Ana səhifə »  Siyasət »  Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
A+   Yenilə  A-
Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır

Prezident İlham Əliyev: Gənclər biliklərlə yanaşı, Vətənə bağlı olmalıdırlar, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar
Gənclərlə bağlı məsələ tarixin bütün dönəmlərində aktual olub. Bu da onunla əlaqədardır ki, gənclər həmişə cəmiyyətin avanqard qüvvəsi rolunda çıxış edirlər. Birmənalı şəkildə demək mümkündür ki, çoxmilyonlu gənclər ordusu ölkəmizin də iqtisadi inkişafında, müstəqilliyimizin möhkəmlənməsində, mədəniyyətimizin zənginləşməsində mühüm rol oynayırlar. Prezident İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışından sonra kompleksin əməkdaşları ilə görüşdəki çıxışında gənclərə yüksək dəyər verdiyini bir daha nümayiş etdirərək onları Azərbaycanın dayanıqlı uğurunun təminatçısı kimi səciyyələndirib. “Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, Vətənə bağlı olmalıdırlar, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Gənclər xalqımızın əsrlər boyu yaratdığı dəyərləri qorumalıdırlar
Hər bir xalqın keçmişdən gələn dəyərlər sistemi var. Xalqımız əsrlər boyu öz dəyərlərini, ənənələrini, bütövlükdə yaşam fəlsəfəsini qoruyaraq bu günümüzə qədər daşıyıb və onları zaman-zaman yeniləri ilə daha da zənginləşdirib. Azərbaycanı fərqləndirən cəhət ondan ibarətdir ki, bizim cəmiyyətimiz konservativ cəmiyyətdir və möhkəm tellərlə öz ənənələrinə bağlıdır. Qloballaşan dünyada bu amil böyük önəm daşıyır və xalqımızın identikliyini təmin edir. Prezident İlham Əliyev bəhs olunan görüşdə Azərbaycan gənclərinə xitab edərək onları xalqımızın əsrlər boyunca yaratdığı dəyərləri qoruyub saxlamağa çağırıb. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Mən bu barədə dəfələrlə demişəm ki, bizim gənclərimiz xalqımızın əsrlər boyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar, necə ki, biz qoruyuruq. Məhz o təqdirdə biz öz milli mənliyimizi, ləyaqətimizi saxlaya bilərik, qoruya bilərik”.
Prezident İlham Əliyevin gənclərə çağırış etməsi isə heç də təsadüfi deyil. Məlumdur ki, hazırda ayrı-ayrı xalqlarda, ələlxüsus da Avropa məkanında nəsillər arasında münasibətlər heç də arzuedilən zəmində qurulmur, həmin cəmiyyətlərdə “ağbirçək”, “ağsaqqal” anlayışları arxaikləşməkdədir. Azərbaycan xalqı isə, qeyd etdiyimiz kimi, öz ənənələrinə və keçmişdən gələn dəyərlərinə böyük hörmətlə yanaşır. Deyə bilərik ki, nəsillərin vəhdətinin təmin olunması, təcrübə ilə novatorluğun sintezi, monolit cəmiyyət müstəqil Azərbaycanın ardıcıl inkişafının təməlində dayanan əsas amillərdən biri qismində çıxış edir. Bu gün Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Respublikamız qlobal miqyasda ən dinamik inkişaf templərinə malik olan ölkələr sırasında yer alır. Təbii ki, xalqımızın bədxahları, ələlxüsus da xaricdəki erməni lobbisinə bağlı olan anti-Azərbaycan dairələr bundan bərk narahat olurlar. Onlar müxtəlif vasitələrlə respublikamızın inkişafına müəyyən əngəllər yaratmağa çalışırlar. Belə qüvvələr özlərinin məkrli niyyətlərinə çatmaq üçün ilk növbədə daxildəki “beşinci kolon” vasitəsilə gəncləri ələ almağa və onlardan alət kimi istifadə etməyə çalışırlar. İndiki internet dövründə bunu etmək elə də çətin deyil. Hazırda Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Respublikamızda demokratik cəmiyyət formalaşıb, azad media var. Beləliklə, istənilən yalanı ortalığa atmaq mümkündür. Yalan dövriyyəyə buraxılır, bundan sonra bu yalan ətrafında “müzakirələr” aparılır, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər.
Təbii ki, Azərbaycan kimi güclü dövlətdə antimilli mərkəzlər öz istəklərini reallaşdırmağa nail ola bilmirlər. Bu da ilk növbədə onunla bağlıdır ki, öz gənclərinə böyük dəyər verən Azərbaycan dövləti gənclər siyasətini davamlı olaraq diqqət mərkəzində saxlayır. Son 16 ildə respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilib. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. Respublikamızda Azərbaycan gəncləri ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən və 2005-2009-cu, eləcə də 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir. Dövlət Proqramında müasir reallıqlar və meydana çıxan çağırışlarla bağlı qarşıya yeni hədəflər qoyulub. Sənəddə vurğulanır ki, Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
XXI əsr elm, təhsil, innovativ təşəbbüslər əsridir. Bu mənada ölkəmizdə gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərin yüksək səviyyəli təhsil almalarına, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində böyük qayğı göstərilməsi diqqətəlayiq haldır. Respublikamızda tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla icra edilir.
“ASAN xidmət”də əsasən gənclərin çalışması ölkəmizdə aparılan siyasəti təcəssüm etdirir
Ölkəmizdə “ASAN xidmət” şəbəkəsi öz coğrafiyasını getdikcə genişləndirir. Şamaxıda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “ASAN Həyat” ölkəmizdə yaradılan sayca 16-cı mərkəzdir. Daha 4 mərkəzin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Belə ki, Kürdəmir, Ağcabədi, Tovuz mərkəzlərində bütün işlər tamamlanıb, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcək. Perspektivdə Bakıda “ASAN xidmət” mərkəzlərinin sayı artırılacaq. İndiyədək paytaxtımızda 5 belə mərkəz istifadəyə verilib. Son vaxtlarda həmin mərkəzlərdə növbələrin yarandığı nəzərə alınaraq daha iki mərkəzin açılması qərara alınıb. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərinin hər birində ikinci mərkəzlər açılacaq. Bundan başqa, artıq xeyli vaxtdır ki, respublikamızda vətəndaşlara səyyar xidmətlər də göstərilir. Belə ki, 10-dan çox avtobus, eləcə də “ASAN qatar” daim ölkəmizin regionlarını dolaşır. Beləliklə, demək olar ki, respublikamızın hər bir yeri nümunəvi xidmətlə əhatə olunub. Vətəndaşlara təqdim olunan xidmətlərin sayı da artır. Bu gün “ASAN xidmət” mərkəzlərində artıq 320-dən çox xidmət göstərilir. “ABAD” mərkəzlərinin fəaliyyətini də nəzərə alsaq, deyə bilərik ki, artıq bu rəqəm 350-yə çatıb.
“ASAN xidmət” mərkəzlərində innovasiyaların tətbiqi ilə vətəndaşlara nümunəvi xidmət göstərilir ki, bu da yüksək vətəndaş məmnunluğu yaradır. Qeyd edək ki, bu günədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. 2019-cu ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edib.
“ASAN xidmət” mərkəzləri üçün xarakterik cəhət ondan ibarətdir ki, burada əsasən gənclər çalışırlar. Ölkəmizdə getdikcə daha geniş vüsət alan könüllülük hərəkatı da məhz “ASAN xidmət” mərkəzlərindən başlayıb. Müsbət təcrübə qısa müddətdə geniş yayılıb. Böyük könüllülər ordusu respublikamızın uğurla ev sahibliyi etdiyi birinci Avropa və IV İslam Həmrəyliyi oyunlarının, eləcə də bir sıra digər beynəlxalq tədbirlərin keçirilməsinə fəal dəstək verib. Hazırda bir sıra dövlət qurumlarının fəaliyyətində də könüllülər yaxından iştirak edirlər. Könüllü kimi əmək fəaliyyətinə başlayan gənclər yaxşı təcrübə toplayır, müsbət vərdişlər, ünsiyyət bacarığı qazanırlar ki, bu da sonradan onların karyera qurmalarına, müxtəlif vəzifələrə irəli çəkilmələrinə müsbət təsir göstərir. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev “ASAN xidmət”, eyni zamanda, bizim siyasətimizi göstərir ki, bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu, həm gənclərimizin istedadını, biliklərini göstərir və həm də kadr hazırlığı üçün də çox önəmlidir. Çünki artıq minlərlə ASAN könüllü müxtəlif önəmli vəzifələrdə çalışır. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bizim gənclərimiz məhz belə olmalıdır”, - deyə bildirib.
Onu da vurğulamaq yerinə düşər ki, bu gün “ASAN xidmət” bütün dünyada Azərbaycan brendi kimi tanınır. İndiyədək “ASAN xidmət” bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Dünyada Azərbaycanın bu intellektual məhsuluna böyük maraq var. Ayrı-ayrı ölkələr “ASAN xidmət” təcrübəsindən bəhrələnmək niyyətlərini bildiriblər.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6660  |  
  • Tarix:  10-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 17:45
Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub
27 Yanvar 17:43
Deputatlığa namizəd Sadiq Qurbanov Şabranın Əmirxanlı, Dəvəçi, Şahnəzərli kəndlərinin seçiciləri ilə görüşüb
27 Yanvar 17:40
Seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
27 Yanvar 17:39
Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
27 Yanvar 17:38
MDB müşahidəçi missiyası parlament seçkilərinin monitorinqini davam etdirir
27 Yanvar 17:32
Neft istehsal edən ölkələrin birgə çalışması təşəbbüsünü ilk dəfə Prezident İlham Əliyev irəli sürüb
27 Yanvar 17:12
Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun seçicilərlə görüşləri davam edir
27 Yanvar 16:59
Turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək
27 Yanvar 16:46
MSK-nın iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb
27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4