Ana səhifə »  Siyasət »  Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!
A+   Yenilə  A-
Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!

Prezident İlham Əliyevin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlar haqqında bəzi qeydlər
Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsiziliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümumazərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz - Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Facebook” səhifəsində paylaşdığı statusda yer alıb.
Statusda deyilir: Hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, uzun müddətdir hakimiyyət təmsilçiləri iqtidarla yanaşı, müxalifətdə də kadr və təşkilati islahatların vacibliyi haqqında çıxışlar edirdi, 25-30 ildir ki, eyni liderlərin rəhbərlik etdiyi ənənəvi müxalifətin yenilənməsi ilə bağlı müzakirələr aparırdı. Təəssüf ki, müzakirələrə qatılmaq əvəzinə, əks tərəfdən yalnız anlaşılmaz və inkarçı münasibət görürük. Nə gizlədək, bəzən iqtidar komandasında da belə müzakirələrə könülsüz qoşulanlar tapılırdı. Cənab Prezident Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında bu mövzuya toxunaraq vurğuladı ki, Azərbaycanın müxalifət düşərgəsində bu gün ciddi bir boşluq yaranıbdır, ölkədə sağlam müxalifətin yaranmasına, dövlətçiliyə sadiq, xalqa bağlı olan, doğrudan da konstruktiv təkliflər verə bilən, hakimiyyəti konstruktiv formada tənqid edən, alternativ inkişaf yolları göstərən müxalifət yaranarsa, biz buna yalnız sevinərik. Cənab Prezidentin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlardakı fikirləri, ritorikası, səsləndirdiyi qətiyyətli çağırışlar, düşünürəm ki, həm sağlam əqidəli opponentlərimizə, həm hər iki düşərgənin islahat müəlliflərinə, həm də bu istiqamətdəki müzakirələrə könülsüz qoşulan siyasətşünaslara ciddi düşünmək üçün xeyli mövzu verir. Hesab edirəm ki, cənab Prezidentin son iki tədbirdəki çıxışları iqtidar komandasının hər bir üzvü və mövcud hakimiyyətin aktiv dəstəkçiləri üçün master-klass sayıla bilər.
Çıxışlarda vurğulanan əsas məqamlar haqqında bir qədər təfsilata varmaq istəyirəm:
1. Azərbaycan Prezidentinin çıxışlarında vurğulanan və əsaslandırılan əsas fikirlərdən biri ondan ibarət idi ki, bugünkü Azərbaycan Heydər Əliyevin 1969-cu ildən başlanan və ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü fəaliyyətinin nəticəsidir. Keçən əlli ildə Azərbaycanın geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsinə çevrilməsi, ictimai-siyasi və mədəni həyatın bütün sahələrində hərtərəfli inkişaf etməsi, ölkənin milli maraqlarının təmin edilməsi, SSRİ-nin aparıcı respublikalardan, hazırda isə regionun aparıcı dövlətlərindən birinə çevrilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevin respublikamızdakı ilk hakimiyyəti illərində Azərbaycanda ali məktəblərin və ali məktəb məzunlarının ümuməhali sayına nisbəti kəskin şəkildə artaraq inkişaf etmiş Qərb dövlətlərinin göstəricilərinə yaxınlaşmışdı. Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin, elminin, təhsilinin, səhiyyəsinin sovet hakimiyyəti illəri ərzində ən gözəl nəticələri və qiymətləndirilməsi də məhz bu dövrə təsadüf edirdi. Prezidentin bu fikirləri ilə mübahisə etmək mümkünsüzdür: Heydər Əliyevin yaratdığı güclü kadr potensialı bu gün də ölkəmizin, müstəqil dövlətimizin uğurlu inkişafını təmin edir.
Bu illərdə respublikada 10-larla elm, mədəniyyət ocağı inşa olunmuş, onları təmsil edən xadimlər respublikanın və Sovet İttifaqının ali mükafatları və fəxri adları ilə təltif edilmiş, Azərbaycan mədəniyyətinin uğurları Sovet İttifaqının hüdudlarını aşaraq dünya miqyasına çıxmışdır. Prezidentin qeyd etdiyi kimi, “Heydər Əliyevin rəhbərliyi dövründə - 13 il ərzində Azərbaycan hər il “Qırmızı keçici bayraq” alırdı. Bu, bir daha onu təsdiq edir ki, onun rəhbərliyi ilə Azərbaycan böyük və uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublikamız SSRİ-də ən sonuncu yerlərdə idi. Lakin o, Azərbaycanı böyük inkişafa qovuşduraraq ən qabaqcıl yerlərə qədər ucaltdı”.
Heydər Əliyevin birinci hakimiyyəti illərində həm də ölkənin iqtisadi inkişaf trendləri düzgün təhlil edilərək SSRİ-nin xammal əlavəsi statusundan çıxması və yerli sənaye müəssisələrinin inkişafı istiqamətində ciddi addımlar atılmışdı. Bununla yanaşı, Azərbaycanın müsbət demoqrafik göstəricilərinin saxlanması və daha da yaxşılaşması istiqamətində artan digər addımlar - əhalinin məşğulluğunu təmin etmək məqsədilə respublikanın şəhər və qəsəbələrində yaradılan çoxsaylı sənaye obyektləri, Sovet İttifaqında ən qabaqcıl soyuducu və kondisioner zavodlarının Bakıda qurulması, ölkə üzrə çoxsaylı yerli aqrar sənaye komplekslərinin yaradılması, Nabrandan Lənkərana qədər Xəzər sahilində neçə-neçə ümumittifaq əhəmiyyətli turizm-sanatoriya komplekslərinin salınması və s. tədbirlər xüsusi qeyd edilməlidir. Neft sənayesinin gələcəyini təmin etmək üçün dərin özüllər zavodu qurulmuş, dənizdə neft-qaz kəşfiyyatı işləri aparılmışdı. Bu, bir həqiqətdir ki, o zaman kəşf edilmiş yataqlar olmasaydı, sonradan ölkəmizin iqtisadi və geosiyasi müstəqilliyinin əsası olan “Əsrin müqaviləsi”nin imzalanması da mümkün olmazdı. Artıq 80-ci illərin ortalarına doğru Azərbaycan büdcəsinin neftdən asılılığına, demək olar ki, son qoyulmuşdu - o zaman üçün yeni modern texnologiyalara malik çoxsaylı müəssisələr qurulmuşdu ki, bu müəssisələr aqrar sənaye kompleksləri ilə birlikdə respublika büdcəsinin böyük hissəsini formalaşdırırdı. Təəssüf ki, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində qısa zaman kəsiyində ölkəyə rəhbərlik edənlər bu əlverişli iqtisadi zəmini möhkəmlətmək, onun üzərində iqtisadi suverenliyi təmin etmək əvəzinə mövcud sistemi dağıtmaqla məşğul oldular. Bu dağıdıcılığa xalqın cavabı Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə dəvət edilməsi oldu. BDU-dakı çıxışında cənab Prezidentin qeyd etdiyi kimi, “məhz 1970-ci illərdə Heydər Əliyevin gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı,1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalanda Azərbaycan xalqı Ona müraciət etməzdi”.
2. Heydər Əliyev hakimiyyətdə olduğu birinci dövrdə Azərbaycanın demoqrafik göstəricilərinin gündən-günə yaxşılaşması faktoru, ölkədaxili miqrasiyanın düzgün nizamlanması cənab Prezidentin Sumqayıtdakı çıxışında qeyd etdiyi kimi, Dağlıq Qarabağda azərbaycanlı əhalinin nisbətini iki dəfə artırmışdı. Ölkədə azərbaycanlı əhalinin artım sürəti ermənilərin İrəvan şəhərinə və Rusiyanın mərkəzi əyalətlərinə emiqrasiya templərini də nəzərə alsaq, Dağlıq Qarabağ probleminin təbii şəkildə həllini yaxınlaşdırırdı. Dünya tarixinin belə nümunələrlə zəngin olduğunu xatırlatmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur, elə bizim bəzi tarixi torpaqlarımız da məhz ayrı-ayrı zamanlarda həmin ərazilərdə demoqrafik balansın əleyhimizə pozulması ilə itirilib. Heydər Əliyevin hakimiyyəti illərində Dağlıq Qarabağda azərbaycanlıların üstünlük təşkil etdiyi ikinci rayon yaradılmış, Dağlıq Qarabağın Azərbaycana hərtərəfli inteqrasiyası üçün bir sıra digər addımlar atılmış, separatçılıq meyillərinin qarşısı qətiyyətlə alınmışdı. Azərbaycan ziyalıları tərəfindən həmin dövrdə erməni millətçilərinin əsassız iddialarına cavab verilməsi üçün hərtərəfli münbit şərait yaradılmışdı. Erməni lobbisinin Heydər Əliyev əleyhinə fəaliyyətinin, Onun vəzifədən uzaqlaşdırılması üçün məkrli planlar qurmasının əsas səbəbləri də elə məhz bunlar idi.
Məhz Heydər Əliyev hakimiyyətdən getdikdən sonra erməni separatçıları Azərbaycana qarşı geniş separatçı kampaniya təşkil etmək, öz iddialarını reallaşdırmaq üçün fürsət qazandılar. Ona görə də Azərbaycanda ermənilərin separatçılıq iddiaları əleyhinə baş qaldırmış kortəbii vətənpərvərlik fəaliyyəti, sonrakı illərdə məhz Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsinə etiraz olaraq tədricən ümumxalq hərəkatına, daha sonra isə Onun liderliyi ilə milli azadlıq hərəkatına çevrilmişdir. Bu səbəbdən də xalq hərəkatının ilk illərində Azərbaycana ezam olunmuş mərkəzi mətbuat nümayəndələri reportajlarında xalq hərəkatında “Heydər Əliyev izi” axtarır, hərəkatı mənfi çalarlarla təqdim edərək onu əliyevçilik (aliyevşina) kimi qiymətləndirirdilər. Bəli, bu gün Azərbaycanın ən yeni siyasi tarixini öyrənənlər bu faktı etiraf etməyə məcburdurlar: aksiyalar məhz Heydər Əliyevə simpatiya bəsləyən insanların etiraza qoşulması ilə kütləviləşmiş və tədricən ümumxalq hərəkatı xarakteri almışdır. “Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?” başlıqlı yazımda qeyd etdiyim kimi, “Milli Azadlıq Hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin - görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu”.
3. Təəssüf ki, xalq hərəkatının əsas təşkilatlanma forması olan AXC 1992-ci ildə mövcud reallıqlara maneçilik törədərək, Milli Azadlıq Hərəkatı iştirakçılarına öz Ümummilli Liderini - Heydər Əliyevi hakimiyyətə gətirməsi işinə süni əngəllər yaratmış, “mənfur yaş senzi” qadağası ləğv edilmədən “seçkiyə” gedilmişdi. Hakimiyyətdə olduqları qısa müddət ərzində AXC-Müsavat hakimiyyətinin xəyanətkar siması, antidemokratik mahiyyəti ifşa edildi. Bu cütlüyün yarıtmaz siyasəti nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xalq Cəbhəsi vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı... Görəndə ki, özlərini qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas et. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas et, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı”.
4. AXC-Müsavat hakimiyyətində ölkə niyə dağılmaq həddinə çatdı? Əbülfəz Elçibəyin komandasında təmsil olunanlar tutduqları postlara nə qədər adekvat və layiq idilər? Niyə bir il əvvəl hakimiyyətə gəlişi önündə süni maneə yaratdıqları, 6 ay əvvəl silahlı çevrilişlə Naxçıvan Ali Məclisi sədrliyindən uzaqlaşdırmaq istədikləri Heydər Əliyevin xilaskarlıq missiyasına möhtac oldular?
Məşhur frazada deyildiyi kimi, “hər şeyi kadrlar həll edir”. Meydan hərəkatının nəticəsi olaraq ölkənin ən ali postunda əyləşmiş Əbülfəz Elçibəy ona qədər heç bir müəssisəyə rəhbərlik etməmişdi, heç bir vəzifə tutmamışdı, Əlyazmalar İnstitutunda adi bir elmi işçi olmuşdu. Elçibəyin “cavanları başıma yığıb təzədən inqilab edəcəyəm”, “tankın qabağında dayanan oğlanlar pulun qabağında dayana bilmədi”, “qanunları pozmaq olmaz, amma yan keçmək olar”, sonrakı müsahibələrində “o dövrdəki prezidentlik, prezidentlik deyildi, amma mən yenidən prezident olacağam”, “getməyib nə etməliydim, Surət məni öldürməliydi?” kimi “aforizmləri” onların idarəçilik fəlsəfəsinin nə qədər primitiv olmasını, hər hansı məzmun, prinsip və mahiyyətdən- substansiyadan xaliliyini göstərməklə yanaşı, həm də bu komandanın zəifliyinin, acizliyinin, səriştəsizliyinin acı etirafları idi. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə qoyaraq qaçmışlar. Halbuki “liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir”.
Müxalifətin yenilənmə zərurəti haqqında yazılara küskün və bədbin reaksiya verən Pənah Hüseynin AXC hakimiyyəti zamanı baş nazir kimi ilk açıqlamalarından biri iqtisadi bloka dair bütün məsələlərin Nazirlər Kabinetində həll edilməli olduğu ilə bağlı idi. Elçibəyi “Maks Veberi mütaliə etməsi” ovsunlamış Pənah Hüseyn, görəsən, o zaman hiperinflyasiya vəziyyətinə düşən ölkəni və onun iqtisadiyyatını idarə etmək üçün hansısa proqrama, yaxud da peşəkar səriştəyə, biliklərə malik idimi?. Cavab Prezidentin çıxışında göstərilib: “Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam baş nazir təyin edilmişdi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi”.
Bu ara vaxtilə 90-cı illərin ikinci yarısında müxtəlif mətbu orqanların iranlı biznesmenlər, qızıl sikkələr, xalçalar, tramvay xətləri haqda araşdırmalarını yada salmaq olardı.
O zaman dövlətin ikinci siması, İsa Qəmbəri AXC hakimiyyətinin ən intellektual fiquru sayırdılar. Bu intellektual fiqur düz 11 il aspiranturada təhsil almış, bir dissertasiyanı belə müdafiə edə bilməmişdi. Parlamentin səlahiyyətləri qanunsuz olaraq Mili Şura tərəfindən mənimsənilmişdi. Spiker, özü haqqında çoxbaşlı “hələ ki, ikinci” başlıqlı yazılar sifariş etdirən İsa Qəmbər isə gah dramatik, gah tragikomik səhnələşdirmələrin nümayiş olunduğu teatrı andıran parlament iclaslarında müəyyən dövrdən sonra hakimiyyətdə təmsil olunanları belə müxtəlif bəhanələrlə birinci şəxsə qarşı yönəldir, “özünüz əlaqə saxlayın, mən vasitəçi olmaqdan bezmişəm” kimi mesajlar verirdi.
Bu gün sosial medianın imkanları hesabına özünü “ana müxalifət” elan etmiş Əli Kərimli AXC-Müsavat hakimiyyətində dövlət katibi kimi mühüm postda təmsil olunurdu. Sosial media istifadəçiləri dövlət katibi olduğu zaman ona həvalə olunmuş mühüm dövlət əhəmiyyətli bir tapşırığı - dövlət sirrini necə faş etməsini artıq özünə xatırladıblar. Vaxtilə eyni düşərgədə olduqları İsa Qəmbərə yaxın media quruluşlarında onun hansısa tenderdə “lazımi” şirkəti qalib elan etmək üçün şəxsən maşın sürməsindən yazmışdılar, iddia edilirdi ki, belə sürücülük dövlət katibinə kifayət qədər - beşrəqəmli məbləğdə pul qazanmaq imkanı veribmiş, özü də hiperinflyasiyaya məruz qalmış manatla deyil, xarici valyuta ilə. Beləcə mebel zavodunun keçmiş komsomol fəalı qısa müddətdə ölkənin ən zəngin şəxslərindən birinə çevrilə bilmişdi. Bu zənginliyin üzərinə illərlə müxtəlif fondların vasitəsilə alınıb silinən qrantlar da, “Azadlıq” qəzetinin leqal və illeqal gəlirləri də daxil idi. Bu gəlirlər ona sonrakı dövrdə media maqnatına çevrilmək, müxtəlif nəşrlərdə qurduğu jurnalist şəbəkəsi vasitəsilə öz sədri Elçibəyi hakimiyyətdən və partiya sədrliyindən devirmək istəyi yaratmışdı. Deyilənə görə, sonuncunun ölüm xəbəri Bakıya daxil olan gün Əli Kərimli onun haqqında inanılmaz dərəcə nifrətlə yoğurulmuş yazılar yazdırmaq şansını belə buraxmamışdı.
Prezident İlham Əliyevin bu sözləri tarixi faktlardır: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə”.
Bəs izlədiyi yola, liderinə xəyanət etmiş, üzvü, sonra da rəhbəri olduğu partiyanın bir neçə yerə parçalanmasına səbəb olmuş şəxs öz siyasi aktuallığını necə qoruya bilib? “Əli Kərimli və radikal ətrafı bəraət axtarışında” yazımda qeyd etdiyim kimi, bu şəxslərin real sosial bazası olduqca məhduddur, bir çox hallarda saxta sənədlərlə Avropaya göndərilib bədbəxt edilmiş miqrantlardan və ya ümumən virtual, saxta hesablardakı profillərdən ibarətdir. Təsadüfi deyil ki, öz açıqlamalarında bildirdiyi kimi, Əli Kərimli və radikal antimilli ətrafı sosial şəbəkələrdə izləyicilərinin yarıdan çoxunu itiriblər. Çünki “Facebook” sosial şəbəkəsi administrasiyası bu il 5,4 milyard saxta hesabı bağlayıb. “Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik”, - internet şirkəti hesabatında bildirir. Yəni, Əli Kərimli və radikal antimilli ətraflarının izləyici və bəyənmə itkiləri “Facebook” şəbəkəsinin öz araşdırmasının, dezinformasiyaya qarşı effektiv mübarizəsinin nəticəsidir.
Bu şəxslər öz əsas təbliğatlarını sosial media üzərində qururlar. Fakta, jurnalist etikasına istinad etməyə qanunlar və ictimai nəzarət mexanizmi ilə məcbur edilən ənənəvi mediadan fərqli olaraq sosial mediada ani emosional halət, nə şəxsi, nə də ictimai yaddaşa istinad etməyən “feyk nyus” rahatlıqla əsas trend ola bilər. Sosial media ilə sıx vəhdət ənənəvi, xüsusən internet medianı da bəzən yanlış trendlərin müşayiətçisinə çevirir. Azərbaycan nümunəsində 2014-cü il avqust, 2015-ci il Nardaran hadisələri ərəfəsində, müəyyən mənada UEFA-nın Bakıda keçirilən son yarımfinal görüşləri zamanı belə manipulyativ media trendləri ilə üz-üzə qalmışıq. Adamların bütün səfərbərlik, daha dəqiqi, manipulyativ gücü bundadır. Bu güc isə dünyada “feyk nyus”a, manipulyasiyalara qarşı aparılan mübarizə sayəsində itirilməyə məhkumdur. Çünki real dəstəyi, sosial bazası, cəmiyyətdə etimad bəslənən siyasətçi imici olmayan, ən kritik məqamlarda qaçmağa üz tutan və ya isterikaya düşən, birləşdirməyi deyil, dağıtmağı bacaran bir şəxsin ciddi siyasi iddialar reallaşdırması, sadəcə, mümkün deyil. “İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər... Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”, - cənab Prezidentin təsbiti, göründüyü kimi, kifayət qədər əhatəlidir.
Çıxışda adı çəkilməsə də, Prezidentə cavab verməyi özünə “mənəvi borc” bilən, son yazılarında Ümummilli Liderə böhtan atmaqdan çəkinməyən Cəmil Həsənli haqda kiçik xatırlatma etmək istərdim. Bu, həmin Cəmil Həsənlidir ki, parlament kürsüsü müqabilində həm çıxışlarında, həm də kitablarında indi və əvvəl ən ağır ifadələrlə tənqid etdiyi Heydər Əliyevi ümummilli lider adlandırırdı. Bu, həmin Cəmil Həsənlidir ki, 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində o zaman AXCP sədri Ə.Elçibəylə münasibətləri gərgin olan İsa Qəmbərin və Əli Kərimlinin müdafiəsinə yazılar həsr edir, Kərimlini tənqid edən elçibəyçi jurnalistləri aşağılamaqdan belə çəkinmirdi. Elçibəyçilərin Əli Kərimli haqqında tənqidlərini isə “qaragüruhun Mirzə Cəlilə hücumu” ilə müqayisə edirdi. Elçibəyə və elçibəyçilərə belə ikrahamiz münasibətin motivləri barədə isə indiyədək səslənmiş ehtimallar üzərində geniş dayanmaq istəməzdim.
Qeydlərimin əvvəlində bildirdiyim kimi, cənab Prezidentin çıxışları bir master-klass və fəaliyyət proqramı səciyyəsindədir. Çünki çıxış bizim hədəfləri, hədəflərə çatmanın yollarını, hədəflər önündəki əngəlləri, iqtidarın opponentlərini və ölkənin xarici düşmənlərini bir daha xatırladır. Sirr deyil ki, hazırda özünü iqtidarın dəstəkçisi kimi göstərməyə çalışan bəzi cığırdaşlarımız polemikanın istiqamətini bilərəkdən sapdırmağa, müzakirələri iqtidardaxili hansısa ziddiyyətlərə fokuslamağa can atırlar. Mən onları cənab Prezidentin çıxışlarının məntiqinə diqqət etməyi, siyasi opponentlərə pas ötürməyi dayandırmağa dəvət edirəm.
Sirr deyil ki, siyasi opponentlərimizə yaxın qruplarda yer alanlar bəzən ölkənin düşmənlərinə açıq simpatiya nümayiş etdirməkdən çəkinmirlər. Biz bunu Azərbaycan hər dəfə beynəlxalq yarışlarda yer tutanda səhvən erməni tərəfə azarkeşlik edənlərin siyasi müxalifətdə təmsil olunanların ailə üzvləri arasından aşkarlanması zamanı da, Saakyanla, Mailyanla eyni lojaları və baxışları bölüşənlərin kimliyi ortaya çıxanda da, Azərbaycan Prezidentinin uğurlu diplomatik həmlələrlə Ermənistan rəhbərliyini küncə sıxdığı vaxtlar bu uğuru sabotaj etmə cəhdlərini müşahidə edəndə də görmüşük. Bu şəxslərdən iqtidarın uğurlarını etiraf etməyi gözləmirəm. Amma onları ən azı ümummilli hədəflər naminə bir olmağa, ümumi işə dəstək olmağa, dəstək ola bilməyəndə də sabotajçı olmamağa dəvət edirəm. Ümummilli mənafelər sferası bizim rəqabət meydanımız deyil, bir-birimizə dəstək, ötürmələr meydanımızdır.
Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsizliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümumazərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz - Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik.

 
  • Oxunub:  3090  |  
  • Tarix:  29-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA