Ana səhifə »  Siyasət »  MDB dövlətləri arasında analoqu olmayan "Ekoloji Atlas" həyata vəsiqə alıb
A+   Yenilə  A-
MDB dövlətləri arasında analoqu olmayan "Ekoloji Atlas" həyata vəsiqə alıb
Atlasın çapdan çıxması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu ili “Ekologiya ili” elan olunması ilə həmahənglik təşkil edir
Azərbaycanda ilk dəfə, MDB məkanında analoqu olmayan Azərbaycan Respublikasının “Ekoloji Atlası” nəşr olunmuşdur. Atlas Azərbaycan Milli Elmlər Akademiyasının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin tədqiqatçı alimləri tərəfindən hazırlanmış və akademik Q.Ş.Məmmədov, professor M.Y.Xəlilov və biologiya elmləri doktoru S.Z.Məmmədova tərəfindən tərtib edilmiş, akademik B.Ə.Budaqovun redaktorluğu ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya fabrikində nəfis şəkildə çap olunmuşdur.
Atlasın çapdan çıxması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə həmahənglik təşkil edir.
Hazırlanmış atlasın xüsusi tematiki məzmunu 11 bölmədən ibarətdir: I - Atmosfer, II - Hidrosfer, III - Litosfer, IV - Torpaqlar, V - Biosfer, VI - Landşaftlar, VII - Bitki örtüyü, VIII - Heyvanlar aləmi, IX - Təbii fəlakətlər, X - Cəmiyyətin ekologiyası və XI - Azərbaycan ekologiyasının hüquqi əsasları (sənədlərin siyahısı).
Atlasın əvvəlində müəlliflər tərəfindən geniş müqəddimə yazılmışdır. Orada müəlliflər çox düzgün olaraq qeyd edirlər ki, bu gün respublikanın ekoloji vəziyyəti haqqında mükəmməl, ətraflı məlumatın alınması cəmiyyət və dövlət üçün son dərəcə vacibdir. Bu işdə çap olunmuş atlas hər bir kəsin köməyinə gələ bilər.
Atlasın I bölməsində atmosferdən bəhs olunur. Məlumdur ki, atmosfer - kosmosu, dünya okeanını, qurunu bir-biri ilə birləşdirir və bu mühitlərdə fəaliyyət göstərən ekosistemlər arasında qarşılıqlı əlaqə yaradır. Atmosferin çirklənməsi sənaye istehsalatının, energetikanın artması və nəqliyyatın inkişafı nəticəsində baş verir. Atmosferə qaz və toz halında tullantılar atılır. Müasir dövrdə atmosferin çirklənməsi cəmiyyətin “xəstəliyi” kimi qəbul edilir. Atmosfer ekologiyasının əsas məsələləri - texnologiyaya düzgün riayət etmək, tullantıların zərərsizləşdirilməsinə nəzarət etməkdən ibarətdir. Bundan başqa, bu bölmədə iqlim amilləri, iqlim dəyişiklikləri, atmosferin quruluşu problemlərinə də toxunulur. Bunlardan: Dünyanın iqlim xəritəsini, atmosferin texnogen çirklənməsi xəritəsini və s. göstərmək olar. Azərbaycanın iqlim xəritəsi, iqlim tipləri xəritəsi və respublikanın aqroiqlim rayonlaşdırılması xəritəsi və onun legendası verilmişdir. Nəhayət, Azərbaycanın atmosferi ən yüksək həddə çirklənmiş şəhərləri qeyd olunan xəritə göstərilmişdir.
II bölmə - hidrosferdir. Hidrosfer - bütün su hövzələri, onların ekosistemləri arasında qarşılıqlı əlaqəni həyata keçirir və maddələr mübadiləsi prosesində əsas rol oynayır. İnsanın həyat fəaliyyəti nəticəsində çayların, dənizlərin ekoloji vəziyyəti pisləşir, “istixana effekti” yaranır. Sənaye tullantılarının çaylara, dəniz və okeanlara axıtma normativlərinə riayət edilməsi, təmizləyici qurğuların inşası, kənd təsərrüfatı işlərinin təbiəti qorumaqla aparılması hidrosfer ekologiyasının başlıca məsələlərindən biri hesab olunur. Burada dünyanın su ehtiyatlarını, Yer səthində su anbarlarının paylanmasını qeyd etmək olar. Bununla yanaşı, bu bölmədə Azərbaycanın su anbarları xəritəsi, çaylarının ekoloji problemləri və çay şəbəkəsinin sıxlığı haqqında məlumatlar da verilmişdir. Bölmədə qrunt sularının yatım dərinlikləri və Xəzər dənizinin problemləri haqqında da danışılır.
III bölmə - litosferdir (yerin üst qatı). Onun bütün təbəqələri bir-biri ilə sıx qarşılıqlı əlaqədədirlər. Litosferin qalınlığı qeyri-müəyyəndir, ehtimal olunur ki, bu 50-200 km arasında dəyişir. Faydalı qazıntıların hasilatı, sənaye istehsalının artımı, sənaye və radioaktiv tullantıların zərərsizləşdirilməsi, kənd təsərrüfatında torpaqlardan düzgün istifadə edilməməsi litosferin çirklənməsinə səbəb olur. Texnologiyalara riayət etmək, tullantıların zərərsizləşdirilməsinə nəzarət etmək litosfer ekologiyasının əsas məsələlərindəndir. Atlasın bu bölməsində yerin quruluşu, litosferin ekoloji funksiyaları, dünyanın yanacaq-energetika hasilatı (XX əsrin əvvəlindən sonuna qədər), burada, həmçinin, sənayenin inkişafı ilə əlaqədar və faydalı qazıntıların dağ-mədən hasilatı nəticəsində ekoloji sistemlərin pozulması və mineral ehtiyatların hasilatı - enerji yanacaq (neft, qaz, kömür, torf, radioaktiv maddələr), metallar (qara, əlvan), qeyri-metallar (fosforitlər, kalium duzları), texniki materiallar (azbest, qrafit, talk) və tikinti materialları (qum, gil, çınqıl, daş) istehsalı zamanı ekoloji sistemlərin pozulması baş verir.
Burada dünyanın yanacaq-energetika kompleksləri və təbii ekosistemlərin antropogen pozulmasını göstərən xəritə və məlumatlar verilmişdir. Bu bölmənin sonunda Azərbaycanın kosmotektonik xəritəsi verilərək, seysmik rayonlaşdırılması aparılmışdır.
IV bölmə - torpaqlardır. Torpaq - Yer kürəsinin quru hissəsində bitkilərin məhsuldarlığını təmin etmək qabiliyyətinə malik olan kövrək münbit qatıdır. Rus alimi V.V.Dokuçayev (1846-1903) torpağı fiziki-coğrafi mühitin və orqanizmlərin dağ süxurlarına birgə təsiri nəticəsində formalaşaraq yer qabığının üst yumşaq qatını əmələ gətirən xüsusi təbii cisim kimi təyin edir. Geniş mənada torpağa - ana (dağ) süxurun üst horizontlarının orqanizmlərin, atmosferin və hidrosferin uzunmüddətli dərin təsirinə məruz qalaraq əmələ gələn təbii cisim kimi baxmaq lazımdır. Torpağı dağ süxurlarından fərqləndirən başlıca cəhət onun münbitliyidir.
Torpaq və onun formalaşması hidrosfer, atmosfer və litosferdə baş verən bioloji proseslərlə sıx qarşılıqlı surətdə bağlıdır. Onun bütün ekosistemləri vahid biogeokimyəvi dövriyyədə iştirak edir. İnsanın (antropogen) səmərəsiz istehsalat fəaliyyəti nəticəsində torpaqların eroziyası, şorlaşması, şorakətləşməsi, bataqlaşması və çirklənməsi baş verir. Torpaqların ətraf mühitlə təbii qanunauyğunluğunun pozulmamasına, torpaqların aqrokimyəvi xassələrinə nəzarət torpaq ekologiyasının əsas vəzifəsi hesab edilir.
Atlasda dünya torpaq ehtiyatları və torpaq tipləri geniş surətdə verilmişdir. Bununla yanaşı, respublika ərazisində təşəkkül tapmış torpaqlar, müxtəlif tip torpaqların profillərini əks etdirən torpaq monolitlərinin fotoşəkilləri təqdim olunmuşdur. Ayrı-ayrı təbii-iqtisadi rayonu torpaqlarının xəritəsi verilmişdir. Ayrıca Naxçıvan MR-nin ekomelorativ şəraitinin qiymətləndirilməsini göstərən xəritə verilmişdir. Respublika ərazisində torpaqların eroziyaya uğrama dərəcələri və eroziya təhlükəli ərazilərin xəritələri verilmişdir. Ən qiymətlisi odur ki, atlasda qobu, yastı-qobu və çay vadisi şəbəkələrinin sıxlığı təqdim edilmişdir.
Bu bölmədə, həmçinin, torpaqların qranulometrik tərkibi, torpaqlarda humusun (çürüntünün) miqdarı və ehtiyatı, torpaqların şorluluğu (duzluluğu) və şorluluq dərəcələri, qrunt sularının ümumi minerallığı verilmişdir. Respublika torpaqlarının ayrı-ayrı iqtisadi-coğrafi rayonu torpaqlarının ekoloji qiymətləndirilməsi xəritələri çox diqqətçəkici formada verilmişdir.
Bu bölmədə respublikanın ərazisi torpaq-kadastr rayonlarına ayrılmışdır. Bundan başqa, atlasın bu bölməsində respublikada təşəkkül tapmış torpaqların ayrı-ayrı mülkiyyət formaları (dövlət, bələdiyyə və xüsusi), torpaqların aqroistehsalat qruplaşdırılması xəritəsi tərtib olunmuşdur. Atlasın bu bölməsində torpaqların texnogen pozulmasının göstərilməsini xüsusi ilə qeyd etmək lazımdır. Respublika ərazisinin bəzi regionlarının texnogen pozulması xəritəsi verilmişdir. Daha sonra, iqlim-meliorasiya rayonlaşdırılması aparılması göstərilmişdir.
V bölmə - biosferdir. Bir sıra tədqiqatçılara görə biosfer - yer kürəsində canlı həyatın yayıldığı sahə adlandırılır. Biosferə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), biosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer (dünya okeanının dibindən 1-2 km aşağı) daxildir.
Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. Biosfer digər geosferlərdən ən yüksək kimyəvi çevrilmələr getməsilə fərqlənir. Biosfer haqqında təlimin banisi akademik V.İ.Vernadskinin (1863-1943) fikrincə, biosferin maddəsi müxtəlif, lakin geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən ibarətdir. Müasir biosfer planetimizdə həyat yaranandan sonra uzunmüddətli evolyusiyanın nəticəsidir.
Biosfer - hidrosfer, atmosfer və litosferdə baş verən bütün ekoloji sistemlərlə və bioloji proseslərlə sıx qarşılıqlı təmasdadır. Onların bütün ekosistemləri vahid biokimyəvi dövriyyədə iştirak edir. Ekoloji təhlükəsizlik konsepsiyasını həyata keçirməkdən ötrü bütöv bir biosfer yanaşması mövcuddur, yəni, insanın ətraf mühitə etdiyi hər bir təsiri elmi əsaslarla məhdudlaşdırmaq lazımdır. Biosferin çirklənməsi - bütün canlı aləmin fəlakətlə dolu həyat sürməsi deməkdir. Təbiəti mühafizə - biosfer ekologiyasının əsasını təşkil edir. Atlasda biosferin funksional xüsusiyyətləri, eləcə də, biosferdə gedən proseslər, biogenosenozların və ekosistemlərin bir-biriləri ilə qarşılıqlı əlaqələri gözəl sxemlər formasında verilmişdir. Atlasda təbiət maddələr dövranı, bioloji maddələr dövranı, biogeokimyəvi maddələr dövranı, yerin biosferini təşkil edən maddələr və yerin biosferində günəş enerjisinin paylanması sxematik surətdə verilmişdir. Biosferdə gedən proseslərdən söhbət açılır. Ekosistemlərdə oksigenin, azotun, karbon 2-oksidin, kükürdün və fosforun bioloji dövranı da atlasda göstərilmişdir.
VI bölmə - landşaftlardır (və ya coğrafi landşaftlar). Birtipli geoloji quruluş, relyef, hidroiqlim rejimi, uyğun torpaq və biosenozları, həmçinin, morfoloji strukturu ilə seçilən və genetik cəhətdən yekcins olan təbii-ərazi kompleksinə coğrafi landşaft deyilir. Coğrafi landşaftın digər mənası landşaftın maddi komponentləri arasındakı qarşılıqlı təsir və əlaqənin xüsusiyyətləri və onun yaranma səbəbləri, morfoloji vahidlərinin məkanca uyğunluğu, onların dinamikliyi və zamanca inkişafı ilə müəyyən olunur. Süxur, su, buz, qar, torpaq, hava kütlələri, bitki və heyvanlar coğrafi landşaftın komponentləridir. Coğrafi landşaftların tədqiqinin və onların xəritələşdirilməsinin təbiəti mühafizə və ondan səmərəli istifadə məsələlərinin öyrənilməsi və həllində mühüm elmi və təcrübəvi əhəmiyyəti vardır.
Landşaftlar daim insan fəaliyyətinin təsiri altında olur, bunun nəticəsində bəzi zonal landşaft tipləri yoxa çıxır, digərləri isə dəyişilərək özünəməxsus modifikasiya yaradır. Landşaft ekosistemlərini saxlamaq üçün təbiəti mühafizə tədbirlərinə riayət etmək, təbii ehtiyatların istifadəsinə nəzarət etmək, təbii hadisələri vaxtında proqnozlaşdırmaq lazımdır.
Atlasda dünyanın coğrafi qurşaqları, qurunun biomları, təbii ekosistemləri və pozulmuş ekosistemlərinin xəritəsi verilmişdir. Bununla yanaşı, atlasın bu bölməsində respublikamızın geomorfoloji xəritəsi, landşaft tipləri, landşaftların ekoloji potensialı, tibbi-ekologeokimyəvi landşaft xəritələri və sonda ekoloji-coğrafi rayonlaşdırma aparılmış və onun xəritəsi verilmişdir. Bundan əlavə bu bölmədə respublikanın milli parkları, qoruqları və yasaqlıqlarının xəritəsi də verilmişdir.
VII bölmə - bitki örtüyüdür. Yer kürəsində, yaxud onun müəyyən hissəsində (qitədə, ölkədə, rayonda və s.) yayılmış bitki qruplaşmalarının (fitosenozların) məcmusu bitki örtüyü adlanır. Bitki növlərinin yayılmasını tədqiq edən floradan fərqli olaraq bitki örtüyü bitkilərin müəyyən sahədə örtük yaratması ilə səciyyələnir. Yer kürəsində zonallıq qanuna uyğun olaraq, ekvatordan qütblərə doğru iqlim, torpaq və s. amillərin dəyişilməsinə müvafiq olaraq bitki örtüyü də dəyişir (tundra, tayqa, meşə-çöl, səhra). Dağlıq zonada bitki örtüyünün tiplərinin yayılması şaquli zonallıq qanuna tabedir. Müxtəlif təsnifatlarda su, mezofill, kserofil, qalofit bitki örtüyü, ağac, ot, kol bitki örtüyü ayrılır.
Bitki aləmi - biosferin ən əsas tərkib hissəsidir. Bitki torpaq örtüyünü dağılmaqdan qorumaqla yanaşı, heyvanlar aləminin əsas sığınacaq məskəni və qida mənbəyidir. Bitki örtüyünün məhv edilməsi atmosferin kimyəvi tərkibinin dəyişilməsinə təkan verir, təbiətdə bioloji dövranı pozur. Meşələr olmazsa, Yer kürəsində həyat da ola bilməz.
Bitki ekosistemlərini qorumaq üçün təbiəti mühafizə tədbirlərinə riayət edilməli, meşə ehtiyatlarının istifadəsinə nəzarətin gücləndirilməsi, dəyişikliklər vaxtında proqnozlaşdırılmalı və bitki örtüyünün vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş düzəlişlər vaxtında edilməlidir.
Atlasda quruda fitokütlənin paylanması xəritəsi verilmiş, meşə formasiyalarının paylanması və dünyanın bitki örtüyü təqdim olunmuşdur. Bu bölmədə, həmçinin, Azərbaycanın bitki örtüyü, meşə formasiyalarının paylanması xəritəsi verilmiş və Azərbaycanın Qırmızı Kitabına düşən ağac və kol bitkilərinin, dərman bitkiləri, zəhərli bitkiləri, zəhərli dərman bitkiləri, yeməli göbələklərinin adları və şəkilləri verilmişdir. Bundan başqa, fitokütlənin illik artımı və bitki qruplaşmaları biokütləsinin illik artımı da bu atlasda təqdim olunmuşdur.
VIII bölmə - heyvanlar aləmi adlanır. Canlı varlıqlar aləminin iki əsas qrupundan birini heyvanlar aləmi təşkil edir. Bütün heyvanlar heterotrof orqanizmlərdir. Yer kürəsində 1,5 milyonadək heyvan mövcuddur.
Heyvanlar aləmi - biosferin mühüm tərkib hissəsidir. Fauna fasiləsiz olaraq insan tərəfindən təzyiqlərə məruz qalır. Bu da populyasiya və növün dəyişilməsinə və azalmasına, məskunlaşma artma sahələrinin pozulmasına gətirib çıxardır.
Heyvanlar aləmini qoruyub saxlamaq üçün təbiəti mühafizə tədbirlərinə riayət etməli, heyvan və balıq ovuna nəzarət olunmalı, heyvanlar aləminin vəziyyətindəki dəyişikliklər vaxtında proqnozlaşdırılmalıdır. Məskunlaşma mühitinin dəyişilməsinə çox zaman yeni yaşayış məntəqələrinin salınması, texnikanın inkişafı, bəndlərin və su anbarlarının tikilməsi səbəb olur.
Atlasda dünyada heyvanların yayılması xəritəsi verilmişdir. Bununla yanaşı, atlasda Azərbaycanın zoocoğrafi xəritəsi də təqdim olunmuşdur. Qeyd olunur ki, 100-dən artıq heyvan növü Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir və bunların əksəriyyəti atlasda göstərilmişdir.
IX bölmə - təbii fəlakətlər bölməsidir. Qlobal ekosistemlərin dağılması ekoloji sarsıntıların əsas səbəblərindən biri hesab olunur. Təbii ekosistemlərin məhv edilməsi Yer kürəsində iqlim sabitliyinin itməsinə gətirib çıxardır. Bunun nəticəsində müxtəlif fəlakətlər, o cümlədən, temperatur anomaliyaları, quraqlıqlar, daşqınlar, fırtınalar, vulkan püskürməsi, zəlzələ, daşqın və sellər baş verir. Təbii fəlakətlərin qarşısını almaq üçün ekosistemlərin vəziyyətinə nəzarət etməli, zəlzələləri və vulkan püskürmələrini vaxtında proqnozlaşdırmaq lazımdır.
Atlasda fəlakətlərin müxtəlif tipləri (zəlzələlər, sunami, vulkan püskürmələri, sürüşmələr, qar uçqunları, daşqınlar, quraqlıqlar, şaxtalar, quru küləklər, fırtınalar, tropik fırtınalar, buz bağlama, epidemiyalar, yanğınlar və həşəratların hücumu) son 40 ildə (1960-2000) göstərilmişdir. Bununla yanaşı, dünyada fəlakətli zəlzələ və vulkanların mərkəzləri və tarixləri göstərilən xəritələr verilmişdir və son 200 il ərzində güclü vulkan püskürmələri cədvəli göstərilmişdir. Dünyada mövcud olan palçıq vulkanları xəritəsi və Azərbaycanda olan palçıq vulkanlarının xəritəsi də verilmişdir. Azərbaycanda sel axınları, sürüşmələr və zəlzələlər xəritəsi təqdim olunmuşdur.
X bölmə - cəmiyyətin ekologiyasıdır. Cəmiyyətin ekologiyası dedikdə insanların sosial, mədəni, iqtisadi tələbatı nəzərdə tutulur. Planetin böyük hissəsi təbii ekosistemlərlə örtülü olana qədər cəmiyyətdə insanın mövcud olması mümkündür. Yanacağın yandırılması, suyun və torpağın sənaye istehsalatı tullantıları ilə çirklənməsi, əhalinin qeyri-təbii yerləşdirilməsi nəticəsində ətraf mühitin irimiqyaslı çirklənməsi baş verir.
Ekoloji vəziyyətin qlobal miqyasda kəskinləşməsi ümumbəşər narahatçılığa səbəb olan faktdır.
Atlasda dünyanın ekoloji problemlərini göstərən xəritə verilmişdir. Dünyanın mühafizə olunan əraziləri, Milli parkları və digər mühafizə olunan təbii ərazilərin xəritəsi və sahəsi xəritədə göstərilmişdir. Digər xəritədə də dünya əhalisinin sayı, əhalisi daha çox olan ölkələr, əhalinin orta illik artımı, əhalinin sıxlığı, sıxlığı daha çox olan ölkələr göstərilmişdir. Dünyada şəhər əhalisinin xüsusi çəkisini, şəhər əhalisinin orta illik artımı və s. bu bölmədə öz əksini tapmışdır. Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi, əhalisinin sayını göstərən xəritə (şəhər və kənd əhalisinin), şəhərlərin funksional-genetik tipləri göstərilmişdir.
Əhalinin məskunlaşması və ərazi üzrə yerləşdirilmə sisteminin funksional xüsusiyyətləri, onların xalq təsərrüfatındakı və ictimai həyatındakı rolunu müəyyən edir. İstehsalat inzibati və ictimai-mədəni əhəmiyyətindən asılı olaraq, əhalinin məskunlaşmasının və ərazi sisteminin funksiyaları təbii mühitə edilən antropogen təsirlərin rejimi ilə üst-üstə düşür.
XI bölmə - Azərbaycan ekologiyasının hüquqi əsasları (sənədlərin siyahısı) adlandırılmışdır. Burada Azərbaycan Respublikasının ətraf mühit sahəsində beynəlxalq konvensiyalara qoşulması haqqında, daha sonra, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları, ətraf mühitə dair Azərbaycan Respublikasının qanunları, Xüsusi Mühafizə olunan ərazilərin yaradılması haqqında və nəhayət ətraf mühitə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları haqqında məlumatlar verilmişdir.
Atlasda ümumilikdə 100-dən artıq xəritə verilmişdir. Atlasdakı xəritələrdən istifadəni yüksəltmək, təcrübədə istifadəni asanlaşdırmaq üçün izahedici mətnlərdən (legendalardan), cədvəllərdən, qrafik və diaqramlardan bacarıqla istifadə olunmuşdur. Azərbaycan Respublikasına aid xəritələr 1:1 500 000 miqyasında tərtib olunmuşdur, bu da müxtəlif məzmunlu xəritələrin istifadəsi zamanı onların müqayisəsini asanlaşdırır. Atlasdakı xəritələrin əksəriyyəti elmi yenilikli məzmuna görə seçilir.
Yuxarıda söyləninənlərdən belə bir nəticəyə gəlmək olar ki, çox zəhmət və bilik hesabına başa gələn “Ekoloji atlas”ı, doğrudan da, MDB dövlətləri içərisində analoqu olmayan bir tədris vəsaiti hesab etmək olar və o bioloqların, coğrafiyaşünasların, torpaqşünasların, ekoloqların və digər mütəxəssislərin stolüstü kitabına çevrilməlidir və mən əminəm ki, çevriləcəkdir. Ən əsası odur ki, atlas nəinki dünya və Azərbaycan ekologiyası ilə bir tanışlıq xarakteri daşıyır, o həm də maarifləndirici əhəmiyyət kəsb edir. Atlas çox gözəl formada, nəfis şəkildə çap olunmuşdur. Atlas yüksək qiymətə layiqdir. Atlasın üzərində zəhməti olan hər bir mütəxəssisə, əsasən də atlasın müəlliflərinə, öz dərin minnətdarlığımı bildirirəm.
Mahmud ABDULLAYEV,
AMEA-nın Radiasiya Problemləri İnstitutunun radioekologiya laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, AMEA-nın “Ekologiya” komissiyasının üzvü


 
  • Oxunub:  22050  |  
  • Tarix:  09-02-2010  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA