Ana səhifə »  Siyasət »  Bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələri inkişaf edir
A+   Yenilə  A-
Bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələri inkişaf edir
Rafayıl Quliyev: Dövlət başçısının mənə “Əməkdar mühəndis” adını verməsi haqqında xəbəri eşidərkən 1971-ci ili - Ulu öndər Heydər Əliyevin mənə zəng etdiyi anları xatırladım
Azərbaycanın inkişafında xidmətlər göstərmiş insanların dövlət tərəfindən mükafatlandırılması ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən biri idi. İstər sovetlər dönəmində, istərsə də müstəqillik dövründə respublikamıza rəhbərlik etmiş Ulu öndərimiz daim bu məsələni diqqət mərkəzində saxlayırdı. Bu ənənə indi də davam edir. Ulu öndər Heydər Əliyev məktəbinin ənənələrinə sadiq olan Prezident İlham Əliyevin təltif etdiyi şəxslər sırasında dövlətimizin sosial-iqtisadi inkişafına töhfələr vermiş əmək adamları da az deyil. Bu günlərdə dövlət başçısı tərəfindən “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş Rafayıl Quliyev də əməyi yüksək qiymətləndirilmiş şəxslərdən biridir. Zəhmətinə verilən qiymətin sevincini yaşayan Rafayıl Quliyevlə söhbətimiz oxucular üçün də maraqlı olacaq.
Davam edir 37-i...
R.Quliyev 1940-cı ilin fevral ayında Bakı şəhərində anadan olub. Deyir ki, babası İsmayıl kişini dövlətli adamlardan biri olduğundan 1937-ci ildə “xalq düşməni” elan edərək həbs etmişdilər.
- Qazaxıstana sürgün edilən babama görə ailəmizi də incidir, bizə şəhərlərdə yaşamağı qadağan edirdilər. Tez-tez müxtəlif yerlərə köçürülürdük. Növbəti - Şamxor “səfərindən” sonra Mingəçevirə gedib çıxmışdıq. 1948-ci ilə qədər atam Mingəçevirdə sovxozda işlədi. Lakin 1948-ci ildə Mingəçevir şəhər statusu aldı və dərhal biz artıq isinişdiyimiz evimizdən, doğmalaşdığımız adamlardan ayrılmalı olduq. Ailəmiz bu şəhərdən də sürgün edildi. Şamaxıda məskunlaşmağa məcbur olduq. Ailəmizin sürgün tarixi Stalin vəfat etdikdən sonra sona yetdi. Babam bəraət aldı, illərdir ailəmizin üstündə qara bulud kimi dolaşan “xalq düşməni” adının götürülməsi haqqında qərar qəbul olundu. Bundan sonra biz yenidən Mingəçevirə qayıtdıq. 1954-cü ildə atam əlaqədar orqanlara müraciət edərək babamın geri qaytarılmasına yardım etmələrini istədi. Cavab gəldi ki, o, artıq dünyasını dəyişib. “Xalq düşməni” damğası üstümüzdən götürüldükdən sonra bizim həyatımız da qaydasına düşdü. Atam daha böyük vəzifələrdə işləməyə başladı. Hətta şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində də çalışdı. Mingəçevirə qayıtdıqdan sonra mən də orta məktəbdə təhsilimi davam etdirdim. O vaxtkı qaydalara görə, instituta daxil olmaq üçün tələbə mütləq istehsalat təcrübəsi keçməli idi. Buna görə də, məktəbi bitirdikdən sonra ilk olaraq Mingəçevirdə fəaliyyət göstərən zavodların birində, daha sonra isə Mingəçevir Su Elektrik Stansiyasında işlədim. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə qəbul olundum. Əyani şöbədə oxumaqla yanaşı, o zaman çox böyük şöhrətə malik Leytenant Şmidt adına zavodda çalışırdım. 1965-ci ildə ali təhsilimi başa vurdum və təyinatla “Azenerjitəmir” zavoduna gəldim.
Uğura aparan yol
R.Quliyev deyir ki, gözünü açandan ailəsinin təqib olunduğunu görüb, babasının faciəsinin acısını ailəsilə birlikdə o, da yaşayıb: “İnsan bu həyatdan sonra qəribə hisslər yaşayır. Daha çox isə əldə etdiyi imkanlardan istifadə etməyə çalışır və öz fəaliyyətilə xalqına və dövlətinə xidmət etməyi başlıca vəzifə sayır. Mənə də belə bir qüvvə hakim kəsilmişdi ki, özümün kim olduğumu, bizim də bütün insanlar kimi cəmiyyətin faydalandıqlarından istifadə etməyə haqqımız olduğunu sübut etməliyəm”.
R.Quliyev cəmi 5 ay usta işləyəndən sonra mühəndis vəzifəsinə təyin olunub. Onun çalışdığı sex Azərbaycanın bütün istilik və su elektrik stansiyalarının və sexlərinin təmirini həyata keçirirmiş. 28 yaşını qeyd edərkən isə o, daha bir sevindirici xəbər alıb. Nümunəvi, peşəkar xidmətlərinə görə sexə müdir müavini təyin olunub. 1969-cu ildə isə R.Quliyevi göndərişlə Naxçıvana - SSRİ ilə İranın müştərək müəssisəsi olan - “Araz Su Tikinti”də çalışmağa göndəriblər. Bu müəssisədə işləmək üçün bilik, təcrübə, bacarıqla yanaşı, həm də başqa insani keyfiyyətlər tələb edilirdi. Ləyaqətli vətəndaş, yurdsevərlik, vətənpərvərlik həmin o keyfiyyətlərin içində ilk sıralarda durmalı idi. Rafayıl müəllim də bu keyfiyyətləri özündə birləşdirirdi.
Mərkəzi Komitədən gələn zəng...
Əsl zəhmət adamının bu müəssisədə də fəaliyyəti uğurlu alınıb. O, göstərilən etimadı doğruldaraq xalqına yüksək səviyyədə xidmət etdiyini sübuta yetirib. Burada baş mexanik kimi işə başlasa da, qısa vaxt ərzində müəssisənin bütün enerji məsələlərinin həlli R.Quliyevə həvalə olunub. Araz Su Tikintisi başa çatdırıldıqdan sonra yəqin ki, buradakı uğurlu fəaliyyətinin nəticəsi olub ki, o, Arpaçay Su Anbarının tikintisinə cəlb edilib:
- Bir müddət rəisin müavini, sonra isə rəis işlədim. 1971-ci ilin may ayında Arpaçay Su Anbarının tikintisinin ən qızğın çağlarında mənə dedilər ki, Mərkəzi Komitədən zəng ediblər. Mən tez dəstəyi götürdüm. Telefonun dəstəyindən Ulu öndərin təmkinli və amiranə səsi eşidildi: “Səni və bütün inşaatçıları aylıq dövlət planını artıqlaması ilə yerinə yetirdiyiniz üçün təbrik edirəm. çox uğurlu işlərə imza atırsınız. Sükanı belə saxlamaq lazımdır”. ümummilli liderimizin bu diqqəti, Onun bizim işimizə verdiyi bu yüksək qiymət təbii ki, mənimlə çalışan hər kəsdə böyük sevinc hissi, ruh yüksəkliyi yaratdı. Açığını deyim ki, repressiya dövründə yaşadığımız bütün ağrı-acıların, çəkdiyimiz mənəvi sarsıntıların izi silinib getdi. Düşündüm ki, artıq istədiyimə nail oldum.
R.Quliyev 1973-cü ildə Baş Su Tikinti İdarsinin rəisi P.Poladzadənin dəvəti ilə Bakıya qayıdır, Baş idarənin nəzdində xüsusi montaj-quraşdırma triestində baş mühəndis kimi fəaliyyətə başlayır:
- Sonra isə triestin rəis müavini təyin olundum. Bizim triest torpaqların yuyulmasına, kanalların çəkilməsinə, texniki və bütün quraşdırma işlərinə nəzarət edir və bütün bu işləri həyata keçirirdi. 1975-ci ildən Baş Su Tikinti İdarəsində istehsalat idarəsinin rəis müavini və sonradan Mexanizasiya idarəsinin rəisi vəzifəsində işləmişəm. 1980-ci illərin əvvəllərində Azərbaycanda Mil-Muğan kollektorunun tikintisi planlaşdırılırdı. Bu kollektor Neftçaladan başlayıb, Beyləqanda başa çatmalı idi. 1982-ci ildə tikinti işlərinə başladıq. Tikinti həyata keçirmək üçün Moskvadan bizə 4 ədəd “addımlayan ekskavator” (bu ekskavatorlar çox nəhəng olmaqla, il ərzində 1,5 milyon kubmetr torpaq götürə bilirdi, ağırlığı 250 tona bərabər idi) gətirilmişdi. Lakin bu zaman müəyyən problemlər yarandı. çünki bizim üçün bu nəhəng qurğu bir yenilik idi və onu işlətmək bir yana qalsın, hətta necə quracağımızı bilmirdik. Ona görə də, mən öz təşəbbüsümlə bu qurğunun iş prinsipini öyrənmək üçün Ukraynaya, ekskavatorları hazırlayan zavoda getdim. Həmçinin, Ukraynadan 18 mütəxəssis dəvət etdik ki, onların köməyi ilə ekskavatorları quraşdırıb işə başlayaq. O vaxtlar Azərsutəclayihə İnstitutu var idi. Həmin işin layihəsini həmin institut hazırlamışdı. Layihədə bir ekskavatorun quraşdırılması üçün 9 ay müddət nəzərdə tutulmuşdu. Bu müddətdən sonra isə 3 ay da həmin qurğunun sazlanması üçün əlavə edilmişdi. Lakin biz 3 ay ərzində Neftçalada ilk ekskavatoru qurduq və işə başladıq. çox sevindirici haldır ki, bu gün də həmin ekskavatorlar işləyir. Bu gün də 1980-ci illərin əvvəllərində görülən işlərin müsbət nəticələrini görməkdəyik.
Böyük Qayıdış
1980-ci illərin sonları, 90-cı illərin əvvəllərində Azərbaycanda məlum hadisələr baş verərkən bütün ziyalılar ölkəmizin gələcəyi ilə bağlı çox narahatlıq keçirirdi. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası, ərazilərimizin bir-birinin ardınca işğalı, digər tərəfdən isə Bakıda hakimiyyət uğrunda mübarizə ölkəni fəlakətlərə sürükləyirdi. Mərkəzi hakimiyyətin diqtəsi ilə fəaliyyət göstərən, onların əmirlərini icra edən Ayaz Mütəllibov və komandası, eyni zamanda, meydan hərəkatının, Xalq Cəbhəsinin önündə gedənlər bu fəlakətləri görmək istəmirdilər. Rafayıl müəllim də respublikanın gələcəyini düşünən ziyalılar kimi çıxış yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü:
- Mən həm Ayaz Mütəllibova, həm Əbülfəz Elçibəyə müraciət edərək Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin vacibliyini bildirmişdim. Onlara ünvanladığım məktubda da qeyd etmişdim ki, əgər Heydər Əliyev gəlsə, dövləti düçar olduğu bütün bəlalardan xilas edəcək. Mən bunu Ulu öndərin dövlətçilik təcrübəsinə, siyasi səriştəsinə, şəxsiyyətinə, vətənpərvərliyinə, xalqımıza olan sevgisinə arxalanaraq, inanaraq deyirdim. Ancaq onlar qorxdular, Heydər Əliyevi Azərbaycana dəvət etməkdənsə, müxtəlif üsullarla Onun gəlməsini əngəlləməyə çalışdılar. Sonda nə oldu? Böyük qırğınlar baş verdi, Qarabağda rayonlarımız işğal olundu, dövlət süqutun astanasında idi. Bax belə bir məqamda, artıq adlarını çəkdiyim qüvvələr də Ulu öndər Heydər Əliyevin Azərbaycana gəlişinin qarşısını ala bilmədilər. çünki xalq Heydər Əliyevin gəlməsini, dövləti idarə etməsini tələb edirdi, xalq öz Liderini istəyirdi. Xalqın istəyinə qarşı çıxmaq, onun qarşısında dayanmaq isə sadəcə mümkün deyildi. Beləliklə, Azərbaycan xalqının təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev yenidən ölkəmizdə hakimiyyətə gəldi. Onun gəlişindən sonra Azərbaycanın hansı bəlalardan xilas olduğunu, dövlətimizin necə sürətlə inkişaf yoluna qədəm qoyduğunu hamı bilir.
1992-ci ilin noyabrında Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis olundu. Bu hadisə çox insanlarda gələcəyə ümidləri artırdı. Bütün sadə insanlar axın-axın Heydər Əliyevin partiyasına qoşulurdular. O vaxtkı hakimiyyətin təzyiqlərinə baxmayaraq partiyanın yerli strukturları yaradılırdı. 1993-cü ilin fevral ayında R.Quliyevin təşəbbüsü ilə indiki “Azərsutikinti” Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının ərazi təşkilatı yaradılıb:
- Onda çoxları məni bu təşəbbüsdən çəkindirməyə çalışırdılar ki, ilk təşkilatı yaratmayaq. Həmin vaxt təşkilatı yaradanlardan yalnız 3 nəfəri azərbaycanlı idi. Yerdə qalanları isə milliyətcə rus idilər. Amma 1997-ci ildə artıq cəmiyyətin işçilərinin əksəriyyəti təşkilata üzv qəbul olundu.
Amma Rafayıl müəllimin partiya fəaliyyəti bununla bitməyib. O, hər zaman ictimai-siyasi proseslərdə YAP fəalı kimi də özünü təsdiq edib. Bir neçə seçkilərdə seçki komissiyalarında partiyanın təmsilçisi kimi də səmərəli fəaliyyət göstərib.
Qeyd edək ki, geniş, çoxşaxəli fəaliyyəti ilə böyük ömür yolu keçən R.Quliyev hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur:
- 2006-cı ildə “Azərsutikinti” Səhmdar Cəmiyyətindəki vəzifəmdən öz ərizəm əsasında işdən çıxdıqdan sonra ölkəmizdə yeni olan bir sahədə çalışmağa başladım. Yeni yaratdığımız müəssisədə - “Kaspian Sintez” MMC-də köpükəmələgətirici NKPİ -34-2-nin istehsalı ilə məşğuluq. Sintetik Köpükəmələgətiricisi olan NKPİ-34-2 əsasən neftçıxarma, neft və qaz emalı sənayesində, neft-kimya sənayesində, gəmilərdə, təyyarə limanında və başqa sənaye müəssisələrində baş verə biləcək yanğınların söndürülməsində istifadə olunur. Qeyd etməliyəm ki, adıçəkilən məhsul Azərbaycanda birinci dəfə istehsal olunur. O biri, yəni xaricdə istehsal olunan köpükəmələgətiricilərdən əsas fərqi ondadır ki, NKPİ-34-2 istifadə olunan qablarda (çənlərdə) və yanğınsöndürmə maşınlarının avadanlıqlarında korroziya yaratmır. Əsasən, təbii neft tullantılarından sintez yolu ilə alındığı üçün ətraf mühitə mənfi təsir göstərmir. Bundan başqa, Kimya İnstitutu ilə birgə daha bir yeni məhsulun istehsalını da reallaşdırdıq. Bu məhsulun adını və istifadə məkanını hələlik demək istəməzdim. Sadəcə, onu qeyd etmək istərdim ki, müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün qanunlarımızın yaratdığı münbit şəraitdən bəhrələnərək yeni-yeni ideyalar üzərində işləmək və konkret nəticələr əldə etmək üçün hər cür imkan vardır.
Lider
Bütün Azərbaycan vətəndaşları kimi əməkdar mühəndis Rafayıl müəllim də ölkəmizin sürətli inkişafından məmnundur:
- Cənab Prezident İlham Əliyev bu gün Ulu öndər Heydər Əliyev yolunu, siyasətini uğurla davam etdirir. Məhz bunun sayəsində də Azərbaycan yüksək iqtisadi inkişaf tempi əldə edib. Təsadüfi deyil ki, son iki ildə bütün dünya dövlətlərinə böyük ziyan verən, hətta bəzi dövlətlərin iqtisadiyyatını iflic edən qlobal maliyyə böhranı Azərbaycana çox cüzi şəkildə təsir etdi. Bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələri inkişaf edir. Eyni zamanda, ölkəmizdə sahibkarlığın da inkişafı üçün əlverişli mühit var. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, sahibkarlığın inkişafı dövlətimiz üçün prioritet sahələrdən biridir və bunun üçün bütün zəruri tədbirlər görülməkdədir. Əminəm ki, gələcəkdə daha yaxşı nailiyyətlər əldə olunacaq və Prezidentimizin fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən zəngin və qüdrətli dövlətlərindən birinə çevriləcək. Cənab Prezidentin mənə “Əməkdar mühəndis” fəxri adını verməsi mənim üçün qürurvericidir. Bu, mənim kiçik əməyimə verilən yüksək qiymətdir. Mən cənab Prezidentə minnətdaram. Təbii ki, dövlət başçısının bu addımı, mənə verilən bu qiymət məni daha yaxşı işləməyə ruhlandırır. Həmişə dövlətimizə sadiq olmuşam və bundan sonra da olacam.
Sonda bir vacib məqamı qeyd etmək istəyirəm. Dövlət başçısının mənə “Əməkdar mühəndis” adını verməsi haqqında xəbəri eşidərkən 1971-ci ili - Ulu öndər Heydər Əliyevin mənə zəng etdiyi anları xatırladım. Və o xoşbəxt anları yenidən yaşadım...
Nardar BAYRAMLI

 
  • Oxunub:  16020  |  
  • Tarix:  04-02-2010  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA