Ana səhifə »  Siyasət »  Milli Məclisin növbəti iclası keçirilib
A+   Yenilə  A-
Milli Məclisin növbəti iclası keçirilib

Sahibə Qafarova: Azərbaycan Ordusu özünün möhtəşəm qələbələri ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazır

Noyabrın 6-da Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun və xalqımızın Qarabağ uğrunda qurtuluş savaşı həlledici mərhələyə daxil olub. Erməni vandalizminin dəhşətlərini yaşamış torpaqlarımızın böyük bir hissəsi uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilib. Bu gün Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində, 3 qəsəbədə, 200-dən çox kənddə yenidən Azərbaycan bayrağı dalğalanır.

Spiker qeyd edib ki, Azərbaycan Ordusu özünün möhtəşəm qələbələri ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazır. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapır. Hərbi əməliyyatların aparıldığı 1 ay 10 günlük müddət göstərir ki, Azərbaycan Ordusu mümkün olmayanı etməyə qadirdir. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılıb, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilir, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilir.

Sahibə Qafarova xalqımızın haqq işinə göstərilən beynəlxalq dəstəyin artdığını, qədim Qarabağ torpağında xeyirlə şərin qarşı-qarşıya gəldiyini getdikcə daha çox insanın dərindən anladığını vurğulayıb. Qeyd edib ki, tarixin yanlış tərəfində yer tutan erməni şovinizmi öz havadarları ilə birlikdə bir əsrdən artıq dövrdə xalqımıza qarşı apardığı informasiya müharibəsində sarsıdıcı zərbələr alır. Azərbaycan Prezidenti İlham Əliyevin, demək olar, hər gün xarici ölkələrin mötəbər kütləvi informasiya vasitələrinə müsahibələr verməsi, bölgədə cərəyan edən hadisələr, dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyi barəsində məlumatları dünya ictimaiyyətinə çatdırması, erməni faşizminin insana zidd mahiyyətini ifşa etməsi bu baxımdan müstəsna və həlledici rol oynayır.

Spiker Azərbaycanın haqq işi uğrunda mübarizə aparan, bütün vasitələrdən istifadə edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyini söyləyən möhtərəm Prezidentimizin yorulmaz və məqsədyönlü fəaliyyətinin hər kəsə, o cümlədən deputatlara nümunə olduğunu xüsusilə vurğulayıb. O əmin olduğunu bildirib ki, Azərbaycan Ordusunun zəfər yürüşünün uğurla başa çatacağı gün uzaqda deyil. Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi və tacı olan Şuşada, Laçında, Xankəndidə, digər şəhər və kəndlərimizdə yüksələcəkdir. Spiker fikirlərini “Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!” şüarları ilə yekunlaşdırıb.

Sonra Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib və bildirib ki, gündəliyə 7 məsələ daxil edilib. Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələlər barədə fikirlərini açıqlayıblar.

Komitə sədrləri Zahid Oruc, Bəxtiyar Əliyev, deputatlar Azər Badamov, Əli Məsimli, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Fazil Mustafa öz çıxışlarında Azərbaycan cəmiyyətinin səfərbər olmasının, torpaqlarımızın işğaldan azad edilməsinin ölkəmizə qürur yaşatdığını bildirib, artıq informasiya müharibəsində də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öndə olduğumuzu iftixar hissi ilə qeyd ediblər.

Sonra gündəliyə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

Əvvəlcə parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı sənədi üçüncü oxunuşda təqdim edib. Komitə sədri qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsinin təklif olunduğunu deyib. Qeyd olunub ki, bu dəyişiklik nəticəsində ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq. Komitə sədri vurğulayıb ki, sənədin Milli Məclisdə ikinci oxunuşu zamanı millət vəkilləri Rauf Əliyev, İltizam Yusifov, Etibar Əliyev, Sabir Rüstəmxanlı, Aqiyə Naxçıvanlı tərəfindən qanun layihəsi ilə bağlı fikirlər səsləndirilib. Millət vəkillərinin ifadə etdiyi məqamlar sənəddə nəzərə alınıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Bəxtiyar Əliyev “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edərək bildirib ki, sənəd “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Komitə sədri sənədin Milli Məclisdə ikinci oxunuşundan ötən zaman ərzində komitəyə heç bir təklif və ya iradın daxil olmadığını bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda parlamentin müzakirəsinə təqdim edib. Bildirilib ki, layihə “Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1438-VQD nömrəli qanununun icrası məqsədilə hazırlanıb. Belə ki, Mülki Məcəlləyə əsasən, girov və ipoteka eyni hüquqi yükə malik olmaqla, hər ikisi əşya hüquqlarının məhdudlaşdırılmasının formalarıdır. Komitə sədri bildirdi ki, qanun layihəsinin oktyabrın 27-də Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı bəzi ifadələrin dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb. Millət vəkilinin səsləndirdiyi təklif mövcud variantdakı terminlərlə eynilik təşkil etdiyinə görə nəzərə alınmayıb. Deputat Rauf Əliyev qanun layihəsi ilə bağlı təkliflərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və Ailə Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, ikinci oxunuşda təqdim olunan layihə “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Sənədə əsasən, Əmək Məcəlləsinə işçinin hüquqları və işəgötürənin vəzifələri sırasına işçilərin icbari tibbi sığortası ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulub. Dəyişikliyə görə, əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar əks olunmalıdır. Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə isə bildirilir ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin maliyyələşdirilməsi “Tibbi sığorta haqqında” qanunun tələblərinə uyğunlaşdırılır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd də ikinci oxunuşda müzakirə edilib. Bununla bağlı məlumat verən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsinin “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlandığını diqqətə çatdırıb. Bildirilib ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Tibbi sığortanın tətbiqi isə tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsinin qaydasını da dəyişmiş olur. Ziyafət Əsgərov sənədin Milli Məclisdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun təqdimatı ilə birinci oxunuşu zamanı və sonrakı müddətdə qanun layihəsi ilə bağlı heç bir təklif və iradın qeydə alınmadığını vurğulayıb. Müzakirələr zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Vüqar Bayramov və Aqil Abbas sənədlə bağlı fikirlərini açıqlayıblar. Komitə sədrləri Əhliman Əmiraslanov və Ziyafət Əsgərov qanun layihəsində millət vəkillərini maraqlandıran məqamlara aydınlıq gətiriblər.

Qanun layihəsi səsvermə yolu ilə ikinci oxunuşda təsdiqlənib.

“Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı sənədi Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ikinci oxunuşda Milli Məclisin müzakirəsinə təqdim edib. Diqqətə çatdırılıb ki, “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə maliyyə xidmətləri bazarında, o cümlədən sığorta bazarında tənzimləmə və nəzarət səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib. Buna uyğun olaraq, “Tibbi sığorta haqqında” qanunun 7.2-ci maddəsinə müvafiq dəyişiklik edilib. Dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğun olaraq aparılıb. Komitə sədri bildirib ki, deputatlar tərəfindən sənədlə bağlı heç bir təklif və sual qeydə alınmayıb. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra iclasda “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Sənədlə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, qanun layihəsinin əsas məqsədi dövlət qulluqçularının fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensial imkanlarının aşkara çıxarılması, inkişafı və səmərəli istifadəsidir. Layihədə əsas istiqamət dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi qaydalarını təkmilləşdirməkdir. Qiymətləndirmə müvafiq icra hakimiyyəti - Nazirlər Kabineti tərəfindən aparılacaq. Deputat bildirib ki, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək. Yekun qiymətin 50 faizi tapşırıqların icra vəziyyətinə, 40 faizi meyarlar əsasında, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanacaq.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri qiymətləndirmə barədə sənədlə rəsmiləşdiriləcək. Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçiriləcək. Müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunacaq. Kamal Cəfərov bildirib ki, dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə görə, onun barəsində mükafatlandırılma, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və xüsusi təlimlərə cəlb edilməsi, bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi, aşağı inzibati vəzifəyə keçirilməsi kimi tədbirlərdən biri görülə bilər. Vurğulanıb ki, dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malik ola biləcək. Sənədlə bağlı komitə sədrləri Siyavuş Novruzov, Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, millət vəkilləri Fazil Mustafa, Elşad Mirbəşiroğlu, Etibar Əliyev, Erkin Qədirli fikirlərini bildiriblər.

Qanun layihəsi səsvermə yolu ilə birinci oxunuşda qəbul edilib.

İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova qarşıdan 9 Noyabr - Dövlət Bayrağı Günü, 12 Noyabr - Konstitusiya Günü, 17 noyabr - Milli Dirçəliş Günü kimi gözəl bayramların gəldiyini deyib. Spiker bu münasibətlə millət vəkillərini təbrik edib, xalqımıza xoş arzularını çatdırıb.

Nardar BAYRAMLI

 
  • Oxunub:  1980  |  
  • Tarix:  07-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq

22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb
22 Yanvar 13:49
Keçən il əsas kapitala yönəldilmiş vəsaitin 195,2 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib
22 Yanvar 13:47
Sentyabrın 15-dən bu günədək 14 mindən çox şagird COVID-19-a yoluxub
22 Yanvar 13:38
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib
22 Yanvar 13:35
Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
22 Yanvar 13:07
“Bu sənəd energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir”
22 Yanvar 13:02
Teledərslər tədris ilinin sonunadək davam edəcək
22 Yanvar 13:00
Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək
22 Yanvar 12:52
Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq
22 Yanvar 12:45
Təhsil naziri: Dərslər həftədə 3 dəfə olacaq
22 Yanvar 12:39
İbtidai siniflər növbəli şəkildə dərsə başlayır
22 Yanvar 12:36
“Dostluq” yatağı üzrə memorandumun imzalanması tarixi hadisədir
22 Yanvar 12:18
Miqrasiya Könüllüləri qanvermə aksiyasında iştirak ediblər
22 Yanvar 12:16
Naqif Həmzəyev: Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir
22 Yanvar 12:11
Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi əyani formada təşkil olunacaq
22 Yanvar 11:54
Nazir: Ötən il “ƏDVGeriAl” çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb
22 Yanvar 11:38
Şuşada yeni yarımstansiya tikilir
22 Yanvar 11:35
Balakəndə iki gündə 174 tibb işçisi peyvənd olunub
22 Yanvar 11:33
Azərbaycan əhalisinin sayı 10 milyon 123 min 400 nəfərə çatıb
22 Yanvar 11:31
Dövlət Xidməti: Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir
22 Yanvar 10:50
Fevralda müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə başlanılacaq
22 Yanvar 10:48
DİN: Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi geri qaytarılıb
22 Yanvar 10:28
Yevlaxda əhalinin COVID-19-a qarşı peyvənd olunmasına başlanılıb
22 Yanvar 10:22
Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsini öyrənir
22 Yanvar 09:37
“Döyüş günləri mənim həyatımın ən mühüm hissəsinə çevrildi desəm, yanılmaram”
22 Yanvar 09:33
Əli Kərimlinin antimilli şurası
22 Yanvar 09:31
“Microsoft” şirkəti Azərbaycanın “Virtual məktəb” təcrübəsini yüksək dəyərləndirib
22 Yanvar 09:30
Anar Məmmədov: Kommunikasiyaların bərpası region dövlətlərinin maraqlarına cavab verir
22 Yanvar 09:29
YAP Ağdaş rayon təşkilatı şəhidlərin, itkin düşən hərbçilərin ailələri ilə və qazilərlə görüşləri davam etdirir
22 Yanvar 09:27
YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib
22 Yanvar 09:25
Fəzail Ağamalı: Kommunikasiyaların bərpası Azərbaycanın milli maraqlarına uyğundur
22 Yanvar 09:23
Fazil Mustafa: 10 noyabr Bəyanatının ruhuna zidd hər hansı bir davranış Ermənistan üçün fəlakətlə nəticələnə bilər
22 Yanvar 09:21
Əsli Kazımova: Moskva səfəri Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsidir
22 Yanvar 09:20
Qulamhüseyn Əlibəyli: Dövlət başçısının Şuşaya səfəri cəmiyyətdə böyük inam və qürur hissi ilə qarşılanıb

22 Yanvar 09:19
“Beşinci kolon” erməni lobbisinin ruporu rolunda...

22 Yanvar 09:17
Ermənistanda siyasi böhran dərinləşir
22 Yanvar 09:11
Koronavirusa yoluxanlar sonrakı mərhələlərdə vaksinasiyaya cəlb olunacaqlar
22 Yanvar 09:08
Gənclərin azərbaycançılıq ideologiyası əsasında və vətənpərvərlik ruhunda yetişdirilməsində milli filmlərin də böyük rolu var
21 Yanvar 23:24
Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib
21 Yanvar 23:15
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanın Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
21 Yanvar 20:16
Bakı Şəhər Prokurorluğunda ötən il görülmüş işlərin vəziyyətinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
21 Yanvar 20:02
Bu dəfə Azərbaycan xalqı 20 Yanvar hadisələrinin ildönümünü tamam başqa əhval-ruhiyyədə qeyd etdi
21 Yanvar 19:59
Siyasi ekspert: Ermənilərin ən böyük problemi öz uydurduqları yalanlara özlərinin inanmalarıdır
21 Yanvar 18:46
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb
21 Yanvar 18:26
Azərbaycan ilə İordaniya arasında ailə, qadın və uşaq məsələləri sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb
21 Yanvar 18:24
Şəmkirdə COVID-19 pandemiyasına qarşı vaksinasiyaya start verilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə0 -2