Ana səhifə »  Siyasət »  Müasir Azərbaycan dövləti daha da qüdrətlənir, zənginləşir, hərtərəfli inkişafa nail olur
A+   Yenilə  A-
Müasir Azərbaycan dövləti daha da qüdrətlənir, zənginləşir, hərtərəfli inkişafa nail olur

Siyavuş Novruzov,
YAP İcra katibinin müavini,
Milli Məclisin İctimai birliklər və dini
qurumlarla iş komitəsinin sədri

 

Son 16 ildə Azərbaycan tarixinə möhtəşəm uğurlar yazılıb

 

“Mən məsuliyyətə də, çətinliklərə də hazıram”
2003-cü ildə xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”, həmçinin Prezident kimi jurnalistlərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına cavabında “Həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yola getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” fikirləri öncədən qarşıdakı illərin prioritetlərinin, əldə olunacaq uğurların aydın mənzərəsini yaratmışdır. Məqsəd, uğurlu başlanğıc gələcəyə inamın formalaşmasında əsas amillərdəndir. Dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində möhkəm təmələ malik olan Azərbaycan son 16 ildə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atdı, islahatların dövrün və zamanın tələblərinə uyğunlaşdırılması əsasında ölkə Prezidentinin də qeyd etdiyi kimi, hər sahədə böyük inkişaf üçün meydan yarandı.
Hər şey iqtisadiyyat üzərində qurulub
Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyimiz müsahibəsində “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır” sualını cavablandırarkən qeyd etmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaq, iş yerləri də açılacaq.
Cənab İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq bölgələrin potensial imkanlarından səmərəli istifadənin gərəkliyini bildirdi. Son 16 ildə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramının uğurlu icrası iqtisadiyyatın şaxələndirilməsinə öz töhfəsini verir. Cari ilin yanvarında dördüncü Dövlət proqramı təsdiqlənmişdir. Üç Dövlət Proqramının icra olunduğu 2004-2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dördüncü Dövlət Proqramının icra olunduğu ötən dövrdə isə 92 mindən artıq yeni iş yeri yaradılıb. Son 16 ildə ölkə iqtisadiyyatına 270 milyard dollar investisiya yatırılıb. Valyuta ehtiyatları 50 milyard dollara yüksəlib. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanın bu gününə və gələcəyinə inam daha da artır.
Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən həyata keçirdiyi siyasət, təkmil islahatlar 10-30 il sonrakı Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Onun gələcəyə hesablanmış inkişaf strategiyası çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür.
Dövlətimizin başçısı İlham Əliyev iqtisadi artımın enerji sektorundan asılılığının azaldılmasını bir tələb kimi qarşıya qoymaqla yanaşı, eyni zamanda, iqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu önə çəkir. Məhz bu yanaşmanın nəticəsidir ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Enerji müqaviləsinin 2050-ci ilədək uzadılması Azərbaycandan keçən qlobal tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara uyğunlaşdırmaqla növbəti layihələrin gündəmə gətirilməsini, ən əsası onların icrası üçün zəruri olan kadr hazırlığının həyata keçirilməsini şərtləndirdi. Bu kimi addımlar belə bir ümumiləşdirməni aparmağa əsas verir ki, dövlətimizin başçısı İlham Əliyevin bu gün qəbul etdiyi qərarlar daha çox sabahımız üçündür. Cənab İlham Əliyev 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində bildirmişdir ki, bu hadisə bu günə qədər görülən işlərin zirvəsidir.
2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmçinin onun əsas tərkib hissələrindən biri olan TANAP istifadəyə verildi. Layihənin digər seqmenti olan TAP-la bağlı işlərin artıq 90 faizdən çoxu görülüb. Onun da yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində, ən əsası çoxtərəfli əməkdaşlığa töhfələrinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır.
Neft gəlirlərindən səmərəli istifadənin nəticəsi olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atıldı. Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi “neft kapitalını insan kapitalına çevirək” tezisi bu gün artıq reallıqdır. Dünya təcrübəsinə istinad edən ölkə Prezidenti İlham Əliyev bildirir ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək görərik ki, inkişafın əsası bilikdir, savaddır, yeni texnologiyalardır. Ulu Öndər Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitlərinin yönəldildiyi sahələrdən biri məhz gənclərin xarici ölkələrdə təhsilidir. Gənclər həm o ölkələrdə təhsilin, elmin dərinliklərinə yiyələnir, həm də Azərbaycanın təbliğatçısı qismində çıxış edirlər. Cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, bu sənədə əsasən Azərbaycanın gənc alimlərinin birinci qurultayının təşkili, Elmin İnkişaf Fondunun fəaliyyəti gələcəyimiz olan gənclərin hərtərəfli inkişafına böyük dəstəkdir.
İslahatlar: yenilik, yeni yanaşma, mövcud problemlərin həlli
Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması təbii ki, təkmil sosial-iqtisadi islahatların nəticəsidir. Son 16 ildə ölkəmizdə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi bunun bariz nümunəsidir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə də yoxsulluqla mübarizə sahəsində qazandığı təcrübə xüsusilə təqdir olunur. Bildirilir ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanda idarəçilik sistemində zəngin təcrübə, yenilik, təkmilləşmə dünyanın əsas çağırışlarından olan yoxsulluqla mübarizədə yüksək nəticə əldə etməsini şərtləndirib. Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da qeyd edir ki, hər şeyi Azərbaycan vətəndaşı üçün edirik: “Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar”.
Təkcə Azərbaycan dövlətinin 2019-cu ildə sosial siyasət sahəsində uğurlarına diqqət yetirsək, insan amilinə nə qədər böyük dəyər verildiyini aydın görərik. Prezident İlham Əliyev əhalinin rifahının yüksəldilməsi məqsədilə iki sosial paketi təsdiq etdi. Minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata, minimum pensiyanın məbləği isə 200 manata çatdırıldı. Cari il iyunun 18-də imzalanan 17 Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin dövlətimizin başçısı İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq etdi. İki sosial paket ümumilikdə 4 milyondan artıq insanı əhatə edərək onlara sevinc yaşatdı.
Dövlətimizin başçısı İlham Əliyevin problemli kreditlərin həlli, hündürmərtəbəli binalardakı mənzillərin sənədləşdirilməsi ilə bağlı atdığı addımlar da ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Cənab İlham Əliyev atdığı addımları ilə daim ölkə vətəndaşının yanında olduğunu, onların qayğılarının daim diqqətdə saxlanıldığını təsdiqləyir. Bunu bütün dövlət məmurlarından da tələb edir.
Uğurlarımız Azərbaycanın dünyanın 20 islahatçı ölkəsi arasında yer tutmasını şərtləndirib. Azərbaycanı ən islahatçı ölkə kimi tanıyan Dünya Bankının hesabatlarında Azərbaycanın yoxsulluqla mübarizə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilərək, əldə olunan uğurlar əsaslı şəkildə qeyd edilir.
Ölkə Prezidentinin də daim bildirdiyi kimi, bu uğurlar son deyil. Gələcəyə böyük nikbinliklə baxmaq lazımdır.
“Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm”
Yenə də möhtərəm Prezidentimiz İlham Əliyevin mətbuata ilk müsahibəsində “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cavabını xatırlayaq: “Gərək mən ümidləri doğruldam... Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm... Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur”.
Cənab İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana bir-birindən əhəmiyyətli uğurlar qazandırdı. Son 16 ildə Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan seçildi.
Bu günlərdə ABŞ-da nəşr olunan “U. S. News & World Report” jurnalının 2019-cu ildə dünyanın ən güclü ölkələri üçün açıqladığı reytinq cədvəlində Azərbaycan 45-ci yerdə qərarlaşıb. Pensilvaniya Universitetinin “BAV Group i Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq siyahısında ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.
Azərbaycanın son 16 ildə xarici siyasət sahəsində qazandığı uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. 2011-ci ildə ölkəmizin 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı oldu. Yenə də 2019-cu ilin diplomatik uğurlarına diqqət yetirək. Cari ilin martında dünyanın 55 ölkəsindən 550 nümayəndə Azərbaycanın ev sahibliyi etdiyi VII Qlobal Bakı Forumunda bir araya gələrək “Dünyanın yeni xarici siyasəti” mövzusunu müzakirə etməklə bir daha beynəlxalq aləmdə hansı mövqeyə malik olmağımıza işıq saldı. Dünyanın yeni xarici siyasətinin ölkəmizdə müzakirə olunması beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin təqdimatı oldu. Azərbaycan yerləşdiyi coğrafi məkana görə daim ölkələr, xalqlar arasında körpü rolunu oynayıb. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verməsinin bariz nümunəsidir.
Azərbaycanın 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi də onun beynəlxalq aləmdə yeri və roluna işıq saldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi türk dünyasının mərkəzinə çevrildiyini açıqladı. Cənab İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində iştirakı, ən yüksək tribunalardan “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycanın müstəqil siyasət yürütdüyünü, dövlət maraqlarının hər şeydən üstün olduğunu bir daha təsdiqlədi.
Xalqın dövlətimizin başçısı İlham Əliyevə və Onun Sədri olduğu Yeni Azərbaycan Partiyasına inamı sonsuzdur
İqtisadi və siyasi islahatların vəhdətliyi Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. İstər insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, istər azad mətbuatın inkişafı, istər seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, istər çoxpartiyalı sistemin yaradılması, istərsə də seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlara diqqət yetirsək bir məqsəd, amal özünü təsdiqləyir ki, atılan bu addımlar ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.
Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, 750 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər daim ölkəmizin davamlı inkişafına, əhalinin yüksək rifahının təmin edilməsinə yönəldilib. Partiyanın ölkədə həyata keçirilən islahatların parlamentdə əksini tapması məqsədilə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünün xalq tərəfindən böyük rəğbətlə qarşılanması, dəstəklənməsi bir daha həyata keçirilən siyasətə, Yeni Azərbaycan Partiyasına milyonların sevgisinə inamı ortaya qoydu. Bu təşəbbüs əsasında Milli Məclisin qəbul etdiyi qərar, dövlətimizin başçısı İlham Əliyevə müraciətin ünvanlanması, ölkə Prezidenti tərəfindən Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi və müsbət qərarın qəbulu sonda cənab İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncamının imzalanması ilə nəticələndi. Bu mühüm addım davamlı inkişafa, təkmilləşməyə xidmət etməklə yanaşı, eyni zamanda, demokratik dəyərlərə sadiqliyin sözdə deyil, əməldə təsdiqinin növbəti təzahürüdür. Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qazanacağı növbəti uğurunu şərtləndirən əsas amil təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl siyasi kursun uğurları, ölkəmizin bütün sahələrdə inkişaf dövrünü yaşaması, yüksəlişidir.
İdarəetmə sistemində yeniliklər davamlı inkişafın təminatıdır
Dövlətimizin başçısı İlham Əliyevin qarşıdan gələn ilin əvvəlki illərdən daha möhtəşəm uğurlarla yadda qalacağı ilə bağlı daim səsləndirdiyi nikbin fikirlərə əsas verən amillərdən biri də idarəetmə sisteminin zamanın və dövrün tələbinə uyğun olaraq təkmilləşməsidir. Məlum olduğu kimi, 2016-cı ilin sentyabrında ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edirdisə, digər qismi idarəetmə sistemində təkmilləşməyə yönəlmişdir. Vitse-prezidentlik institutunun yaradılması, 2017-ci ilin fevralında dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına xidmət edən mühüm addımlardan oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri məhz əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra qeyd olunan sahələrdə fəaliyyətini davam etdirəcəyini, bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətini açıqladı. Ötən qısa dövrdə Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlərin miqyasının nə qədər geniş olduğu göz qabağındadır. Dövlətçiliyimizin inkişafı, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi, beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmlənməsi Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edir.
Azərbaycanda həyata keçirilən təkmil islahatlar hakimiyyətin hər üç - icra, məhkəmə-hüquq və parlament qollarını əhatə edir. Səmərəliliyin, şəffaflığın artırılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar yaradılır. Bir sözlə, zaman amili islahatların sürətini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Bu baxımdan həyata keçirilən hər bir addım yeni çağırışların cavablandırılması fonunda uğurların miqyasının daha da genişləndirilməsinə hədəflənib.
Son 16 ildə Azərbaycanın əldə etdiyi uğurlar inkişafın Azərbaycan modelinin təqdimatında əhəmiyyətli rol oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirlərini xatırlayaq: “Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır... Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir”.
Dövlətimizin başçısı İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Artıq böyük inamla qeyd edə bilərik ki, bu hədəflər reallıqda öz əksini tapıb.
Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır
Bu gün Azərbaycana hansı tərəfdən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Problemin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ədalətli mövqeyi dəstəklənir. Dövlətimizin başçısı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı işğalçı dövlətə və onun havadarlarına ciddi mesajdır. Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyasının bu adda ümumxalq hərəkatının yaradılması təşəbbüsü və bu mövzuda dəfələrlə keçirdiyi konfranslar paytaxt və bölgələrimizdə böyük rəğbətlə qarşılandı, hərəkata qoşulanların sayı günbəgün artdı. Bu, münaqişənin həllində əsas amillərdən olan xalqın iradəsinin, gücünün bir daha nümayişidir.
Diplomatik uğurlarımız, eyni zamanda, iqtisadi imkanlarımızın artması fonunda güclənən ordumuz bu problemimizin də öz ədalətli həllini tapacağına əminliyi daha da artırır. Azərbaycanın iqtisadi gücü günbəgün artır. İqtisadiyyatımızın güzgüsü kimi dəyərləndirilən dövlət büdcəmizdə ildən-ilə artım da deyilənlərin təsdiqidir. Qeyd edək ki, büdcədən daha çox vəsait ayrılan sahələr müdafiə və təhsildir. Ölkəmizin müdafiə qüdrətinin artırılması, təhsilin inkişafı daim prioritetliyini qoruyur.
Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından dəyişməz mövqeyimizi bəyan edir - Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, dünya standartlarına cavab verən ordusu var. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə torpaqlarımızın hərb yolu ilə azad ediləcəyi şəksizdir. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib. Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
Xalq-iqtidar birliyi uğurlarımızın təminatçısıdır
Daim inkişafın, tərəqqinin, özünə diqqət və qayğının şahidi olan xalqın dövlətinə, Prezidentinə inamı şəksizdir. Xalqın öz rəhbərinə inamının böyük olduğu ölkədə dövlət başçısına milyonların sevgisi danılmazdır.
Mütəmadi olaraq yerli və xarici sorğu mərkəzlərinin keçirdikləri sorğuların nəticələri, ölkəmizlə bağlı aparılan araşdırmalar bir daha bu reallığa işıq salır ki, ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır. Ölkə əhalisinin həyata keçirilən siyasətlə bağlı rəyinin öyrənilməsi inkişafa təsir göstərən əsas amillərdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasında da məqsəd məhz ictimai əhəmiyyətli məsələlərin araşdırılması, ictimai rəyin öyrənilməsi və bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq və sair kimi məsələlərdir. Mövcud vəziyyəti olduğu kimi öyrənib, cəmiyyətə olduğu kimi də təqdim etmək müasir dünyamızın əsas çağırışları sırasında olmalıdır. Bu baxımdan ki, düzgün dəyərləndirmə əsasında uğurlar təqdir olunur, problemlərin həlli ilə bağlı yollar müəyyənləşdirilir, konkret addımlar atılır. Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin “İnam indeksi” jurnalının oktyabr buraxılışında dərc olunan “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı bu kimi məqamlara bir daha işıq saldı. 1316 respondentin iştirakı ilə keçirilən rəy sorğusunda vətəndaşların 88 faizi dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləyir, 77, 5 faizi ölkə Prezidentinə inam və etimadın daha da artdığını bildirir.
Əvvəldə də qeyd etdiyimiz kimi, belə sorğular ölkəmizdə mütəmadi olaraq keçirilir. Onlar daha çox ölkəmiz seçki ərəfəsində olduğu zaman təşkil olunur. Belə sorğuların müəllifi kimi tanınan mərkəzlərdən biri də ABŞ-ın “Gellap İnternational” təşkilatıdır. Qurumun mütəmadi olaraq keçirdiyi sorğuda ölkə əhalisi Prezidentimizin həyata keçirdiyi siyasətə dəstəyini, inamını və etimadını ifadə edir. Bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında xalqa arxalandığını bəyan edərək, irəli sürülən təşəbbüslərin ölkə əhalisi tərəfindən dəstəklənməsinin davamlı uğurlara yol açdığını diqqətə çatdırır: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”
Yazını müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixli müraciəti ilə tamamlamağımız səbəbsiz deyil. Dövlətimizin başçısı İlham Əliyev son 16 ildə ona göstərilən bu etimadı və inamı əməli fəaliyyəti ilə doğrultdu. “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən Ümummilli Lider bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Son 16 ildə dövlətimizin başçısı İlham Əliyevin hər vədini konkret əməli işdə təsdiqləməsi onun 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini təmin etdi.
Göründüyü kimi, həyata keçirilən siyasət çoxşaxəlidir, dövlətimizin davamlı inkişafına, dünya birliyində yerini və rolunu möhkəmləndirməsinə, ölkəmizə beynəlxalq baxışın yüksəlməsinə xidmət edir. Ötən il keçirilən prezident seçkilərində qələbəsi ilə növbəti 7 il üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə təminat verən dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində bildirmişdir: “Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  24-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb
24 Fevral 15:01
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
24 Fevral 15:00
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
24 Fevral 14:28
Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
24 Fevral 14:16
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24 Fevral 14:09
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
24 Fevral 13:19
“AzerGold”: Gələn il “Ağyoxuş” və “Mərəh” sahələri istismara veriləcək
24 Fevral 13:17
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb
24 Fevral 12:59
Azərbaycan Prezidenti idmançılarımızın Olimpiya və Paralimpiya oyunlarına hazırlığına və iştirakına dair Sərəncam imzalayıb
24 Fevral 12:27
Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb
24 Fevral 12:18
Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir
24 Fevral 12:15
DSX: Təmas xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısı alınıb
24 Fevral 11:51
Prezidentin köməkçisi: Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir
24 Fevral 11:36
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
24 Fevral 11:30
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
24 Fevral 11:24
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
24 Fevral 11:13
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır
24 Fevral 11:02
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
24 Fevral 10:58
Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar
24 Fevral 10:53
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilir
24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 08:56
Berlində soydaşlarımızla görüş olub
22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA