Ana səhifə »  Siyasət »  Prezidentə yazırlar: Sizin uzaqgörənliyiniz və uğurlu siyasətiniz sayəsində Azərbaycan hər zaman zəfər çalacaq
A+   Yenilə  A-
Prezidentə yazırlar: Sizin uzaqgörənliyiniz və uğurlu siyasətiniz sayəsində Azərbaycan hər zaman zəfər çalacaq

Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar göndərməkdə davam edirlər. Onlar rəşadətli ordumuzun uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı sevinc hisslərini bölüşür, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Rusiyanın Sankt-Peterburq şəhərindən Müşfiq Əmiraslanov yazır: “Hörmətli cənab Prezident, biz xaricdə yaşayan azərbaycanlılar Sizinlə fəxr edirik. Sizin bütün çıxışlarınızı və müsahibələrinizi çox maraqla dinləyirik. Allah Sizdən və Azərbaycanın mərd əsgərlərindən razı olsun, onlara kömək etsin. Biz həmişə dua edirik ki, tezliklə qələbə xəbəri ilə hamımızı sevindirəsiniz, ölkəmizi bu dərd-bəladan xilas edəsiniz. Mənim qardaşım oğlu Kamran da ön cəbhədədir. Onunla fəxr edirəm. Biz hamımız Sizin bütün qərarlarınızı dəstəkləyirik. Heç kim bizim birliyimizi poza bilməz. Arzu edirəm ki, Allahın köməyi, xalqın inamı ilə tezliklə Azərbaycanı bütün düşmənlərdən təmizləyəsiniz”.

Ulyanovsk şəhərindən İslam Hüseynovun məktubunda deyilir: “Çox hörmətli cənab Prezident, bu gün dünyanın harasında olmasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının diqqəti Sizə yönəlib. Müzəffər Ali Baş Komandan kimi xalqımızın torpaqlarımızın bütövlüyü, haqq və ədalət uğrunda mübarizəsinə rəhbərlik edirsiniz. Bu gün ölkəmizə qarşı şər və böhtan kampaniyalarına külli miqdarda vəsait xərclənir. Azərbaycanın dünyaya açıq və aydın mesajları təhrif olunur. İndi ən mühüm işlərdən biri Azərbaycanın həqiqətlərini və hədəflərini dünyaya çatdırmaq üçün informasiya hücumlarını dəf etməkdir. Bu hər bir vətənpərvər insanın ümumi vəzifəsidir. Cənab Prezident, icazə verin, Ulyanovsk vilayətində yaşayan bütün azərbaycanlılar adından Sizə və Qarabağın qaytarılması, Azərbaycan torpaqlarında sülhün bərqərar edilməsi uğrunda əməliyyatlarda iştirak edən hərbçilərimizə alovlu dəstəyimizi çatdırım. Biz həmişə Sizinləyik. Sizin müdrikliyinizə, xoşməramlılığınıza, qətiyyətinizə əminik. Daim xalqımızın, dövlətimizin mənafelərini qorumaq üçün davamlı səy göstərdiyinizə inanırıq. Uca Allah qətiyyətinizi, gücünüzü yüz qat artırsın və Sizin vasitənizlə xalqımızı gücləndirsin”.

İmişli rayon sakini Yeganə Nəsirli: “Hörmətli cənab Prezident İlham Əliyev, mən bu məktubla Sizə və bütün Azərbaycan xalqına böyük qələbə sevinci arzu etməklə, qəlbimdəki səmimi hisslərimi çatdırmaq istədim. Xalqımızın igid oğlu, dəyanətli dövlət başçımız, Siz 30 illik bir həsrətə son qoyursunuz, Sizinlə fəxr edirik. Vətən müharibəsi başlayan gündən Sizin televiziyada etdiyiniz çıxışlarını səbirsizliklə gözləyirəm, şad xəbər verəcəyinizə inanaraq hər kəlmənizi diqqətlə dinləyirəm. Bu gün mən də əlimə silah götürüb, çəkinmədən mənfur düşmənə qarşı vuruşmaq istərdim. Lakin iki qız övladı böyüdən bir ana olduğum üçün bunu edə bilmirəm. Amma var olsun Azərbaycanımın mərd oğulları ki, onlar bizi qoruyur və işğalçıların dərsini layiqincə verirlər. Nə yaxşı ki, mən azərbaycanlıyam və bizim Sizin kimi dövlət başçımız var. Tanrı Sizi qorusun! Qələbə bizimlədir! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!”.

Yevlaxdan Ömər Əsədli: “Cənab Prezident, mənim 7 yaşım var. Bu məktubu da Sizə nənəmin köməyi ilə yazıram. Yevlax şəhərində yaşayıram. Evimizi çox sevirəm. Harasa qonaq gedəndə evə qayıtmağa tələsirəm. Belə başa düşürəm ki, evimiz mənim Vətənimdir. 30 il - nənəmin dediyinə görə bu çox böyük bir müddətdir. Bilirəm ki, 30 il bundan əvvəl mən yaşda olan uşaqlar da öz evlərindən qaçqın düşüblər. Onu da bilirəm ki, qaçqın düşmək - ürəyin istəsə də öz evinə qayıda bilməmək deməkdir. Mən onların nə çəkdiyini çox qəşəng bilirəm. 30 il sonra bu insanlar evlərinin, torpaqlarının bir addımlığındadırlar. Bu gün torpaqlarımız Sizin sayənizdə işğaldan azad edilir. Çox sevinirəm. Bilirəm ki, mən evimizi istədiyim kimi, hamı öz evini istəyir. Tezliklə hamı öz doğulduğu torpağa qayıdacaq və kim hansı yaşda evlərindən qaçqın düşübsə özünü elə o yaşda da hiss edəcək. Mən buna əminəm. Onları uşaqlığına qaytaracaqsınız. Onlara yeni həyat bəxş edəcəksiniz”.

Qubadlı sakini Heyvagül Vəliyeva: “Hörmətli cənab Prezident, Sizə bir şəhid anası kimi müraciət edirəm. Sizin rəhbərliyinizlə ordumuz böyük qələbələr qazanır. Qələbə xəbərləri bizi çox sevindirir. Mən inanıram ki, tezliklə bütün torpaqlarımız işğaldan azad ediləcək. Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Dualarımız həmişə Sizinlədir. Allah Sizi və Ordumuzu qorusun!”.

Neftçaladan Sahib Güllərov yazır: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, bir vətəndaş olaraq Sizin son zamanlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı atdığınız hər bir addımı bəyənir və dəstəkləyirəm. Bu haqq yolunda apardığınız şanlı mübarizəyə görə Allahdan Sizə yar və yardımçı olmağını arzu edirəm. Sizin sayənizdə Ordumuzla və igid əsgərlərimizlə qürur duyuruq. Biz həmişə Sizinləyik. Sizə inanır və güvənirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Bakı şəhərindən Rəsul Hacızadə yazır: “Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olduğum üçün fəxr edirəm. Dünyada dahi çoxdur. Amma Siz Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız bu müharibə ilə dahi sərkərdə olduğunuzu sübut etdiniz. Sizin rəhbərliyinizlə şanlı ordumuzun ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün apardığı müqəddəs Vətən müharibəsini hər bir azərbaycanlı kimi ürəkdən dəstəklədiyimizi bildirmək istəyirəm. Biz ailəliklə Sizi çox sevirik, hər zaman Sizin çıxışlarınızı sevə-sevə gözləyirik. Biz fəxr edirik ki, azərbaycanlıyıq! Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Arzu Həbibova: “Hörmətli cənab Prezident, bir hərbiçi anası olaraq Sizə öz dərin minnətdarlığımı bildirirəm. Siz öz işinizi layiqincə yerinə yetirir və bizləri bu qələbə xəbərləri ilə sevindirirsiniz. Mənim oğlum hazırda ön cəbhədə öz vəzifəsini yerinə yetirir. Mən bununla fəxr edirəm ki, oğlum belə şücaətli bir Orduda öz torpaqlarımızı mənfur düşməndən azad etmək üçün vuruşur. Səngərdə olan bütün əsgər və zabitlərimizə bu çətin yolda uğur arzu edirəm. Rəbbimiz hər birini qorusun. Allahın nəzəri üzərlərində olsun. Biz Sizinlə fəxr edirik Azərbaycan əsgəri. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Gəncə şəhərindən Turanə Allahverdiyeva: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mən əslən Füzuli rayonundanam. Dədə-baba torpaqlarımız işğaldan azad edildikdən bəri sevincimizin həddi-hüdudu yoxdur. İnşallah, tez bir zamanda tam qələbə çalarıq və işğal altında olan bütün ərazilərimiz yenidən bizim olar. Ümid yalnız Sizədir, Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusu! Allah Sizi və bütün hərbçilərimizi qorusun. Qarabağ Azərbaycandır!”.

Şəkidən Tərlan Abdullayev yazır: “Cənab Prezident, Vətənini, millətini canı, qanı bahasına qoruyan əsgərlərimizə Ulu Tanrı yar olsun. Torpaqlarımızın mənfur düşmənlərdən azad edilməsi uğrunda canından keçən şəhidlərimizə də Allah rəhmət eləsin. Mən də bir Azərbaycan gənci kimi hər zaman Vətən uğrunda döyüşə hazıram. Tanrı Sizi qorusun”.

Neftçaladan Şəhla Abdullayeva: “Müzəffər Ali Baş Komandan, artıq hər gün Sizin cəbhədəki uğurlarla bağlı xəbərlərinizi eşitməyə alışmışıq. Xalq olaraq Sizin arxanızdayıq və Sizə güvənirik. İnanırıq ki, tezliklə bütün torpaqlarımız işğaldan azad ediləcək, düşmən tapdağı altında bir qarış belə torpağımız qalmayacaq. Müzəffər Ali Baş Komandanımız, bu gün mən fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi dövlət başçımız vardır. Qarabağ Azərbaycandır!”.

Şamaxıdan Famil Umudov: “Hörmətli Prezident, mən Umudov Famil Təvəkkül oğlu Şamaxı rayonunun Çarhan kəndində yaşayıram. Allah Sizi qorusun. Sizin sayənizdə Azərbaycan günü-gündən inkişaf edir. Bildiyimiz kimi, Azərbaycan müharibə dövrünü mətinliklə yaşayır, əsgərlərimiz hər gün irəliləyir. Bunlara görə əsgərlərimizə borclu olduğumuz qədər Sizə də borcluyuq. Sizin uzaqgörənliyiniz və uğurlu siyasətiniz sayəsində Azərbaycan dövləti hər zaman zəfər çalacaq. İnşallah, bayrağımız tezliklə Qarabağda, Şuşada dalğalanacaq və bir daha enməyəcək. Şamaxı şəhəri də bu müharibə dövründə Sizin və Azərbaycan Ordusunun yanındadır. Şamaxıdan hərbi xidmətə gedən çağırışçılarla yanaşı, xeyli sayda könüllü ordu sıralarına qatılıb. Cənab Prezident, bu Sizin düzgün siyasətinizin, çıxışlarınızın, güclü təşkilatçılığınızın nəticəsidir. Çünki biz Sizə güvənirik və Sizinlə fəxr edirik. Allah tezliklə bizə qələbə sevincini yaşatsın. Mən və həmkəndlilərim Sizə dərin təşəkkürümüzü bildiririk. Ötən il baş vermiş zəlzələ zamanı Sizin göstərdiyiniz qayğı və diqqəti heç vaxt unutmarıq. Şamaxıda ziyan dəymiş evlər bərpa edilib və ya yenidən tikilərək insanlara verilib. Hörmətli Prezident, son illərdə ölkəmizin əldə etdiyi uğurlar, sabit inkişaf Sizin adınızla bağlıdır. Bu, ulu öndər Heydər Əliyevin işlərinin davamıdır. İnanıram ki, Ordumuz qələbə çalacaq. Var olsun Prezidentimiz, Ali Baş Komandanımız ki, Azərbaycan tarixini zəfərlə yazır. Eşq olsun Prezidentimizə!”.

Lənkərandan Mədinə Kəlbiyeva yazır: “Hörmətli sərkərdəmiz, mən 5-ci sinifdə oxuyuram. Həmişə Sizin çıxışlarınızı televiziyadan izləyirəm və Sizi alqışlayıram. İşğal altında olan 4 rayonumuzu və 200-dən çox kəndimizi azad edərək özümüzə qaytardığınız üçün Sizə təşəkkür edirəm. Bu müharibə bizim haqq səsimizdir. Mənim atam da hazırda ön cəbhədə həkim-cərrah kimi çalışır. Mən hər gün Siz, atam və əsgərlərimiz üçün dualar edirəm. Allah Sizi də, atamı da, bütün əsgər və zabitlərimizi də qorusun! Tezliklə bütün Qarabağımız qaytarmaq ümidi ilə... Sizi çox sevirəm. Qarabağ Azərbaycandır!”.

 
  • Oxunub:  2040  |  
  • Tarix:  07-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA