Ana səhifə »  Siyasət »  Cümhuriyyətin yadigarı - AZƏRTAC-ın 100 yaşına
A+   Yenilə  A-
Cümhuriyyətin yadigarı - AZƏRTAC-ın 100 yaşına

Bu il martın 1-də AZƏRTAC-ın (Azərbaycan Dövlət İnformasiya Agentliyi) 100 yaşı tamam oldu. Düz bir əsr əvvəl - 1920-ci ilin bu tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış quruma tarixçi-alim, Azərbaycanın mədəniyyət xadimi Qubad Qasımov (1921-1928), sonrakı illərdə Mixail Sinitsin (1928-1930), Vasili Xaldeyev (1937-1938), Yefim Qurviç (1942-1958), Xasay Vəzirov (1958-1962), Rafiq Zeynalov (1986-1988), Azad Şərifov (1988-1992), Fikrət Sadıqov (1992), Vaqif Rüstəmov (1992-1994), Şamil Şahməmmədov (1996-2002) kimi tanınmış ziyalılar, görkəmli elm və qələm adamları rəhbərlik etdilər. 2002-ci ildən AZƏRTAC-ın rəhbəri tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovdur.
İctimai-siyasi dəyişikliklər, taleyüklü tarixi hadisələrlə dolu 100 il ərzində neçə-neçə jurnalist nəsli yetişdirmiş AZƏRTAC Azərbaycanda səlis mətbuat dilinin, jurnalistika məktəbinin təməlini qoydu, son 18 ildə isə yüksək peşəkarlığa, operativliyə dayaqlanan məhsuldar fəaliyyəti ilə daha böyük və fərqli uğurlara imza atdı, müasir dövrün tələblərinə uyğun yenilənmək bacarığı ilə ölkə sərhədlərini aşaraq beynəlxalq informasiya məkanının aparıcı üzvünə, nüfuzlu xəbər agentliyinə çevrildi.
Yaşadığımız əsri çoxları “informasiya əsri” adlandırır. Həqiqətən də, çağdaş dünya bu gün siyasi-ictimai, sosial-mədəni inkişafdan tutmuş ən xırda məişət problemlərinə qədər, sanki informasiya təzyiqi altında hərəkət etməyə məhkum olunub. Bu təzyiqin ictimai şüura təsirini şərtləndirən müsbət və mənfi tərəfləri var ki, bu da birbaşa informasiya məhsulunu istehsal edən xəbər agentliklərinin, teleradio şirkətlərinin, mətbuat orqanlarının peşəkarlığı, hadisələrə, məsələlərə yanaşma tərzi və təqdimat mədəniyyəti ilə bağlıdır. “İnformasiya müharibəsi” həddinə çatdırılmış bütün bu xəbər qarşıdurmasında doğrunu saxtadan seçib-ayırmaq, nəyin həqiqət, nəyin yalan, yaxud təhrif olduğunu müəyyən etmək müasir insan üçün müşkül məsələyə çevrilib. Yeganə çıxış yolu illərin axarıyla sınanmış etibarlı mənbələrə üz tutmaq, həqiqi olanı onlarda arayıb-axtarmaqdır. Dürüstlüyü və dəqiqliyi ilə tarixin sınaqlarından keçmiş AZƏRTAC sağlam mövqeyi, operativliyi və qərəzsizliyi ilə milyonların etimadını qazanmış həmin etibarlı mənbələrdən biri və ən sınanmışıdır.
AZƏRTAC-a olan bu inam sözsüz ki, onun yaradıcısı Azərbaycan Xalq Cümhuriyyətinə inamdan və etibardan qaynaqlanır. Bu etibarın digər səbəbi qurumun yarandığı gündən ənənələşmiş sağlam iş prinsipini, cəmiyyətin ayarlanması və saflaşdırılmasına yönələn müqəddəs amalını qoruyub saxlamasıdır.
AZƏRTAC ictimai-siyasi, tarixi hadisələr dolu bir əsrlik keşməkeşli yol keçib. Bu yolun çox ağır, mürəkkəb, ziddiyyətli dövrləri də olub, işıqlı dönəmləri də. Lakin bütün məhdudiyyətlərə və məhrumiyyətlərə baxmayaraq, o, zamanın sınaqlarından şərəflə, üzüağ çıxıb, sovet ideologiyasının ən sərt təzyiqi altında da, müdhiş repressiya illərində də xalqına, Vətəninə bağlılığını, sevgisini itirməyib, milli mənəvi dəyərləri hər zaman ucada tutub və qorumağa çalışıb. Bu dönəmlərdə nələr olmayıb? Cümhuriyyətin qısa sürən hakimiyyətinin süqutu, sovet sosialist üsul-idarəsinin ideoloji basqıları, qadağalar, repressiyalar, Böyük Vətən müharibəsi, daha sonra iqtisadi inkişaf, milli mədəniyyətimizin intibahı... Bütün bu hadisələrin dolğun mənzərəsini tarixin yaddaşına köçürüb, gələcək nəsillərə ötürmək missiyası AZƏRTAC-ın üzərinə düşüb.
Bu gün isə AZƏRTAC-ı sürətli inkişaf yolu ilə irəliləyən və dünyanın ən qabaqcıl ölkələri sırasında layiqli yerini tutan müstəqil Azərbaycanımızın salnaməçisi adlandırmaq olar. Yüz əllidən çox informasiya agentliyi ilə sıx əməkdaşlıq əsasında fəaliyyət göstərən qurumu “Azərbaycandan dünyaya açılan körpü” də adlandıra bilərik.
AZƏRTAC-ın tərəf müqabilləri sırasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform (Ukrayna), BELTA (Belarus), Kazinform (Qazaxıstan), həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Associated Press, Reuters, Press Association, DPA kimi nüfuzlu xəbər agentliklərinin yer alması onun fəaliyyət dairəsinin miqyasından, informasiya dövriyyəsi arealının əhatəliliyindən xəbər verir. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Müstəqil Dövlətlər Birliyi Milli Xəbər Agentlikləri Rəhbərləri Şurası (İnformşura) kimi beynəlxalq informasiya təşkilatlarının üzvü, Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) və Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılan “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının həmtəsisçisi olması, 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına rəhbərlik etməsi isə AZƏRTAC-ın beynəlxalq informasiya məkanında tutduğu mövqeyi və qazandığı nüfuzu sərgiləyir.
İlk baxışda quru rəqəmlərə və faktlara əsaslanan bu statistikanın arxasında hansı titanik əməyin, gərgin kollektiv fəaliyyətin dayandığı, 21 ölkədə fəaliyyət göstərən müxbir məntəqələrinin operativ xəbər ötürücülüyü mexanizmi barədə düşünəndə, söhbətin hansı miqyasdan getdiyini anlamış oluruq.
Bu gün əqidəsizliyi və yararsızlığı ilə həyatın dibinə sürüklənmiş antimilli qüvvələrin xarici mətbuata, sözün əsl mənasında, ixrac etdiyi nifrət dolu təhqir və yalanların AZƏRTAC-ın beynəlxalq internet məkanına yayımladığı real faktlar bolluğunda yoxa çıxarılmasını, gur Günəş işığında ovulub-tökülən çürüntütək əriyib itməsini də 100 yaşlı agentliyin dediyim həmin ayarlayıcı-saflaşdırıcı amalının bariz nəticəsi hesab etsək, düşünürəm yanılmarıq.
Mənim isə yazıçı olaraq bütün bu sadalananlar sırasında daha böyük önəm verdiyim - bu gün bir əsrlik yubiley tarixini yaşayan AZƏRTAC-ın Azərbaycan dilinə, ondan istifadə mədəniyyətinə, milli ədəbiyyatımızın, dil və tərcümə sahəsinin inkişafına ayırdığı diqqəti və qayğısı, dərin təəssübkeşliyidir ki, bu yerdə agentliyin rəhbəri, parlaq ziyalımız, əziz qardaşım Aslan Aslanovun rolunu və əməyini xüsusi qeyd etməyi özümə borc bilirəm.
Vətəninə, xalqına, dövlətçiliyə sonsuz sevgi və sədaqətlə ərsəyə gətirilən bütün bu uğurlar - hər biri ayrı-ayrılıqda fərqli intellekt və imza sahibi olan böyük kollektivin mütəşəkkil əməyinin nəticəsi olmaqla yanaşı, təbii ki, əməkdaşlarını yumruq kimi bir ovucda cəmləyən və belə bir səviyyəyə çatdıran məharətli rəhbərin parlaq təşkilatçılıq qabiliyyətinin bəhrəsidir.
Seçdiyi peşəyə sevgi və fədakarlığı ilə milli jurnalistikamızın təməlini qoymuş böyük Həsən bəy Zərdabinin yolunu şərəflə davam etdirən Aslan Aslanovun, onun böyük, işıqlı kollektivinin öz fəaliyyəti ilə ölkəmiz və xalqımız üçün hansı üfüqlər açdığı bu gün tarixin yaddaşına həkk olunmaqdadır. Bizə isə bu bahar qoxulu bayram ərəfəsi öz ikinci baharına qədəm qoyan nurlu kollektivə öz təbriklərimizi çatdırmaq, arzularımızı yetirmək qalır.
Yolunuz niyyətiniz kimi işıqlı olsun! Doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi xəbərinin ilk müjdəçisi məhz AZƏRTAC olsun!
Xalq yazıçısı Afaq Məsud

 
  • Oxunub:  2580  |  
  • Tarix:  20-03-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

06 Aprel 15:54
Azərbaycanda koronavirus infeksiyasına daha 57 yoluxma faktı qeydə alınıb
06 Aprel 14:30
Dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir
06 Aprel 14:24
YAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb
06 Aprel 14:13
Yeni növ koronavirus infeksiyasına yoluxanların sayı hansı səbəbdən artır?
06 Aprel 12:43
Siyasi ekspert: Azərbaycan dövləti koronavirusla mübarizədə üzərinə düşən bütün vəzifələri yerinə yetirir
06 Aprel 11:56
Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib
06 Aprel 11:32
Masazır-Novxanı yolunun 2,5 kilometrlik hissəsi yenidən qurulur
06 Aprel 11:29
Təhsil Nazirliyinin psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilib
05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +17
gecə+6 +8