Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının üzvləri Heydər Əliyev Fondunda olublar

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının üzvləri Heydər Əliyev Fondunda olublar

12.02.2010 [09:36]

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Qadınlar Şurasının üzvləri dünən Heydər Əliyev Fondunda olublar.     Qonaqlar Ulu öndərin ömür yolu və fəaliyyəti ilə bir daha yaxından tanış olublar. Onlara ümummilli liderimizin arxivindən götürülmüş və Onun fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verilib.
Ulu öndər Azərbaycan qadınının ölkəmizin ictimai, siyasi, mədəni və digər sahələrindəki rolunu həmişə yüksək qiymətləndirib. Onun ölkəmizdə dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında imzaladığı tarixi fərmanlar və digər mühüm sənədlər qadınların cəmiyyətimizdə aparıcı qüvvələrdən birinə çevrilməsinə səbəb olub. ümummilli liderin 1999-cu ilin martında Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan təntənəli gecədə dediyi “Azərbaycan qadını, ölkəmizdə qadınların cəmiyyətdə yeri və mövqeyi bir çox başqa ölkələrdəkindən çox-çox üstündür”, - sözləri Azərbaycan qadınına olan hörmət və rəğbətinin bariz nümunəsidir. Qadınlar Şurasının üzvləri dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən, dünyanın tanınmış siyasi xadimlərinin Ona bəxş etdikləri hədiyyələrə, Ulu öndərimiz haqqında kitablara, Onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə maraqla baxıblar. Bildirilib ki, Fond müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin elmi-nəzəri, siyasi irsinin öyrənilməsi, təbliği, görkəmli dövlət xadiminin ideyalarının həyata keçirilməsinə dəstək verilməsi məqsədi ilə yaradılıb.
Ziyarətçilər Fondla tanışlıqdan zəngin təəssüratlarla ayrılıblar.

Paylaş:
Baxılıb: 884 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30