Ana səhifə »  Siyasət »  Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
A+   Yenilə  A-
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

Prezident İlham Əliyev: Biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq
Müstəqil Azərbaycanın dünyada böyük maraqla izlənilən nümunəvi inkişaf modelinin səciyyəvi cəhətlərindən biri bütün ölkə üzrə yaradılan müasir infrastruktur quruculuğu ilə bağlıdır. Təbii ki, böyük həcmlərdə investisiya qoyuluşu hesabına inşa olunan müxtəlif təyinatlı infrastruktur obyektləri ölkədə əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm rol oynayır. Eyni zamanda, bütün ölkə boyunca müasir infrastrukturun yaradılması Azərbaycanda iqtisadi aktivliyin, o cümlədən də respublikamızın investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərir. Yeri gəlmişkən, Azərbaycanın müasir infrastruktur quruculuğuna yüksək önəm verməsi Prezident İlham Əliyevin bir qədər bundan əvvəl Davos İqtisadi Forumu çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra nəhəng şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərdə və qatıldığı müzakirələrdə də yüksək dəyərləndirilib. Dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında Azərbaycanın yüksək infrastruktur təminatına malik ölkəyə çevrildiyini nəzərə çatdıraraq vurğulayıb: “Biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq”.
Davos Forumunun hesabatına əsasən, Azərbaycan elektrik enerjisinə çıxış imkanına görə dünyada ikinci yerə yüksəlib
Azərbaycanda yüksəksəviyyəli infrastruktur quruculuğunu yeni generasiya güclərinin yaradılmasının, elektrik enerjisinin ötürülməsi və paylanması şəbəkələrinin yenidən qurulmasının, bu sahədə dayanıqlılığın təmin edilməsinin timsalında aydın şəkildə izləmək mümkündür. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində getdikcə genişlənən iqtisadiyyatın və artan əhalinin elektrik enerjisinə tələbatını dayanıqlı şəkildə ödəmək üçün enerji təhlükəsizliyinin möhkəmləndirilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır. Bütövlükdə, respublikamızda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 31 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. 2019-cu ildə 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın enerji generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. Bu gün ölkəmizdə istehlakçılar fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edilir. Eyni zamanda, respublikamızın müəyyən həcmlərdə ixrac imkanları yaranıb. Təkcə 2019-cu ildə ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar vəsait qazanıb. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun məlumatına əsasən, indiyədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilib və yaxud əsaslı təmir edilib. Şəbəkənin qoyuluş gücü 9 min meqavatamperdən 13 min meqavatamperə çatdırılıb. Baş verən qəzaların aradan qaldırılması üçün məsafədən idarə olunan dörd avtomatik idarəetmə mərkəzi yaradılıb.
Eyni zamanda, ölkənin elektroenergetika təsərrüfatında “Azərenerji” ASC tərəfindən reallaşdırılan layihələrin də əhatə dairəsi kifayət qədər genişdir. Hazırda “Azərenerji” ASC 12 elektrik stansiyasında və sistem əhəmiyyətli 20-dək yarımstansiyada tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Qurumun Mingəçevir İstilik Elektrik Stansiyasında 2018-ci ildə baş verən qəzadan sonra həyata keçirdiyi layihələr nəticəsində stansiyanın 5 bloku əsaslı şəkildə yenidən qurulub və 400 meqavatlıq itirilmiş güclər bərpa edilib. Stansiyanın qalan 3 blokunda isə 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə generasiya gücü əldə ediləcək.
Əlamətdar haldır ki, respublikamızda əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının möhkəmləndirilməsi, bu sahədə dayanıqlılığın təmin olunması beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu baxımdan Davos İqtisadi Forumunun ötən il yaydığı “Qlobal Rəqabətlilik Hesabatı” da xarakterikdir. Prezident İlham Əliyev Davos Forumunun bəhs olunan hesabatında ölkəmizdə elektrik enerji ilə təchizatın yaxşılaşmasının və əlçatanlığın təmin olunmasının yüksək qiymətə layiq görülməsinə diqqət çəkərək “Yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir”, - deyə bildirib.
Ölkədə müasir infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
Azərbaycanda müasir infrastruktur quruculuğu ayrılıqda götürülmüş hansısa bir istiqaməti deyil, müxtəlif sahələri əhatə edir. Prezident İlham Əliyev ölkəmizdə çoxşaxəli infrastruktur quruculuğu siyasətinin yaxşı nəticələr verdiyindən məmnunluğunu bildirib. “Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik”, - deyə dövlətimizin başçısı qeyd edib.
Respublikamızda infrastruktur quruculuğu sahəsində ayrı-ayrı istiqamətlər üzrə görülən işlərin miqyası kifayət qədər böyükdür. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində bölgələrdə qazlaşdırmaya dair bir sıra mühüm addımlar atılıb. Qurumun reallaşdırdığı çoxsaylı layihələrin nəticəsi olaraq 15 şəhər və rayonda, o cümlədən Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonlarında qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb. Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşdırmanın səviyyəsi 90 faizi ötüb.
Ölkə ərazisində qazlaşdırma layihələri 2019-cu ildə də intensiv şəkildə davam etdirilib. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 431 saylı Fərmanının icrası üçün dövlət büdcəsindən regionlarda aparılacaq işlər üçün 53,5 milyon, Bakıda aparılacaq işlər üçün isə 30 milyon manat vəsait ayrılıb. Ötən il ərzində nəzərdə tutulan layihələrin hamısı yüksək səviyyədə yerinə yetirilib. 2019-cu ildə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 100 368 yeni abonent qeydiyyata alınıb. Bunun 57 466-sı Bakı, Abşeron və Sumqayıt, 42 902-si regionlar üzrədir.
Respublikamızın regionlarında infrastruktur quruculuğunun geniş vüsət almasından söhbət açarkən su və kanalizasiya layihələrinin icrasını da xüsusi vurğulamaq lazımdır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov KİV-ə bildirib ki, Prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin 24 saat, fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin bölgələrdə genişmiqyaslı içməli və tullantı su layihələri icra olunub, bu işlər hazırda da davam etdirilir. Ötən müddətdə layihələrin həyata keçirildiyi 50 şəhər və rayon mərkəzinin 30-da içməli su və kanalizasiya layihələri, 11-də isə içməli su layihələrinin icrası yekunlaşıb. 10 şəhərdə tullantı sutəmizləyici qurğu inşa edilir. Hazırda Gəncə, Şəki, Mingəçevir kimi iri şəhərlər də daxil olmaqla ümumilikdə 11 şəhərdə layihələrin icrası davam etdirilir.
Son 16 ildə respublikamızda yol infrastrukturunun yenilənməsi həm magistral, həm də kənd yollarını əhatə edib. Bəhs olunan dövrdə ölkəmizin ərazisinndən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin funksionallığının artırılması məqsədilə qonşu dövlətlərin - Rusiya, İran və Gürcüstanın dövlət sərhədinədək uzanan magistralların beynəlxalq standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Nəticədə, açıq dənizə çıxışı olmayan respublikamız Avrasiyanın strateji nəqliyyat - tranzit qovşağına çevrilib. Bütövlükdə, respublikamızda hər il təxminən min kilometr yol əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, qurum tərəfindən 2019-cu il ərzində 1376,6 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub və yaxud təmir olunub. Bunun 139,8 kilometri respublika əhəmiyyətli, 908,8 kilometri isə yerli əhəmiyyətli yollardır. Bundan başqa, ötən il respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, qəzalı vəziyyətə düşmüş 17 körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb.
Ümumilikdə 2019-cu il ərzində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində bildirib ki, ölkənin nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafı xarici və yerli investisiyaların cəlb olunması ilə mümkün olub.
Ölkə ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində 2020-ci ildə də çox sayda yeni layihənin reallaşdırılması nəzərdə tutulub. Hazırda respublikamız Gürcüstan, İran və Rusiya sərhədinədək olan magistral yolların yenidən qurulmasını uğurla davam etdirir.
Cari ilin əvvəlindən Prezident İlham Əliyev daha bir neçə yol layihəsinin icrası ilə bağlı yeni sərəncamlar imzalayıb. Dövlət başçısının 27 yanvar 2020-ci il tarixində imzaladığı “Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb. Bundan başqa, Prezident İlham Əliyevin cari ilin yanvar ayında imzaladığı digər sərəncamlarla altı min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi məqsədilə 17,4 milyon (on yeddi milyon dörd yüz min) manat, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə 19,7 milyon (on doqquz milyon yeddi yüz min) manat ayrılıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7560  |  
  • Tarix:  29-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar

09 Aprel 21:27
Yevlaxda yaşı 65-dən yuxarı olan tənha insanlara və aztəminatlı ailələrə ərzaq sovqatı paylanılıb
09 Aprel 20:10
Könüllülük fəaliyyəti mənəvi dəyərlər üzərində qurulur
09 Aprel 19:40
Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi
09 Aprel 19:14
Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər”i qeyri-qanuni hesab edir
09 Aprel 18:46
Prezidentin Mətbuat Xidmətinin məlumatı
09 Aprel 17:50
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
09 Aprel 17:46
Dövlət Agentliyindən 8103 SMS icazə sistemindən sui-istifadə halları ilə bağlı xəbərdarlıq
09 Aprel 17:38
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya
09 Aprel 17:36
Tərtərdə 470-dən çox aztəminatlı ailəyə, tənha ahıl şəxslərə ərzaq yardımları təqdim olunub
09 Aprel 17:19
DSX-nin rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb
09 Aprel 17:08
Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib
09 Aprel 17:06
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09 Aprel 16:57
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
09 Aprel 16:42
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09 Aprel 16:24
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
09 Aprel 16:17
Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09 Aprel 14:49
Nərimanov rayonunda yaşı 65-dən yuxarı 200 tənha insana ərzaq sovqatı paylanılıb
09 Aprel 14:46
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır
09 Aprel 14:23
Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09 Aprel 14:13
Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb
09 Aprel 13:28
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09 Aprel 13:06
Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar
09 Aprel 12:53
Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir
09 Aprel 12:37
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb
09 Aprel 12:10
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
09 Aprel 11:53
Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb
09 Aprel 11:39
Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir
09 Aprel 11:23
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə razılıq verib
09 Aprel 11:18
Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir
09 Aprel 11:15
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
09 Aprel 11:12
Milli Məclisin növbəti plenar iclası işə başlayıb
09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib
09 Aprel 10:23
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub
09 Aprel 10:20
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
09 Aprel 10:16
İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
09 Aprel 10:13
ETSN: Bakıda gücləndirilmiş karantin tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb
09 Aprel 10:07
TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur
08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA