Ana səhifə »  Siyasət »  Ulu öndər Heydər Əliyev gəncliyimizin xilaskarıdır
A+   Yenilə  A-
Ulu öndər Heydər Əliyev gəncliyimizin xilaskarıdır

2 fevral - Azərbaycan Gənclər günü ümummilli lider Heydər Əliyevin gənclərə olan hədiyyəsidir
ümummilli lider Heydər Əliyevin  1993-cü ildə xalqın təkidli istəyilə ikinci dəfə ali siyasi hakimiyyətə qayıtması ilə Azərbaycan dövləti siyasi fiaskodan xilas oldu. Böyük əminliklə qeyd edirəm ki, ümummilli liderin möhtəşəm qayıdışı ilə həm də Azərbaycan gəncliyi xilas oldu. Müstəqilliyinin ilk illərində Azərbaycan dövlətçiliyinin taleyi sual altında idi. Bir tərəfdən günü-gündən kəskinləşən erməni təcavüzü, dünyanın supergüclərinin regionda barışmaz maraqlarının toqquşması, digər tərəfdən isə, daxili-siyasi xaosun pik həddə çatması ölkənin suverenliyi üçün ciddi təhdidlər yaratmışdı. O vaxtkı AXC-Müsavat hakimiyyətinin davranışlarından aydın sezilirdi ki,  dövlət idarəçiliyi sahəsində tamam səriştəsizdirlər və belə şəraitdə ölkənin müstəqil inkişafını təmin edə bilməyəcəklər.
ölkədəki qeyri-leqal, siyasiləşmiş silahlı qruplaşmaların mövcudluğu və onların hakimiyyət və nüfuz  uğrunda qeyri-sivil mübarizəsi ağır olan vəziyyəti daha da ağırlaşdırırdı. Həmin dövrdə Azərbaycan gəncliyinin  səmərəli  inkişafı məsələsi diqqətdən tamam kənarda qalmışdı, onlardan ancaq mənfur niyyətlərin həyata keçirilməsi istiqamətində bir vasitə kimi istifadə edilirdi. Gənclərin böyük əksəriyyəti ayrı-ayrı hakimiyyət hərisləri tərəfindən yaradılmış qanunsuz silahlı qruplaşmalara cəlb edilmişdi. Bu, bütövlükdə xalqın gələcəyinə böyük zərbə idi. çünki bu, bir aksiomadır ki, dünyanın hər yerində dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, davamlı sosial-iqtisadi inkişaf fonunda gələcəyin etibarlı təminatı intellektual səviyyəsi və hərtərəfli potensialı yüksək olan kadrların yetişdirilməsindən, cəmiyyətin bütün sahələrində gənclərin yaxından iştirakının təmin edilməsi ilə onların imkanlarından səmərəli istifadə olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev bütün sahələrdə meqainkişafa nail olduğu kimi, gənclər siyasəti sahəsində də ciddi işlərin reallaşdırılmasının vacibliyini müəyyənləşdirdi. Bu istiqamətdə böyük addımlar atıldı.
Bu gün biz Azərbaycan gəncliyinin ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında yaxından fəal iştirakına, həmçinin, plüralist demokratiyanın mövcudluğunun əsas şərtlərindən olan vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin də öz dəyərli töhfələrini vermə imkanlarının yaradılmasına görə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə borcluyuq. Biz gənclər üçün belə geniş imkanlar əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yeni-yeni elementlərlə mükəmməlləşdirilərək davam etdirilən uğurlu gənclər siyasəti sayəsində yaradılıb. Azərbaycanda həyata keçirilən gənclər siyasəti hər şeydən öncə fərdi qaydada hər bir gəncə cəmiyyətdə özünü təsiq etməsi, yüksək bilik və bacarıqlar qazanması, dövlətinin dəyərli vətəndaşına çevrilməsi üçün unikal zəmin və şərait yaradıb. çünki həyata keçirilən gənclər siyasətinin leytmotivini Azərbaycan Respublikasının daha da inkişaf etməsi, dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi istiqamətində gənclərin potensialından geniş və səmərəli istifadə edilməsi, bunun üçün gənclərə münasib şəraitin yaradılması və hər şeydən öncə yüksək intellektli, bacarıqlı və ali mənəvi dəyərlərə malik Azərbaycan gəncliyinin formalaşdırılması təşkil edir. Bu siyasətin uğurlu, sarsılmaz bünövrəsini ümummilli lider Heydər Əliyev qoyub.
Ali siyasi hakimiyyətə ikinci dəfə qayıdışının elə ilk illərindəcə hər bir Azərbaycan gənci Onun sonsuz qayğısını və dövlətin himayəsini hiss etməyə başlayıb. Belə ki, 1995-ci ilin mart ayında o böyük qəlbli dahi insanın gənclərlə yaddaşlarda daim qalacaq ilk görüşü oldu. Bu görüşdə ümummilli lider hər zaman Azərbaycan gənclərinin yanında olacağını, onların dəyərli vətəndaş kimi yetişməsi üçün əlindən gələni edəcəyini bildirdi. O, qeyd etdi ki, hər şeydən öncə dövlət gənclərin sağlam ruhda tərbiyə alması üçün tədbirlər həyata keçirməlidr. ümummilli lider dedi və etdi. 1996-cı ilin fevral ayının 2-də ümummilli liderin təşəbbüsü ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bu forumun keçirilməsi hər bir azərbaycanlı gəncin həyatında olduqca əlamətdar hadisə idi. Forumda Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı gənclər siyasətinin dəqiq konturlarının müəyyənləşdirilməsi gənclərdə sabaha böyük ümidlər yaratdı, hər bir gənc ümummilli lider Heydər Əliyevin simasında etibarlı himayədarının olduğunu dərk etdi. Belə ki, Azərbaycanın müxtəlif bölgələrindən olan 2 minədək gəncin iştirakı ilə keçirilən forumda hər şeydən öncə Vətənini sevən, milli dəyərləri və dövlətçilik prinsiplərini hər şeydən uca tutan, yüksək bilik və bacarıqlara malik gənc nəslin yetişdirilməsi ilə bağlı ayrı-ayrı dövlət orqanlarının üzərlərinə düşən vəzifələr və məsuliyyət müəyyənləşdirildi.
Bununla yanaşı, Azərbaycan Gənclərinin I Forumu hər bir gəncin öz üzərinə düşən vəzifələri dərk etməsi baxımından da əhəmiyyətli idi. Bu forum və Heydər Əliyevin Azərbaycan gənclərinin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində atdığı növbəti addımlar gənclərin gələcək inkişafına böyük stimullar yaratmış oldu. Gənclərin I Forumunda qəbul edilmiş qətnaməyə əsasən,  II forum 1999-cu il martın 2-3-də keçirildi.  Forumun işində yaxından iştirak edən ümummilli liderimiz Heydər Əliyev gənclərə, öz bilik və bacarıqlarını reallaşdıra bilmələri üçün hər cür şəraitin və imkanların yaradılmasının, müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində onların potensialından səmərəli istifadə etməyin vacibliyini bir daha səsləndirdi və  bütün dövlət orqanlarına bununla bağlı göstəriş və tövsiyələrini verdi.
Beləliklə, ən yüksək mənəvi, intellektual və fiziki keyfiyyətlərə malik olan Azərbaycan gəncliyinin formalaşması istiqamətində həyata keçirilən dövlət siyasətində müdhiş bir dinamiklik hiss edilirdi. 1997-ci ildə Ulu öndər fevralın 2-nin Azərbaycan Gəncləri günü elan edilməsi ilə bağlı Fərman imzaladı. Bununla, Heydər Əliyev Azərbaycanda həyata keçirilməsinə start vermiş olduğu gənclər siyasətinin özülünü daha da möhkəmləndirdi. ümummilli lider böyük müdrikliklə müəyyənləşdirmişdi ki, digər sahələrdə olduğu kimi, gənclərin səmərəli inkişafı istiqamətində də həyata keçirilən fəaliyyətin səmərəliliyini və uğurunu təmin etmək üçün lazımi qanunvericilik bazasının formalaşdırılması zəruridir. Ulu öndər Azərbaycan gənclərinin ilk forumunun keçirildiyi vaxtdan etibarən bu istiqamətdə olduqca böyük işlər gördü. Belə ki, 1996-2002-ci illər ərzində Heydər Əliyevin “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”,  “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” imzaladığı fərman və sərəncamlar müasir Azərbaycan gəncliyinin formalaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin uğuruna təminat verdi. ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan gəncliyinin formalaşdırılması istiqamətində imzalanan bütün fərman və sərəncamlar, atılan bütün addımlar hər bir Azərbaycan gəncinin respublikamızın ictimai-siyasi həyatında yaxından iştirakı üçün geniş imkanlar açmaqla yanaşı, ayrı-ayrı dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsini şərtləndirib.  Ulu öndər demişdir ki, “XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq və inkişaf etdirmək dövrüdür”. Bu o deməkdir ki, ümummilli lider Azərbaycan gənclərinə hədsiz dərəcədə böyük etimad göstərib. Bu etimat bizim hər birimizin üzərinə böyük məsuliyyət qoyub və hər bir gənc əlindən gələni etməlidir ki, Heydər Əliyevin gənclərə göstərdiyi böyük etimadı doğrultsun.
Heydər Əliyevin Azərbaycan gənclərinə ölçüyəgəlməz dərəcədə böyük qayğı göstərdiyini daha bir məqam sübut edir. Bu məqama xüsusi diqqət yetirmək vacibdir. O, müasir gənclərin vətəninə, xalqına layiq, hərtərəfli hazırlıqlı övlad kimi yetişməsinin qeydinə qalmaqla yanaşı, sabahın da gənclərini düşünürdü. Onun gərgin əməyi və səyləri nəticəsində Azərbaycan malik olduğu zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün iri layihələrə imza atıb. Əldə olunan gəlirlərdən ölkənin bütün infrastrukturlarının inkişafında səmərəli istifadə edildiyi kimi, gənclərin də inkişaf etdirilməsi və gələcək nəsillərin  rifah halının təmin edilməsi istiqamətində də geniş istifadə olunur. ümummilli liderin təşəbbüsü ilə Dövlət Neft Fondunun yaradılması və fondun maliyyə ehtiyatlarının əsas hissəsinin gələcək nəsillər üçün nəzərdə tutulması bir daha ölkədə gənclərin bu gününün və sabahının ən yüksək səviyyədə, etibarlı təminatı haqqında düşünüldüyünü sübut edir. Heydər Əliyev gənclərin bütün təbəqələrinin dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət yetirirdi. Bunun üçün aidiyyətı dövlət qurumlarının və təşkilatların imkanlarının səfərbər edilməsi istiqamətində yorulmadan fəaliyyət göstərirdi, gənclərin problemlərinin aradan qaldırılması ilə bağlı həyata keçirilən hər bir tədbirə, atılan hər bir addıma böyük önəm verirdi. Ulu öndər gənclərlə bağlı reallaşdırılan siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə yanaşı, həm də müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə yüksəldilib. Prezident İlham Əliyev Ulu öndərin əsasını qoyduğu uğurlu gənclər siyasətinə böyük sadiqlik nümayiş etdirərək bu istiqamətdə əhəmiyyətli qərarlar qəbul edib və addımlar atıb. Son bir neçə ildə bilavasitə gənclərlə bağlı 20-ə qədər normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə cənab İlham Əliyev tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə çox geniş spektrlidir.  Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin  cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.  Gənclər ölkədəki  demokratiya quruculuğu istiqamətində uğurla həyata keçirilən çoxşaxəli fəaliyyətə öz töhfələrini verməkdədirlər. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm,  mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə  geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir. Prezident İlham Əliyev 2005-ci il avqust ayının 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədini daşıyırdı. 2005-2009-cu illəri əhatə edən bu proqramda gənclərin və yeniyetmələrin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və s. məsələlər əksini tapıb. Proqramın tələblərinə uyğun olaraq bu istqamətdə qarşıda duran bütün vəzifələrin dəqiqliklə həyata keçirilməsində birbaşa dövlət başçısının yaxından iştirakı ilə və nəzarəti altında uğurlu addımlar atılıb. 2006-cı ildə cənab Prezidentin Fərmanı ilə Gənclər və Idman Nazirliyi yenidən təşkil edilib. Bununla, həm də  nazirliyin qarşısında gənclərin daha mükəmməl təşkilatlanması, problemlərinin həlli, bilik və bacarıqlarının yüksəldilməsi ilə bağlı yeni ciddi vəzifələr qoyulub. Dövlət başçısının qərarı ilə 2007-ci il ölkəmizdə Gənclər ili kimi qeyd edilib. Cənab Prezident demişdir ki, Azərbaycanın gələcək inkişafında gənclərin rolu çox böyükdür. Bunun üçün Prezident İlham Əliyev ilk növbədə, gənclərin təhsil səviyyəsinin, bilik və bacarıqlarının yüksəldilməsi məsələsinə daha çox diqqət yetirib. Bu baxımdan dövlət gənclər siyasətinin mühüm istiqamətini  gələcək nəslin intellektual səviyyəsinin artırılması ilə bağlı işlərin həyata keçirilməsi təşkil edir. ölkədə həyata keçirilən uğurlu təhsil islahatları nəticəsində gənclərimizin təhsil səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Belə ki, indi ölkəmizdəki 1000 nəfər gəncdən 954-nün bu və ya digər səviyyə də təhsili var. Ali məktəblərdə təhsil alan gənclərin sayı 129 min, orta ixtisas məktəblərində isə 57 min nəfər təşkil edir. Yaradılmış unikal imkanlar gənclərin  elmi fəaliyyətlə məşğul olması üçün böyük stimul olub. Sevindirici haldır ki, ölkədəki tədqiqatçıların 19 faizini gənclər təşkil edir. Dövlətin gənclərimizə olan böyük qayğısının nəticəsidir ki, dövlət büdcəsinin böyük hissəsi təhsil xərcləri üçün nəzərdə tutulub. Son bir neçə  ildə həm dövlət vəsaiti hesabına, həm də Heydər Əliyev Fondunun hesabına 1200-ə yaxın məktəb tikilib, əksər məktəblər və ali təhsil ocaqları əsaslı təmir edilib. Bu istiqamətdə işlər davamlı xarakter alıb. ölkədə geniş kompüterləşmə proqramı həyata keçirilir. Bu, olduqca əhəmiyyətli məsələdir. İnformasiya texnologiyalarından istifadə etmək vərdişlərinə yiyələnməklə və internetə çıxış imkanı əldə etməklə gənclərimiz, şagirdlərimiz, tələbələrimiz dünyada baş verən bütün hadisələri yaxından izləyir, dünyada gedən prosesləri təhlil etmək üçün imkanlar əldə edirlər. Prezident İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etməsi  bütün təbəqədən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açıb.
Dövlət gənclər siyasəti çərçivəsində gənc ailələrə xüsusi qayğı göstərilir. Bu istiqamətdə aparılan uğurlu siyasətin nəticəsidir ki, son illərdə nikah bağlayan gənclərimizin xüsusi çəkisi 56 faiz artıb. Gənclərə ipoteka kreditlərinin verilməsi onların mənzil probleminin həll olunmasında mühüm rol oynayır. 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi ilə əlaqədar  Prezident İlham Əliyev Fərman imzalayıb. Bu, Azərbaycan dövlətinin gənclərə qayğısının daha bir bariz nümunəsi idi. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin təmin edilməsi də mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın bəzi dövlətləri Azərbaycanın gənclər siyasəti modelini tətbiq etmək istəyirlər.
Azərbaycan gəncliyinin formalaşmasında və keyfiyyətli inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi ardıcıl tədbirlərin  Azərbaycan gəncinin mənəvi dəyərlərinin möhkəmlənməsində, intellektual səviyyəsinin yüksəlməsində və digər keyfiyyətlər qazanaraq özünü cəmiyyətdə təsdiq edə bilməsində əvəzsiz rolu olub. Azərbaycanın birinci xanımı gənclərin məşğulluğunun təmin olunması istiqamətində  də böyük işlər görüb, mühüm addımlar atıb. Bu istqimatdə dünya dövlətləri üçün örnək olacaq nailiyyətlər əldə edilib.  2008-ci ilin sentyabrında Heydər Əliyev Fondunun dəstəyi ilə, dünyanın yüz ölkəsindən beş yüzə yaxın qonağın qatıldığı “Gənclərin Məşğulluq Sammiti”nə ev sahibliyi edən Azərbaycan məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işlərlərlə dünyanı heyran qoyub. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan gəncliyinin bu günü və sabahı etibarlı əllərdədir və biz  sabaha böyük inamla baxırıq.

Elşad MİRBƏŞİR

 
  • Oxunub:  18300  |  
  • Tarix:  02-02-2010  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA