribən bir il əvvəl bəyan etdiyi və hər kəsin dillər əzbəri olmuş “Qarabağ Azərbaycandır!” nidası ilə yekunlaşdırıram.

 
  • Oxunub:  1710  |  
  • Tarix:  12-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA