Ana səhifə »  Siyasət »  Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası bu faciəni dünyada XX əsrin ən qanlı soyqırımlarından biri kimi tanıdıb
A+   Yenilə  A-
Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası bu faciəni dünyada XX əsrin ən qanlı soyqırımlarından biri kimi tanıdıb
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında “qan çanağı”na çeviriblər.
Ermənilərin “böyük Ermənistan” yaratmaq kimi iddialı ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının həyata keçirilməsi ilə nəticələnib. Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlanıb. Lakin özlərinin uydurma ideyalarının qurbanı olan ermənilər bu gün dünya birliyinin qınaq mənbəyinə, ən əsası isə bir tikə çörəyin əsirinə çevriliblər.
Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir niyyətə əsaslanır: nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləmək. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçir. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilmiş dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar olub. Onlar həmin vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırıblar.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılıb, təhrif edilmiş hadisələr əsl qiymətini alıb. ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıblar.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu davam etdirir. Məhz Fondun gərgin əməyi nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Mərasimlərin hər il keçirildiyi şəhərlərin sırasına bu il Oslonun da adı əlavə edilib.
Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən İslam Konfransı Təşkilatının (İKT) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində davam edir.
2008-ci il mayın 8-dən İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən, fəaliyyətinə 2009-cu ilin fevralında start verilən və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Kampaniyanın beynəlxalq əlaqələdirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Beynəlxalq kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur. Kampaniya və buna oxşar təşəbbüslər dünyadakı ədalətsizliyi aradan qaldırmaqla, bəşəriyyətə sülh, əmin-amanlıq gətirir. “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi olub.
Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənib.
Bu il yanvarın 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İKGF ilə İKT Pİ arasında əməkdaşlıq haqqında” qətnamə imzalanıb. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilib. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “İnsanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.
Uqandada keçirilən tədbirdə iştirak edən dövlətlərin nümayəndələri qətnamənin qəbul edilməsinə yekdilliklə səs veriblər. Sənədin qəbul olunmasında İKT ölkələri parlamentlərinin 10-dan çox sədri və təqribən 100 deputat, mötəbər qurumların nümayəndələri iştirak ediblər.
Nəzərə alsaq ki, İKT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin demək olar, dörddəbirini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, həmin qətnamədə Xocalı qətliamının beynəlxalq hüququn normalarına əsasən insanlığa qarşı cinayət adlandırılması Xocalı soyqırımının dünya səviyyəsində tanınmasında, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsində keyfiyyətcə yeni bir mərhələ açacaq. Sənəd Ermənistana da çatdırılacaq. çünki, Kampalada keçirilən sessiyada beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən, Ermənistanın da üzv olduğu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin nümayəndələri iştirak ediblər.
Qətnamənin digər bir bəndində “Xocalıya ədalət” kampaniyasına tam dəstək verilib.
Bu, Leyla xanım Əliyevanın təşəbbüsü ilə artıq bir ildir ki, fəaliyyət göstərən “Xocalıya ədalət” kampaniyasının növbəti ciddi uğurudur.
Birinci uğuru kampaniya başlanandan az sonra İKT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunmasıdır. Keçən ilin iyulunda isə İKT Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilib.
Bundan əlavə, ötən ilin dekabrında BMT çərçivəsində keçirilən konfransda Xocalı soyqırımı Ruanda, Srebrenitsa, Xolokost kimi dünya tərəfindən tanınmış soyqırımları ilə yanaşı, İnsan Haqları Günündə yada salınıb və bununla əlaqədar BMT-də konfrans keçirilib.
Xalqımız 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilib.
“Xocalıya ədalət” kampaniyasının səyi ilə Xocalı qətliamının adı İsveçdə yaradılıb və virtual aləmdə geniş vüsət almış mükəmməl “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib. Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülənlərin siyahısı yerləşdirilib, faciə saytın istifadəçilərinə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilib (http://war-memorial.net/Victims-of-the-Khojali-Massacre-1.224).
Xatırladaq ki, “Beynəlxalq Müharibə Qurbanları Memorialı” layihəsi II Dünya müharibəsindən sonra dünyada baş vermiş müharibələr, soyqırımları və qətliamların qurbanları olmuş adamların siyahısını verir, şəkillər və faktlarla birlikdə hadisələrin xülasəsini əks etdirir. XX əsrin ikinci yarısından bu günədək soyqırımı və qətliamlarda həlak olmuş insanların siyahıyaalma prosesində insan hüquqları ilə məşğul olan institutlar, alimlər, beynəlxalq və qeyri-hökumət təşkilatları, tədqiqatçılar iştirak edirlər.
Beləliklə, görürük ki, Leyla Əliyevanın qətliama obyektiv qiymət verilməsi təşəbbüsləri dünyanın sülhpərvər qüvvələri, demokratik ölkələri tərəfindən birmənalı dəstəklənib.
Azərbaycanın haqlı mövqeyinin dünya dövlətləri tərəfindən dəstəklənməsi bədnam qonşularımızı yaman qıcıqlandırır.
Ermənistan hökuməti ölkə ərazisində yerli istifadəçilərə “Xocalıya ədalət” kampaniyasının rəsmi saytına (www.justiceforkhojaly.org) girişi qadağan edib. Yerevandan olan gənc internet istifadəçilərindən biri kampaniyanın Facebook səhifəsində (http://www.facebook.com/pages/Khojaly-town/Justice-for-Khojaly-Campaign/101823787520?ref=mf) yazır: “Mənim yüksək keyfiyyətli internetim var, lakin sayta girəndə “qadağandır” sözü yazılır. Mən müxtəlif yerlərdən sayta girməyə cəhd etsəm də, eyni nəticə ilə üzləşirəm”.
Ermənistan əhalisinin, xüsusilə, gənclərin internet saytlara daxil olmaqda üzləşdikləri problem bu ölkədə informasiya azadlığının və insan hüquqlarına dair beynəlxalq öhdəliklərin Ermənistan hakimiyyəti tərəfindən kobud şəkildə pozulmasının sübutudur.
“Xocaliya ədalət” kampaniyasının Facebook səhifəsinin administratoru Elməddin Mehdiyev bildirib ki, həqiqətən Ermənistanda www.justiceforkhojaly.org saytına girişə qadağa qoyulub. Hətta, Ermənistanın internet məkanında sayta bizim tərəfdən qadağa qoyulduğu haqda şayiə yayılıb. Bunun Ermənistan hakimiyyətinin növbəti yalanı olduğunu aşağıdakı faktlar sübut edir:
- Məlum olduğu kimi, sayt kampaniyanın ABŞ-dakı fəalları tərəfindən yaradılıb və bu ilin fevralından dünyanın 101 ölkəsindən 15 min nəfər saytın materialları ilə tanış olub.
- Sayta girişə Azərbaycan ərazisindən məhdudiyyət qoyulması texniki baxımdan qeyri-mümkündür.
- Bundan başqa, erməni təbliğatçıları kampaniyanın məqsədlərindən birinin Xocalı faciəsi haqqında düzgün məlumatın məhz, Ermənistan ictimaiyyətinə çatdırılması olduğunu nəzərə almayıblar. çünki yaradıcılar tərəfindən sayta Ermənistanda girişə qadağa qoyulması məntiqə uyğun deyildir.
Bu faktlara və İKT üzrə mütəxəssislərin rəylərinə əsaslanıb əminliklə demək olar ki, Xocalı qırğınını törədən və indiki Ermənistan hakimiyyətində təmsil olunanlar bu faciə barədə düzgün məlumatın Ermənistanda yayılmasının qarşısını almaq üçün ölkədə sayta girişə qadağa qoyublar.
Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır. Artıq bir sıra dövlətlər 1992-ci ilin 25-26 fevralında soydaşlarımıza qarşı törədilmiş etnik təmizləmə cinayətinin əsl mahiyyətini anlayır, qətliama siyasi qiymət verilməsinin bəşəri borc olduğunu başa düşürlər.
Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir.
Dünyanın bir çox nöqtələrində insanlığa qarşı baş verən və həyata keçirilən cinayətlərlə bağlı İKT tərəfindən bir neçə proqram reallaşdırılır. Lakin təhlillər göstərir ki, ən böyük haqsızlıq Xocalı soyqırımı ilə bağlıdır, çünki dünya bu hadisələrin arxasında hansı səbəblərin durduğunu və Dağlıq Qarabağ münaqişəsinin təkanverici qüvvəsinin nə olduğu barədə həqiqətlərin heç on faizini də bilmir. Buna görə də, Leyla Əliyevanın təşəbbüsü təqdir olunmalı və alqışlanmalıdır.
“Xocalıya ədalət” beynəlxalq kampaniyası hansısa xalqa qarşı yönəlməyib. Xocalıya ədalət - Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və erməni xalqının yoluxucu “böyük Ermənistan” şovinizm ideologiyasından azad edilməsidir, Xocalıya ədalət - həlak olan insanların xatirəsinə münasibətdə ədalətdir.
Xocalıda azərbaycanlıların soyqırımına qarşı etirazını bildirən ilk rusiyalılardan biri, yazıçı, “Qarabağın qanlı girdabı” kitabının müəllifi Yuri Pompeyev 1992-ci il fevralın 26-da olmuş hadisələr barədə öz təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, 1990-ci ilin Qara Yanvarından sonra Azərbaycana qarşı növbəti qanlı aksiyanın hazırlandığı məlum idi. O, sovet ordusunun 366-cı motoatıcı alayının Qarabağdan çıxarılması çağırışı ilə Rusiya rəhbərliyinə teleqram göndərməklə buna mane olmağa çalışmışdı. “Təəssüf ki, bunu etmək mümkün olmadı”, - deyə üzr istəyən yazıçı bildirib.
26 fevral yalnız Azərbaycanda deyil, digər müsəlman ölkələrində də humanitar fəlakət qurbanlarının xatirəsinin anma günü kimi tarixə düşüb. Bu isə faciənin soyqırımı kimi tanıdılmasına yönəldilmiş addımların nəticəsiz qalmadığını sübut edir.
Tarix unudulmaq üçün yazılmır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsidir. Bu səhifəyə yazılmış cinayətlər xalqımızın qan yaddaşına həkk olunub. Erməni terroru, qətliamı qurbanlarının ruhu bizi qisasa səsləyir.
İnanırıq ki, Xocalı soyqırımını törədənlər öz layiqli cəzalarını alacaq və şəhidlərimizin ruhu dinclik tapacaq. Bu, gec-tez baş verəcək. çünki, Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibidir, gündən-günə güclənir və qüdrətlənir. Gücümüz və qüdrətimiz, dövlət başçımızın qətiyyəti sayəsində Azərbaycan xalqının haqq işi qalib gələcək.
AzərTAc

 
  • Oxunub:  16440  |  
  • Tarix:  27-02-2010  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:49
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA