Ana səhifə »  Siyasət »  AZƏRTAC - yüz illik şərəfli yol
A+   Yenilə  A-
AZƏRTAC - yüz illik şərəfli yol

Martın 1-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın 100 yaşı tamam olur. Əgər Birinci Respublika dövründə agentliyin təşəkkülü, sonrakı illərdə onun inkişafı, fəaliyyəti və şanlı tarixi barədə informasiyanı açıq mənbələrdən, ədəbiyyatdan, veteranların xatirələrindən, habelə agentliyin özünün zəngin arxivindən götürməli olmuşamsa, AZƏRTAC-ın həyatının son 10 ili gözümün qabağında, bilavasitə mənim iştirakımla keçib.
Əslində, mən, əgər belə demək olarsa, bu illəri AZƏRTAC-la birgə yaşamışam...
Düşünürəm müəyyən mənada mənəvi haqqım çatır ki, AZƏRTAC-ın tarixinin mənim də müasiri və birbaşa iştirakçısı olduğum hissəsi barədə oxucularımıza, yaxud agentliyin “foloverlər”inə (indi oxucuları belə adlandırmağı sevirlər) məlumat verim.
Mən AZƏRTAC-da işə qəbul ediləndə, agentlik beynəlxalq alyanslara təzəcə üzv olmuşdu. O zaman bu alyansların adları mənə heç nə demirdi: OANA və EANA - müvafiq olaraq, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı və Avropa Xəbər Agentlikləri Alyansı. Təbii ki, onda təsəvvür də edə bilməzdim ki, AZƏRTAC cəmi bir neçə il ərzində dünya informasiya agentlikləri ailəsində özünü tanıdacaq və elə böyük nüfuz qazanacaq ki, alyanslara qoşulandan bir neçə il sonra onların birinin sədrliyini, özü də alternativ seçim əsasında gizli səsvermə yolu ilə öz üzərinə götürəcək. O dövrdə təsəvvürə gətirmək çətin idi ki, vaxt gələcək, Dünya Xəbər Agentliklərinin Konqresi mənim doğma şəhərim Bakıda keçiriləcək və AZƏRTAC bu təşkilata da sədrliyi öz üzərinə götürəcək.
Bəli, o vaxtlar bütün bunlar fantastikaya bənzəyirdi. Amma bununla belə, fantastika cəmi bir neçə il ərzində reallığa çevrildi. Elə bir reallığa ki, ona toxunmaq və hətta onun iştirakçısına çevrilmək olar.
Məhz belə hallarda deyirlər ki, “inkişafla ayaqlaşmaq olmur!”. AZƏRTAC da son 10 ildə məhz belə misli görünməmiş inkişaf yolu keçib. Mən özümü xoşbəxt insan saya bilərəm, çünki Azərbaycanın ən qocaman media təşkilatında işlədiyim 11 ildən bir qədər çox müddət ərzində bu inkişafın canlı şahidi və hətta iştirakçısı olmuşam. Bütün bu illər ərzində AZƏRTAC-ın kollektivi müasir Azərbaycan jurnalistikasının görkəmli peşəkarlarından biri Aslan Aslanovun rəhbərliyi ilə öz səylərini ümumi məqsədə - agentliyin fəaliyyətini yeni tələblər ruhunda və yeni minilliyin çağırışlarını nəzərə almaqla modernləşdirməyə yönəldib. Bu, rəqəmsal texnologiyalar, sosial şəbəkələr dövrüdür, bizim peşəmizdən olan insanların leksikonunun sələflərimizə tanış olmayan yeni terminlərlə hər gün zənginləşdiyi dövrdür. Bu, tərəfdaş təşkilatlarla, xarici həmkarlarla həm ikitərəfli əsasda, həm də yuxarıda adları çəkilən regional alyanslar çərçivəsində keyfiyyətcə başqa səviyyəli münasibətlər qurmaq dövrüdür. Əlbəttə, hər bir əməkdaşın peşə təfəkkürünü və öz işinə münasibətini əsaslı şəkildə dəyişdirmədən, sözün həqiqi mənasında, iddialı olan bu məqsədə çatmaq mümkün deyildi və kollektivin hər bir üzvü bunu yaxşı başa düşürdü.
Mən “inqilab” sözünü sevmirəm və çox nadir hallarda bu kəlmədən istifadə edirəm. Lakin keyfiyyət dəyişiklikləri bu dərəcədə əsaslı xarakter daşıyanda, söhbət materiyanın özünün transformasiyasından, onun mahiyyətcə yeni pilləyə qalxmasından gedəndə, bu söz lap yerinə düşür. Bax, ən azı son 10 ildə AZƏRTAC-ın transformasiyası da bu cür əsaslı xarakter daşıdığına görə, onu inqilabi adlandırmaq tamamilə yerinə düşər.
Bəli, AZƏRTAC bir inqilab yaşadı! Bu gün AZƏRTAC, sözün tam mənasında, XXI əsrin xəbər agentliyidir. Nəyisə öyrəndiyimiz vaxtlar çoxdan keçib, indi özümüz də başqalarına öyrədirik. Təkcə üçüncü dünya ölkələrindən deyil, Avropa ölkələrindən olan həmkarlarımız təcrübə toplamaq üçün bizə gəlirlər. Bütün bunların arxasında agentliyin daim zənginləşən təcrübəsi, təkcə Azərbaycan cəmiyyətində deyil, dünya üzrə tərəfdaş agentliklər ailəsində artmaqda olan nüfuzu dayanır.
Biz hazırda bazar uğrunda barışmaz mübarizə gedən bir dünyada yaşayırıq. Elə bir dünyada ki, rəqiblər zamanın nəbzini tuta bilməyənlərə aman vermirlər, onlar ya rəqibləri tərəfindən udulur, ya da tarixinin səhnəsindən silinib gedirlər. Əgər bazarın hər hansı iştirakçısı öz işini modernləşdirmək zərurətini vaxtında hiss etmirsə, onda uduzur və keçmişə çevrilir. Əfsuslar olsun ki, bazarın amansız qanunu budur. Bu yerdə bir vaxtlar çox iri şirkət olan İsveçin NOKIA korporasiyasının rəhbəri Stefan Elopun 2013-cü ildə mətbuat konfransında dediyi sözlər yadıma düşür. O, şirkətin “Microsoft”un mülkiyyətinə keçdiyini elan edərkən kövrəldiyini gizlədə bilməyərək demişdi: “Biz səhvlərə yol vermədik, lakin nədənsə uduzduq”.
Uduzmamaq və bazarda qalmaq üçün, sadəcə, “səhvlərə yol verməmək” və “öz işini düzgün qurmaq” həqiqətən də yetərli deyil. NOKIA-nı sıxışdırıb bazardan çıxaran “iPhone” korporasiyası da səhvlərə yol verməmişdi və öz işini düzgün qurmuşdu. Lakin o, sadəcə, “səhvlərə yol verməməkdən” və “öz işini düzgün qurmaqdan” azacıq irəli getmişdi. O, irəliyə doğru böyük addım atmaq üçün yollar axtarırdı. Sadəcə, “öz işini düzgün qurmaq” ona məmnunluq hissi bəxş etmirdi. Bu, onun üçün yetərli deyildi və başa düşdü ki, ona inqilab lazımdır. O, bu inqilabı etdi və qalib gəldi.
Azərbaycanın informasiya bazarında AZƏRTAC-a tay tutulacaq rəqiblər olmasa da, bizim kollektiv daxildə öz işini modernləşdirməyin və gələcəyə doğru böyük addım atmağın vacibliyini eynən bu cür başa düşüb. Bizi də heç kim məcbur etməyib, heç kim tələsdirməyib. Bu, daxilən dərk edilmiş bir zərurət idi və dövlətimizin başçısının ölkənin modernləşdirilməsi kursu götürməsindən, AZƏRTAC-ın menecmentinin bu kursu agentliyin fəaliyyətinə uyğunlaşdırmasından irəli gəlirdi.
Kimsə düşünə bilər ki, bunlar gəlişi gözəl sözlər və ya bir əməkdaş tərəfindən agentliyin tərifinin göylərə qaldırılmasıdır. Lakin qarşımızda heç bir öhdəliyi olmayan müstəqil mənbələrdən bu sözləri təsdiq edən çoxsaylı nümunə və istinadlar gətirmək olar.
Məsələn, elə götürək, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Koreya Respublikasının Prezidenti, Vyetnam Respublikasının Baş Naziri tərəfindən qəbul edilməsini, yaxud onun Böyük Britaniya şahzadəsi Çarlz, Livan, İran, Səudiyyə Ərəbistanı və bir sıra digər dövlətlərin informasiya nazirləri, Çinin dünya üzrə yüz milyonluq auditoriyası olan “Sinxua” agentliyinin və “China Daily” nəşrinin rəhbərləri ilə görüşlərini. Onların hamısı gərgin iş rejimi olan son dərəcə məşğul insanlardır və heç vaxt protokol xatirinə görüş keçirmirlər. Həmin şəxslər yalnız dünyada öz sanbalı olan ən nüfuzlu təşkilatların nümayəndələrini qəbul edirlər. Elə təkcə bu, AZƏRTAC-ın nüfuzunun artdığını sübut etmirmi?! AZƏRTAC-ın imici və beynəlxalq əlaqələri əvvəllər heç vaxt bugünkü qədər yüksək səviyyədə olmayıb!
Koreya Respublikasının Prezidenti Mun Ce-inin ötən ilin noyabrında AZƏRTAC-ın sədrinin rəhbərliyi ilə OANA nümayəndə heyətini qəbul etdiyi zaman dediyi sözlər yadıma düşür. OANA-nın saytında xəbərləri müntəzəm izlədiyini xüsusi vurğulayan Koreya dövlətinin başçısı Azərbaycan agentliyinin sədrliyi dövründə təşkilatın fəaliyyətində böyük tərəqqini qeyd edərək deyib: “Qarşımızda aradan qaldırmalı olduğumuz maneələr hələ çoxdur. Amma mən inanıram ki, sizin dəstəyinizlə sülhün təmin olunması istiqamətində yeni tarixi addımlar atılacaq. OANA-nın hər bir üzvünə uğurlar arzu edirəm. Təşkilatın inkişafına və təkmilləşdirilməsinə töhfəsinə görə OANA-nın prezidenti - AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkürümü bildirirəm”. Məlum məsələdir, prezidentlər söz demək xatirinə danışmırlar!
Yarım il əvvəl Vyetnam Respublikasının Baş Naziri Nquyen Suan Fuk OANA İcraiyyə Komitəsinin Hanoyda AZƏRTAC-ın sədrliyi ilə keçirilən iclasının iştirakçılarının bir qrupunu qəbul edib. O qeyd edib ki, təkcə Vyetnamla Azərbaycan arasındakı əlaqələrə deyil, ölkələrimizin iki ən böyük xəbər agentliyi arasındakı əlaqələrə də birinci dərəcəli əhəmiyyət verir.
Livanın İnformasiya naziri Melhem ər-Riyaşi 2017-ci ildə Beyrutda keçirilən görüşdə deyib ki, müasir rəqəmsal dövrdə medianın üzərinə böyük məsuliyyət düşür, etika və obyektivlik isə jurnalistikada həmişə aktual mövzular olub. Nazir bildirib ki, informasiyanı alıb onu bütün dünyaya yayan xəbər agentlikləri mədəni əlaqələrin, insanlar və xalqlar arasında dialoqun möhkəmlənməsinə diqqət yetirməli, münaqişələrin və qarşıdurmaların qarşısının alınmasına, etimadın möhkəmlənməsinə töhfə verməlidirlər. Ər-Riyaşi vurğulayıb ki, Asiya qitəsinin və Sakit okean regionunun 35 ölkəsindən 44 agentliyi öz sıralarında birləşdirən OANA AZƏRTAC-ın başçılığı ilə bu işdə böyük rol oynayır.
Səudiyyə Ərəbistanı Krallığının İnformasiya naziri Türki bin Abdulla əl-Şaban İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) Baş Assambleyasının ötən ilin dekabrında Ciddədə keçirilmiş birinci növbədənkənar sessiyası çərçivəsində AZƏRTAC-ın nümayəndə heyətini qəbul edib. Nazir OANA-nın fəaliyyətinin canlanmasına və təkmilləşməsinə AZƏRTAC-ın töhfəsini nəzərə alaraq xahiş edib ki, azərbaycanlı həmkarlar UNA-nın da fəaliyyətini canlandırmağa kömək etsinlər. Zənnimcə, bu, AZƏRTAC-ın təkcə nüfuzunun deyil, həm də praktiki uğurlarının etiraf olunmasının təsdiqidir.
Bu gün AZƏRTAC, sadəcə, alyansların üzvü deyil, həm də OANA-nın vitse-prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvüdür. Agentlik Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir, KİV-lərin “Bir kəmər, bir yol” Əməkdaşlıq Forumunun (bu platforma barədə bir qədər sonra) həmtəsisçisidir. AZƏRTAC 2011-2013-cü illərdə BSANNA-ya sədrlik edib. İki ildən bir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun proqramına daim AZƏRTAC-ın təşkilatçılığı ilə jurnalistika və media mövzusunda dəyirmi masalar daxil edilir. Çox az adam bilir ki, bu mötəbər ənənəvi Foruma ev sahibliyi edən Bakı haqqında qanadlı ifadəyə çevrilmiş “Humanitar Davos” sözlərini ilk dəfə AZƏRTAC-ın əməkdaşlarından biri işlədib. Bu ifadə o dərəcədə xoşa gəlib və elə yerinə düşüb ki, dərhal dillər əzbərinə çevrilib və Bakı Beynəlxalq Humanitar Forumunun frazeoloji loqosu kimi möhkəm kök salıb!
Nəhayət, 2016-cı ildə AZƏRTAC iki çox mühüm tədbiri - Dünya Xəbər Agentliklərinin V Konqresini və OANA-nın XVI Baş Assambleyasını eyni vaxtda keçirib. Gəlin, bu tədbirlərin Bakıda keçirilməsi faktının nə demək olduğu üzərində düşünək. Ümumiyyətlə, bu fakt Azərbaycana nə verdi? Əminəm ki, ilk növbədə, Azərbaycanın adı, onun simasında isə AZƏRTAC-ın adı təkcə çox nüfuzlu bu iki təşkilatın tarixinə deyil, həm də bütövlükdə dünya mediasının tarixinə həmişəlik qızıl hərflərlə yazıldı. Çoxlarına elə gələ bilər ki, bu iki tədbirin Azərbaycanda keçirilməsinə beynəlxalq birliyin razılığını almaq çox asan məsələdir. Həqiqətən də belə düşünənlər bilməlidirlər ki, dünyanın 80-dən çox ölkəsindən 100-dən artıq xəbər agentliyinin rəhbərləri sıx və yetərincə gərgin iş rejimi olan ciddi və mötəbər insanlardır. Əgər onlar bütün Yer kürəsini dolanıb Bakıya uçmağı qərara alırlarsa, deməli, həmin tədbirdə mütləq iştirak etməlidirlər. Skeptiklər bunu da bilməlidirlər ki, bu cür miqyaslı tədbirlərin keçirilməsi üçün təkcə müraciət etmək əsla yetərli deyil. Belə ciddi tədbirlərə ev sahibliyi etmək istəyən dövlətlər həmişə olub və bundan sonra da olacaq. Olimpiya oyunlarının, yaxud dünya çempionatlarının keçirilməsi hüququ uğrunda mübarizə aparan dövlətlər arasında ehtirasların necə coşduğunu yada salaq. Bu məsələ ev sahibi olan ölkə üçün təkcə nüfuz məsələsi deyil, - hərçənd bu da son dərəcə əhəmiyyətlidir, - həm də dünya birliyinin həmin dövlətə göstərdiyi etimaddır, onun bu tədbiri çox yüksək səviyyədə keçirəcəyinə əminlik ifadəsidir.
İkincisi, Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının Bakıda keçirilməsi faktı təkcə Azərbaycanın yüksək potensialının qəbul edilməsinin təsdiqi deyil, həm də dövlətimizin beynəlxalq arenada qazandığı böyük nüfuzun təsdiqidir. Unutmayaq ki, bu nüfuzun zirvəsinə aparan yol da keşməkeşli olub. Gənc dövlət bədxahlarımızın - “qara piar”, yanlış informasiya və “feyk” ustalarının səyləri ilə barəmizdə yaranmış stereotipləri qırmalı olub.
Üçüncüsü isə gəlin unutmayaq ki, dövlətimizin başçısı İlham Əliyev dünyanın bütün qitələrindən gəlmiş, öz ölkələrində və beynəlxalq aləmdə ictimai rəyin formalaşmasında söz sahibi olan adlı-sanlı qonaqları qəbul edib. Prezident bu görüşdə təkcə Azərbaycanın uğurlarından deyil, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, xalqımızın Xocalı faciəsindən, bu problemin səbəb və ağır nəticələrindən danışıb. Onların çoxu ölkələrinə qayıdandan sonra Bakıda eşitdiklərini öz cəmiyyətləri ilə bölüşüblər, həqiqəti öz vətəndaşlarına çatdırıblar.
Burada kiçik bir haşiyə çıxıb tarixə ekskurs etmək yerinə düşər. AZƏRTAC-ın dünyaya çıxmasının vacibliyi haqqında ilk dəfə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev düşünüb. Onun Özünün dediyinə görə, hələ sovet dövründə Bakıda, daha sonra Moskvada rəhbər vəzifələrdə işləyərkən UNESKO tərəfindən OANA adlı təşkilatın yaradılması barədə eşidib. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan və Heydər Əliyev xalqın çağırışı ilə Azərbaycan dövlətinə başçılıq edəndən sonra O, ölkəmizin informasiya blokadasından çıxmasının yol xəritəsini şəxsən cızıb. Ümummilli Lider AZƏRTAC-ın dünya xəbər agentlikləri ailəsinə inteqrasiyasını bu xəritənin mühüm elementlərindən biri olaraq görürdü. Onun fikrincə, OANA milli agentlik üçün ilk addım, onun “dünyaya pəncərəsi” olmalı idi. Bu “pəncərə”ni açmaq lazımdı. Bu iş 2004-cü ildə baş tutdu. Həmin gün Bakı təkcə bir təşkilatın Baş Assambleyasına deyil, həm də Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi etdi. Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyimizə görə bu gün fəxr edə bilərik.
“Sinxua” agentliyinin təşəbbüsü ilə AZƏRTAC-ın Çin Xalq Respublikasının “Bir kəmər, bir yol” proqramı çərçivəsində yaradılmış eyniadlı KİV-lərin Əməkdaşlığı Forumunun təsisçi üzvü olması agentliyimizin, onun simasında isə bütün Azərbaycan dövlətinin nüfuzunun artmasının daha bir təsdiqidir. Çin kimi nəhəng bir dövlətin agentliyinin bu son dərəcə nüfuzlu media platformasının təsisçi üzvü olaraq hər hansı başqa agentliyi deyil, məhz AZƏRTAC-ı seçməsi elə bir hadisədir ki, onun əhəmiyyəti heç bir ölçüyə gəlmir. Bunun təsdiqi olaraq çinli həmkarlar agentliyimizə möhürlənmiş rəsmi sertifikat göndəriblər. Bu sertifikat AZƏRTAC-ın şanlı tarixinin arxivini daha da zənginləşdirdi.
AZƏRTAC bu günə qədər dünyanın 47 milli informasiya agentliyi ilə əməkdaşlıq və informasiya mübadiləsi haqqında müqavilələr imzalayıb, 21 ölkədə müxbir məntəqələri fəaliyyət göstərir. “Facebook”, “Twitter”, “YouTube”, “Instagram” sosial şəbəkələrində AZƏRTAC-ın 8 dildə profilləri fəaliyyət göstərir. Kollektiv multimedia texnologiyalarının mənimsənilməsində böyük uğurlar qazanıb. Agentliyin veb-saytı ən müasir meyarlara cavab verir.
Agentliyin yeni inzibati binası tezliklə qapılarını kollektivin üzünə açacaq. Dövlətimizin başçısı İlham Əliyevin diqqəti və qayğısı sayəsində inşa edilən bina texniki cəhətdən ən müasir standartlara uyğun təchiz ediləcək. Dünya xəbər sənayesinə liderlik edən agentliklərin nümayəndələri AZƏRTAC-ın “newsroom” layihəsinə heyran qaldıqlarını bildiriblər.
Bütün bunlar faktlardır. Faktları heç bir şey dəyişdirə bilməz.
Əlbəttə, saysız-hesabsız istinadlar gətirmək olar. Lakin məgər aşkar olanın sübuta ehtiyacı varmı?
Agentliyin kollektivi 100 illik yubileyini həqiqətən də böyük uğurlar və nailiyyətlərlə, öz Vətəninə görə keçirdiyi qürur hissi ilə, dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın milli mətbuata diqqət və qayğısına görə onları dərin minnətdarlıq hissi ilə qarşılayır.
Babalarımız 1918-ci ildə Birinci Cümhuriyyəti qurublar. Onun ömrü uzun sürmədi. İllər keçəndən sonra biz tökülən qanlar bahasına onu nəinki bərpa edə bildik, həm də möhkəmləndirdik. Xalqımızın tarixində ilk informasiya agentliyi də bizə babalarımızdan miras qalıb. O, bir əsr ərzində şanlı tarix yaşayıb. Bugünkü AZƏRTAC istər sələflərimiz, istərsə də müasirlərimiz olan minlərlə həmvətənimizin yüzillik zəhmətinin bəhrəsidir. Bizim müqəddəs borcumuz onu qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Biz elə etməliyik ki, bir vaxtlar Stefan Elopun dediyi acı sözləri gələcək nəslin nümayəndələrindən heç kəs kədərlə təkrar etmək məcburiyyətində qalmasın.
Doğma AZƏRTAC, 100 yaşın mübarək! Daim yaşa!
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri,
tarix üzrə fəlsəfə doktoru

 
  • Oxunub:  2340  |  
  • Tarix:  14-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA