Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyasının 500 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib

Yeni Azərbaycan Partiyasının 500 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib

03.02.2010 [09:18]

Əli Əhmədov: Bu, sadəcə, statistika deyil. 500 min nəfərin özünün siyasi taleyini Ulu öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya ilə bağlamasıdır
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 500 mininci üzvünə partiya vəsiqəsinin təqdimolunma mərasimi keçirilib. Partiyanın mərkəzi qərargahında keçirilən mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov öncə 2 fevral - Gənclər günü münasibətilə gəncləri təbrik edib. Əli Əhmədov bildirib ki, Azərbaycanda dövlət gənclər siyasəti ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilib: “ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə olan böyük diqqəti hər şeydən əvvəl gəncliyin Azərbaycan cəmiyyətinin həyatında tutduğu yerlə əlaqədardır. Əvvəla, hər bir ölkənin gələcəyi onun gənc nəsli ilə bağlıdır. Hər bir ölkə öz gələcəyini düşünərək gənclərin təhsil almasını təmin etmək, gələcək həyata hazırlaşması üçün böyük diqqət və qayğı göstərir, beləliklə də,  öz gələcəyini təmin etmiş olur. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə qayğısı da bu məntiqdən irəli gəlirdi. Hesab edirik ki, Azərbaycanın gələcəyini layiqincə təmsil etməyə bütün parametrlər üzrə imkanları çatan gənclik formalaşıb. Azərbaycanda əhalinin sayı baxımından gənclər xüsusi çəkiyə malikdir. Bu, həmçinin, cəmiyyətimizin sağlam dayaqlar üzərində qərar tutmasından xəbər verir və gələcək inkişafın böyük perspektivlərini təmin edən amillərdən biri kimi çıxış edir. Bu amillər Heydər Əliyevin gənclər siyasətinin kökündə dayanan başlıca məqamlardır. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Hazırda elə bir sahə yoxdur ki, orada gənclər təmsil olunmasın. Bütün bu işlərin görülməsində məqsəd Azərbaycanda sağlam, müasir biliklərə yiyələnmiş, dünyada ölkəmizi layiqincə təmsil edə biləcək gənc nəslin formalaşmasıdır”.
Əli Əhmədov bildirib ki, gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülür. Gənclərin  təhsil alması üçün dövlət tədbirləri həyata keçirilir. Eyni zamanda, gənclərin asudə vaxtının səmərəli keçməsini təmin etmək, onların idmanla məşğul olması və öz sağlamlıqlarının qayğısına qalması üçün hökumət tərəfindən çox böyük işlər görülüb. YAP Sədrinin müavini xatırladıb ki, Prezident İlham Əliyevin təsdiq etdiyi proqram əsasında hər il xeyli sayda gənclərimiz dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir: “Hesab edirəm ki, bu fakt Azərbaycanın hazırda formalaşan və böyüyən gəncliyinin gələcəkdə çox yüksək mədəni və təhsil səviyyəsinə malik olan vətəndaşlar kimi xalqımıza xidmət etməsindən ötrü yaradılan etibarlı bir təməldir. Hələ 1970-ci illərdə Ulu öndər Heydər Əliyev o zaman təhsil almaqdan ötrü hər il 1000 nəfərə yaxın gənci sovetlər ittifaqının ən nüfuzlu ali məktəblərinə göndərirdi. İndi onların böyük hissəsi Azərbaycanda elmin, təhsilin inkişafına xidmət edir, müxtəlif sahələrdə səmərəli fəaliyyət göstərirlər. Eyni məntiqlə çıxış edərək demək mümkündür ki, bu gün dövlət proqramı əsasında xaricdə təhsil almağa göndərilən gənclər də bir neçə ildən sonra Azərbaycanın ictimai həyatının müxtəlif sahələrində özlərini əhəmiyyətli dərəcədə tanıtmış və ölkəmizi irəliyə aparan insana çevriləcəklər. Onlar Azərbaycanı inkişaf etdirəcəklər. Yəqin ki, onların müəyyən hissəsi xaricdə qalacaq. Bu da həyatın qanunauyğunluğudur. Həmin şəxslər Azərbaycanı xaricdə layiqincə təmsil və təbliğ edəcəklər. Müasir Azərbaycanın imicini formalaşdıran şəxslər kimi bizim qürur mənbəyimiz olacaqlar”.
Əli Əhmədov qeyd edib ki, Azərbaycanın digər vətəndaşları kimi gənclər də Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Bunun çoxlu səbəblərinin olduğunu deyən İcra katibinin sözlərinə görə, birincisi, Azərbaycan sürətlə inikşaf edir, digər səbəb isə Azərbaycan gənclərinə göstərilən qayğıdır. YAP qürur duyur ki, üzvlərinin böyük əksəriyyəti gənclərdir. Bu, bir tərəfdən, Prezidentin həyata keçirdiyi siyasətin dəstəklənməsinin ifadəsidir ki, onlar özlərinin siyasi taleyini cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-la bağlamaq qərarına gəliblər. Digər tərəfdən, gənclər YAP-da özlərinin intellektini, bacarığını həm inkişaf, həm də ifadə etmək üçün çox əlverişli meydan olduğunu dərk edirlər.
YAP üzvlərinin sayının təxminən 40 faizinin gənclərdən ibarət olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, hər il partiya sıralarına 30 min civarında insan qoşulur. Onların sırasında da gənclər böyük üstünlük təşkil edir. O, bildirib ki, partiya sıralarında təmsil olunan gənclərə öz bilik və bacarıqlarını ortaya qoymaq üçün lazımi şəraitin yaradılması YAP rəhbərliyinin əsas fəaliyyət istiqamətlərindən biridir: “Bunun bir nümunəsi kimi son bələdiyyə seçkilərində gənclərimizin yaxından iştirakını qeyd etmək istəyirəm. 2004-cü ildə seçilən bələdiyyələrdə Azərbaycan gəncliyi 2-3 faiz həcmində təmsil olunurdu. Biz bu faktı təhlil edərək qərara gəldik ki, bu vəziyyət reallığa uyğun deyil. Ona görə də, YAP olaraq belə təşəbbüs irəli sürdük ki, gənclərimiz seçkidə yaxından iştirak etsinlər. Məmnunluqla demək istəyirəm ki, partiyamızın üzvü olan gənclər bu təşəbbüsü dəstəklədilər. Namizədlərin sırasında gənclər də çoxluq təşkil etdilər və seçkidə qələbə qazananların təxminən 30 faizi gənclərdir. Bu 2004-cü il seçkisi ilə müqayisədə 10 dəfə artıqdır. Hesab edirəm ki, gələcəkdə bu göstərici daha da artacaq. Biz bununla da fəal gənclərə bələdiyyələrdə öz bacarıqlarını ortaya qoymaq üçün böyük meydan vermiş oluruq. Bunun nəticəsində onlar daha böyük ictimai-siyasi proseslərdə iştirak edəcəklər”.
 Əli Əhmədov bildirib ki, hazırda partiya üzvlərinin sayının 500 min nəfərə çatması qürurverici haldır. Onun sözlərinə görə, YAP-ın 500 min nəfər üzvünün olması Azərbaycanda insanların Heydər Əliyev siyasətinə nə qədər ürəkdən bağlı olduğunu təsdiqləyir: “Bu, sadəcə, statistika deyil. 500 min nəfərin özünün siyasi taleyini Ulu öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya ilə bağlamasıdır.
Bu insanlar bu siyasətin həyata keçirilməsi üçün hər bir fədakarlığa hazırdır.  Bu fakt bir daha təsdiq edir ki, YAP ölkəmizdə ən böyük və güclü siyasi təşkilatdır. Digər partiyaların hamısı birləşsə, say, güc və digər parametrlərinə görə YAP-la müqayisə oluna bilməz. Azərbaycanda hər 10 seçicinin biri artıq YAP-ın üzvüdür. Bu çox yüksək rəqəmdir və dünyada əhalisinin sayı bizim ölkəmizin əhalisinin sayı qədər olan ölkələrin heç birində bizim partiyanın üzvü qədər üzvü olan siyasi qurum yoxdur”.
YAP Sədrinin müavini bildirib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin əsasını Azərbaycanı dünyanın ən qüdrətli və zəngin dövlətlərindən birinə çevirmək təşkil edir: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, iqtisadi inkişafın əsas məqsədi insanların yaşayış səviyyəsinin yüksəlməsinə xidmət etmək olmalıdır. Yəni, Prezidentimizin iqtisadiyyatı inkişaf etdirmək siyasətinin əsas hədəfləri insanların rifahının yaxşılaşdırılmasından, Azərbaycanın müasirləşməsindən və modernləşməsindən ibarətdir”.
Əli Əhmədovun sözlərinə görə, gənclər də bu prosesdə fəal iştirak etməlidir.
Daha sonra Əli Əhmədov YAP-ın 500 mininci üzvü Ləman Fərzəliyevaya partiyanın vəsiqəsini təqdim edib.
YAP-ın 500 mininci üzvü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs tələbəsi Ləman Fərzəliyeva çıxış edərək, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 500 mininci üzvü olmasından qürur duyduğunu bildirib. Onun sözlərinə görə, tariximizin şanlı səhifələrindən olan YAP-ın yaradılması çox çətin zamanlarda baş verib. Amma qısa müddətdə partiyanın güclü siyasi qüvvə kimi formalaşması, yüz minlərlə əqidəli insanın onun ətrafında birləşməsi bir daha ümummilli liderimiz Heydər Əliyev dühasının qüdrətindən xəbər verir. L.Fərzəliyeva 18 yaşı tamam olan kimi YAP-ın üzvü olmaq üçün ərizə verdiyini deyib: “Bu gün Azərbaycanın elm məbədgahı olan Bakı Dövlət Universitetinin tələbəsi kimi YAP-ın 500 mininci üzvü olmaqdan qürur duyuram, sevincimin həddi-hüdudu yoxdur. Eyni zamanda, gənclərə göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Qayğı və diqqətə cavab olaraq biz gənclər də öz növbəmizdə məsuliyyətimizi anlamalı, intellektual potensialımızı daim inkişaf etdirməli, bacarığımızla dövlətimizin parlaq və davamlı inkişafına töhfələrimizi verməliyik”.
O, 500 mininci üzv olsa da, ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğində ön sıralarda olacağını vurğulayıb.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov da çıxış edərək partiyanın gənc üzvlərinə uğurlar arzulayıb. Partiyanın yaranma tarixindən danışan K.Kərimov YAP-da gənclərin təmsilçiliyinin artmasına Ulu öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyini vurğulayıb. Onun fikrincə, gələcəkdə gənclərin YAP-da təmsilçiliyi daha da artacaq.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 959 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30