
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Fond Ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.
Qeyd olunub ki, Fonddakı bütün eksponatlar Ulu öndərin arxivindən götürülüb və onların arasında şəxsi əşyalar üstünlük təşkil edir.
ümummilli lider Heydər Əliyevin təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təltif olunduğu müxtəlif ordenlər və medallar, dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə çəkilən fotoşəkillər qonaqların marağına səbəb olub.
Ulu öndərin neft strategiyasını əks etdirən eksponatlara baxan nümayəndə heyətinə bu barədə də ətraflı məlumat verilib. ümummilli liderin dünyanın böyük dövlətlərinin rəhbərləri, mədəniyyət, incəsənət xadimləri ilə keçirdiyi görüşlərdə çəkilmiş tarixi fotosənədlər də qonaqlarda maraq doğurub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, Ulu öndərin adını daşıyan Fondun həyata keçirdiyi layihələr barədə küveytli qonaqların sualları ətraflı cavablandırılıb.
- Oxunub: 16680 |
- Tarix: 05-02-2010 |
-
Çap et |