Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident Kitabxanasının "XX əsrin faciəsi - Xocalı soyqırımı" tammətnli elektron nəşri yenilənib

Prezident Kitabxanasının "XX əsrin faciəsi - Xocalı soyqırımı" tammətnli elektron nəşri yenilənib

24.02.2010 [09:31]

Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında 2007-ci ildə Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “XX əsrin faciəsi - Xocalı soyqırımı” adlı tammətnli elektron nəşr yeni materiallar hesabına əsaslı surətdə yenilənib.
Prezident Kitabxanasından verilən məlumatda bildirilir ki, elektron nəşrə daxil olan materiallar 6 bölmədə qruplaşdırılıb. “Xocalı soyqırımı” adlanan bölmədə Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası haqqında istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri, Xocalı şəhidlərinin ümumi siyahısı və s. materiallar toplanıb. “Rəsmi materiallar” bölməsində Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət səviyyəsində atılan addımlar, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara müraciətlər, Xocalı faciəsinin beynəlxalq hüquq normaları baxımından soyqırımı kimi tövsif edilməsi haqqında rəsmi sənədlər yer alıb. “Xocalı soyqırımının əks-sədası” bölməsində isə  bugünədək Xocalı soyqırımı ilə bağlı yerli və xarici mətbuatda dərc olunan, elektron kütləvi informasiya vasitələrində əksini tapan seçmə materiallar yerləşdirilib. Bu bölmədə, həmçinin, Heydər Əliyev Fondunun Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər, müxtəlf dillərdə çap etdirdiyi nəşrlər haqqında məlumatlar toplanıb. İslam Konfransı  Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından etibarən “Xocalıya ədalət” devizi altında beynəlxalq kampaniya çərçivəsində həyata keçirilən tədbirlər haqqında materiallar xronoloji ardıcıllıqla toplanaraq ayrıca bölmə şəklində istifadəçilərin diqqətinə çatdırılır.
“Elektron kitablar” bölməsində isə xalqımızın qan yaddaşına çevrilmiş bu faciədən bəhs edən seçilmiş kitabların elektron versiyaları toplanıb.
“Xocalı soyqırımı saytlarda” bölməsində istifadəçilər mövzu ilə bağlı faydalı saytlara yönəldilir.

Paylaş:
Baxılıb: 927 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31