Ana səhifə »  Siyasət »  Azərbaycan-Küveyt münasibətləri dinamik şəkildə inkişaf edir
A+   Yenilə  A-
Azərbaycan-Küveyt münasibətləri dinamik şəkildə inkişaf edir
Hicran Hüseynova: Azərbaycan Respublikası və  Küveyt Dövləti arasında səmərəli əməkdaşlığın inkişafı məhz, ölkə başçılarının şəxsi təşəbbüsləri nəticəsində əldə edilib
Xəbər verildiyi kimi, yanvarın 25-26-da Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti Küveyt dövlətində rəsmi səfərdə olub. Səfərin məqsədi ailə, qadın və uşaq problemləri sahəsində ölkələrarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub. Proqram çərçivəsində nümayəndə heyəti Küveytin Qadın Məsələləri Komitəsinin sədri Sheyxa Lətifə Fəhd Əl Salem Əl- Sabahın iştirakı ilə Əl-Küveyt şəhərində Uşaq Mərkəzinin rəsmi açılış mərasimində iştirak edərək qurumun fəaliyyəti ilə yaxından tanış olub. Hicran Hüseynova və Sheyxa Lətifə Fəhd Əl-Səlem Əl-Sabah Azərbaycan və Küveyt arasında qadın, uşaq və ailə məsələləri sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar...
Küveyt Dövlətinə səfərlə bağlı digər məsələlərə Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova qəzetimizə müsahibəsində aydınlıq gətirib:
- Məlum olduğu kimi, bu yaxınlarda Sizin rəhbərliyiniz altında ölkəmizin rəsmi nümayəndə heyəti Küveytdə səfərdə olub. Səfərin başlıca məqsədi nədən ibarət idi?
- Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Küveyt Dövlətinin Nazirlər Kabineti yanında Qadın Məsələləri Komitəsinin sədri Lətifə Fəhd Əl-Salem Əl-Sabahın dəvətilə bu ölkəyə rəsmi səfər etdi. Səfərin məqsədi “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ailə, qadın və uşaq  məsələləri sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2010-cu il tarixli, 691 saylı Sərəncamına əsasən sözügedən Sazişi imzalamaqdan ibarət idi. Bununla yanaşı, səfər zamanı müvafiq qurumlar arasında əməkdaşlıq əlaqələrini yaradaraq inkişaf etdirmək, müvafiq sahələrdə hər iki ölkədə əldə olunmuş nailiyyətləri müzakirə etmək və təcrübə mübadiləsinin aparılması da nəzərdə tutulurdu.
- Səfərin gedişində hansı görüşlər keçirilib?
- Səfər proqramı çərçivəsində Küveyt Dövlətinin Nazirlər Kabineti yanında Qadın Məsələləri Komitəsinin sədri Lətifə Fəhd Əl-Salem Əl-Sabah ilə görüş keçirildi. Görüşdə ölkəmizdə təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasətindən bəhs edilib, qadınların irəli çəkilməsi, onların hüquqlarının təmin edilməsi məsələlərinin dövlətin daim diqqət mərkəzində olduğu bildirildi.
Qeyd olundu ki, Azərbaycanda müsəlman aləmində 1906-cı ildə qızlar üçün ilk litsey təsis olunmuş, Şərqdə ilk dəfə və bir çox Qərb ölkələrindən əvvəl qadınlara səsvermə hüququ verilmişdir.
Xanım Lətifə Fəhd Əl-Salem Əl-Sabah isə ətraflı məlumata görə, təşəkkürünü bildirərək öz növbəsində rəhbərlik etdiyi qurum haqqında məlumat verdi, Küveyt Dövlətində son illər ərzində qadınların müxtəlif sahələrdə ictimai fəallığının artmasını xüsusilə vurğuladı.
Görüşdə, həmçinin, Azərbaycan və Küveyt arasındakı münasibətlərin inkişafının və qurumlar arasında təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Küveyt Dövlətinin Nazirlər Kabineti yanında Qadın Məsələləri Komitəsinin arasında imzalanacaq Sazişin və birgə layihələrin perspektivləri barədə müzakirələr aparıldı.
İmzalama mərasimindən sonra Şeyxa Lətifə Fəhd Əl-Salem Əl-Sabaha Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin fəxri medalı təqdim edildi.
Rəsmi nümayəndə heyətinin üzvləri, həmçinin, Əl-Küveyt şəhərində tikilmiş qadın məsələləri üzrə inzibati Mərkəzin rəsmi açılış mərasimində də iştirak etdilər.
Açılış mərasimindən sonra Küveytdə siyasi, iqtisadi, mədəni və sosial həyatda təmsil olunan fəal qadınlarla geniş görüş keçirildi. Azərbaycan nümayəndə heyəti hər iki ölkədə qadınların potensialının inkişaf etdirilməsi, onların həm ailədə, həm də ictimai həyatda bütün imkanlardan istifadə etməsində dövlət tərəfindən yaradılan şəraitin böyük rol oynadığını  qeyd etdi. Bu sahədəki problemlərdən də söz açılaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasının, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün şəraitinə düşməsinin ilk növbədə qadınlara və uşaqlara mənfi təsir etdiyi bildirildi. Ailə başçılarını itirmiş qadınların cəmiyyətə reinteqrasiya olunaraq müəyyən peşəyə sahib olmaları üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin digər maraqlı tərəflərlə birgə qaçqın və məcburi köçkün qızlar və qadınlar üçün peşə hazırlığı, dil və kompüter kursları təşkil etdiyi bildirildi. Bu baxımdan ölkəmizin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, xüsusilə, səhiyyə, elm və təhsil, mədəniyyət, ekologiya kimi sahələrdə həyata keçirdiyi mühüm layihələr və onların müsbət nəticələri barədə məlumat verilib. Görüşdə ölkəmizdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”  adlı beynəlxalq forum keçirilməsi haqqında da geniş məlumat verildi. Etiraf edilməlidir ki, bu forum  qadınların dünya tarixinin hər bir dövründə sülhün, əmin-amanlığın ən böyük təminatçısı  olduğunu  bir daha təsdiq etdi.
- İki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında qadın, uşaq və ailə məsələləri sahəsində əməkdaşlıq haqqında Saziş” hansı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur?
- Səfərin gedişində imzalanmış saziş müvafiq istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. İmzalanma mərasimində xüsusi qeyd olundu ki,  Azərbaycan və Küveyt arasında səmərəli əməkdaşlığın inkişafı məhz ölkə başçılarının şəxsi təşəbbüsləri nəticəsində əldə edilib. İmzalanan sazişə əsasən, hər iki ölkədə qadınların irəli çəkilməsi, qadın problemləri sahəsində mütəmadi informasiya mübadiləsinin aparılması, birgə nəşrlərin buraxılması, qadın, uşaq və ailə problemlərinin araşdırılmasına həsr olunmuş ikitərəfli fəaliyyətin, habelə birgə beynəlxalq tədbirlərin təşkili, tərəflərin nümayəndələri üçün qarşılıqlı əsaslarla təlim kurslarının və treninqlərin keçirilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlərin reallaşdırılması planlaşdırılır.
RAMİL

 
  • Oxunub:  14280  |  
  • Tarix:  03-02-2010  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA